Professor Nizaməddin Şəmsizadə: Əslində, Region poeziyasına mənim marağımın yaranması Elnurun Baxışın xidmətidir.

Elnur Baxış istedadlı cavan şair, ədəbiyyatımızın həm ölkədə, həm də beynəlxalq arenada təmənnasız təbliğatçısıdır. Əslində, Region poeziyasına mənim marağımın yaranması Elnurun xidmətidir. O hazırda ədəbiyyatımıza böyük məhəbbət, milli sərvətlərimizə hörmət və qayğı ilə səmərəli kordinator işini icra edir.
Elnurun beynəlxalq əlaqələri çox genişdir: Türkiyə Cümhuriyyətində pedaqoji elmlər doktoru, şair-tərcüməçi türk Dünyası Araşdırmalar Mərkəzinin direktoru Kənan Çorbaca, şairə - tərcüməçi Batman Həcər Sağlam; İraqlı şair - mütərcim Qasım Babaoğlu, Qazaxıstandan şair - tərcüməçi Sayat, İrandan şair -tərcüməçi, "Ədəbi körpü" jurnalının baş redaktoru Səxavət İzzəti, Özbək Respublikasından şairə - mütərcim Gülzar Şərifova, tərcüməçi Xasiyyət Rüstəmova. Yenə Özbəkistandan yazıçı - tərcüməçi, filologiya elmləri doktoru, Mədəniyyət Universitetinin müşaviri Macufan Yoldaşev. İstedadlı bir şair kimi o işıqlı adam, ədəbiyyat sevgisi ilə nəfəs alan millətsevər oğuldur. Onun bəzi şeirləri aşıq ədəbiyyatı, folklor ruhunda, qoşma, gəraylı, bayatı tərzindədir. O bəzi müasirlərinə üz tutaraq milli dərdlərimizi, itirilmiş yurd yerlərinin həsrət və niskilini qələmə alır: Bu baxımdan onun Kəlbəcərli müəllim, el şairi İdris Verdiyevə, görkəmli saz-söz ustası aşıq Əhlimana xitabən yazdığı şeirlər diqqətimi cəlb etdi:
Elnur Vətən deyib ağlaram hər an,
Vətənimdə Vətən olubdur talan.
Uçam Dəlidağa, mən qanad çalan
Könlüm evin yıxdın, ay Hacı İdris.
"Vətənimdə Vətən olubdur talan" - deyən şairin Vətən duyğusu, Vətən dərdi, itirilmiş yurd həsrəti dərindən - dərindir.
Dostum aşıq Əhliman Şirvanlıya qətiyyən şairlik iddiasında olmayan mən də
şeir yazmışam. Bir beytini qeyd edirəm:
Sazın simlərindən asdırın məni,
Sonra çanağında basdırın məni.
Elnur Baxışın şeirində isə Aşıq Əhliman sənəti belə zikr olunur:
Deyir Şirvan şikəstəsi,
Aləmə yayılır səsi.
Azərbaycan xəritəsi,
Əhlimanın sazındadır.
Hər sözü deyir düzünə,
Düşmüşəm onun izinə.
Tapılmayan bir xəzinə,
Əhlimanın sazındadır.
Elnur Aşıq Əhliman vətənpərvər və vətəndaşdır demir, "Azərbaycan xəritəsi Əhlimanın sazındadır" deyir, aşığın sənətini "Tapılmayan xəzinə" adlandırır. Belə bənzəmələr bir şair kimi özünəməxsusluğunu əks etdirir: sadə, aydın və simvolik - obrazlı deyim tərzi! İtirilmiş, tərk edilmiş Yurd həsrəti onun şeirlərinin başlıca mövzusu, bədii -fəlsəfi pafosunu təşkil edir:
Elnur Baxış qovulmuşuq,
Vətən deyib yorulmuşuq.
Dərd içində qovrulmuşuq,
Səpələnib külüm Göyçə.
Tarixi bir ədalətsizlik nəticəsində bir neçə yerə bölünmüş Vətən dərdi gənc şairin qəlbində qovrulur. Göyçə, İrəvan, Zəngəzur, Arazla ikiyə bölünən, Dərbənddən, Borçalıdan Həmədana qədər uzanan Vətən həsrəti, Təbriz sevgisi Elnuru bir şair - vətəndaş olaraq bizə tanıdır.
Elnuram, nə yaman dəhşətdi, Allah!
Sevginin özü də bir dərdi, Allah!
Sinəmdə sevgimi tərpətdi, Allah!
Ömrümdə əbədi qalan görüşlər.
Əlbəttə, yaralı vətənin şairi olmaq, onu sevmək, özü o tayda arzuları bu tayda qalan qızların sevgisi əsl faciədir. Dərdi çox olduqca şair daha artıq şair olur: "Dərd şairliyin əsas sərmayəsidir" (Füzuli). Dərd, əsir torpaq həsrəti, El məsubu qeyrətli bir vətəndaş, söz aşiqi Elnur Baxışı şair edib.
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı