Ehtiyatda olan zabitlərin təkliflərinə, müraciətlərinə Müdafiə Nazirliyi xüsusi diqqət ayırmalıdır!
Araşdırma
Oxunub: 1 550
9 Eyl 2022 | 23:41
Ehtiyatda olan zabitlərin təkliflərinə, müraciətlərinə Müdafiə Nazirliyi xüsusi diqqət ayırmalıdır!
Bildiyiniz kimi son zamanlar sosial mediada ehtiyatda olan zabitlərimizlə bağlı bir neçə videogörüntülər yayılmaqdadır. Əlbəttə ki, bu görüntülərin yayılması və ictimailəşməsi heç birimiz üçün xoş deyil və heç birimiz bu kimi addımları düzgün hesab etmirik. Peşəkar hərbçilər yaxşı bilir ki, yaxşı hərbçi olmağın əsas şərtləri hərbçinin qürurlu, mətin, döyüşkən, intizamlı, milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik prinsiplərini bilən, vətənini, bayrağını sevən, mənəvi-psixoloji və fiziki cəhətdən sağlam və s. olmasıdır. Hər birimiz yaxşı bilirik və başa düşürük ki, ordu cəmiyyətin bir hissəsidir, cəmiyyətdə baş verən hadisələr ordu sıralarında da baş verir. Yaxşı, bəs onda bizlər üçün maraqlı deyil ki, mükəmməl ordu quruculuğu prinsipinin kökündə dayanan yuxarıda sadaladığım əsas şərtləri ömrü boyu öyrənən, bunun üçün xüsusi təlimlər keçən və Vətən qarşısında sədaqət andı içən, həyatını hərb peşəsinə qurban verən şəxslərin birdən-birə narazılıqla çıxış etməsi nədən irəli gəlir? Əlbəttə ki, bu mövzu nəinki bizi maraqlandırmalı, hətta bizi ciddi narahat etməlidir. Ancaq, edirmi? Edirsə hansı dərəcədə edir? Bax məsələ bundan ibarətdir! Bəli, biz bilirik ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyev ordu quruculuğu istiqamətində böyük uğurlara imza atıb və atmaqdadır, ordumuzu gücləndirməklə bizlərə tariximizdə qızıl hərflərlə yazılmış "44 günlük Zəfər"imizi qazandırıb. Onu da bilirik ki, Cənab Ali Baş Komandan hər dəfə çıxışlarında ordu quruculuğu ilə bağlı xüsusi tapşırıqlar verir, Şəhid ailələrinin, Qazilərimizin müraciətlərini dinləyir və həll edir, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atır. Qısası desək Müzəffər Ali Baş Komandanımızın ordu quruculuğu ilə bağlı atdığı uğurlu addımlar müzakirə olunmazdır. Bəs yaxşı gəlin düşünək görək ehtiyatda olan zabitlərimizi narazı salan, onların müraciətlərinə, xahişlərinə əhəmiyyət verməyən, ordumuzun uğurlarına kölgə salmağa çalışan kimdir və yaxud kimlərdir? Əlbəttə ki, bunu araşdırmaq və kimlərisə ittiham etmək nə bizim səlahiyyətimizdədir, nə də bizim işimizdir. İnanırıq ki, sözügedən mövzu ilə bağlı lazımı araşdırma aparılar.
Qarabağ Azərbaycandır!
___________________________________________________
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Natiq Əliyev
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı