Professor Nizaməddin Şəmsizadə: Onun şeirlərindən Aşıq Alının, Dədə Ələsgərin, Abbas Tufarqanlının, Sarı Aşığın, Aşıq Şakirin şeirlərinin nəfəsi, ətri gəlir.

Son görüş, ayrılıq, kövrək baxışlar,
Axdı gözlərimdən, süzüldü yaşlar.
Çəkildi sinəmə qəmli naxışlar
Əlvida anacan, əlvida sənə.
Baxışın gözündən getmir bircə an,
Donur damarında, ürəyimdə qan.
Məni bu dünyaya bəxş edən insan
Əlvida anacan, əlvida sənə.
Bu bəndlər Natiq Əlisoyun "Müharibənin, görünməyən qəhrəmanları" romanında yer alan "Əlvida anacan, əlvida sənə" adlı doqquz bəndli şeir elegiyadandır. Natiq 38 yaşlı hərbçi-şair kimi Naxçıvanda xidmət edir, yazıçı, şair, jurnalist - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Ali Baş Komandan", "Ulu Öndər" media mükafatlarının laureatı, "Heydər Əliyev fenomeni və ordu quruculuğu", "Müharibənin görünməyən qəhrəmanları", "Vətənə layiqli oğul gərəkdir", "Zirvə" adlı kitablarının müəllifidir. Necə deyərlər, Natiq bəy bir əlində silah, bir əlində qələm vətəninə və xalqına xidmət göstərir, silahla yaratdıqlarını qələmə yazıb əbədiləşdirir. Onun nəsr və şeirlərindən mərmi səsləri, hücum hayqırtıları, zəfər sevincləri eşitmək olar. Natiqin "Mənim sirli dünyam" (2021) kitabında ənənəvi heca şeirləri ilə bərabər, dahi Füzuli, Seyid Əzim, Əliağa Vahid ruhlu qəzəllərdə yer alır. Natiq Ulu Öndər sevdalıdır:
Qələm də aciz qalır,
Şair yazdığı sözə,
Əbədi yaşamağa,
Adın da yetər bizə,
Yaşa, ulu Öndərim.
Dəryalara çevirdin,
Quruyan bulaqları,
Alışdı adın ilə,
Tarixin çıraqları,
Yaşa, Ulu Öndərim.
Ulu Öndərə, onun tarixlərə iz salmış əməllərinə məhəbbət və qürur ifadə edən bu misralar Natiq Əlisoyun şair məramından xəbər verir. Hər günü bir ilə bərabər 44 günlük müharibədə qazandığımız Zəfər 30 illik bir əsarətə son qoydu. Əbədi tarixə çevrilmiş bu Zəfərin əldə olunması xalq, ordu və Prezident - Ali Baş Komandan birliyinin yaratdığı dəmir yumruğun nəticəsi idi. Hərbçi şair Natiq Əlisoy bunu dərindən dərk edir və yazır:
Dünya türkə baş əyir, ucalıbdır başımız,
Baxıb fəxarət duyur dostumuz, qardaşımız,
Tariximiz dərindir, min illərdir yaşımız,
Onun hər qarışına qurbandır əziz canım,
Zəfərlər Sizinlədir, Ali Baş Komandanım.
"Dünya türkə baş əyir" təkcə bu sözlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İyirmi birinci əsr türk dünyası əsri olacaq" müdrik kəlamı ilə səsləşir: Natiq Əlisoy bir çox intibalarını, mübhəm duyğularını "Buludtək səmadan ötən xəyalına" qoşaraq çağlayan bulaqlara, dağlara, boynu bükük, bənövşələrə, coşğun çaylara", "coşanda döşündə-qaya gətirən sellərə" salam şəklində göndərir:
Solmaz bir çiçəkdir, qəlbimdə bitən,
Namusum, qeyrətim vətəndir, Vətən.
Qızların abrın, ismətin örtən,
O siyah tellərə məndən salam de.
Şair görkəmli müasirləri, xalq şairləri Musa Yaqubun və Fikrət Qocanın ölümünə elegiya yazır: "Heyif..!" şairə, şeirə şeir yazan qələmə ehtiramını bildirir: "Gəl qələmim, gəl dostlaşaq, Ayrılığa üzüm yoxdur" - deyir. "Sevirəm", "Qurban" şeirləri belə deməyə əsas verir ki, Natiq təpədən dırnağa qədər vətənpərvər şairdir:
Yerlərin, göylərin sirrini bilən,
Buludla, yağışla danışıb-gülən,
Dərədən, təpədən süzülüb gələn,
Bulanlıq sellərə görə sevirəm
və yaxud:
Ay vətən, hər daşın əzizdir mənə,
Dağına, daşına, düzünə qurban.
Havana, suyuna, təbiətinə,
Alışan oduna, gözünə qurban.
Bu bəndlərdə tarixi bir ədalətsizlik nəticəsində ikiyə bölünmüş Vətənə səmimi bir oğul məhəbbəti ifadə olunub. Natiq Əlisoy Vətəni hay-küysüz, sakit və dərindən sevir, Vətənin, hava sərhədlərini qoruyur. Demək ki, bu şairin vətən sevgisi real, konkret əməllə təsdiq olunan sevgidir. Natiq Əlisoy ömürdən gedən aylar və illərlə özünəməxsus şəkildə ən əziz adımını qürbətə yola salırmış kimi vidalaşır: "Salamat qalın" deyir:
Yaşımın üstünə bir yaş da gəldi,
Aylarım, illərim salamat qalın.
Qəm ilə alışan, qəm ilə yanan,
Ağaran tellərim salamat qalın.
Bu şeiri oxuyanda Məmməd Arazın "Duman salamat qal, çən salamat qal" misrasını xatırladım. Təkcə kitabların, nadir sənədlərin və fotoların arxivi olmur, hər ömrün də arxivi var. Biz acılı - şirinli yaşadığımız illəri bu arxivə göndəririk. Xalq şairi Fikrət Qocanın bir şeiri var, əzbər bilmirəm, məzmunu belədir: bir qoca vəfat etmiş həmkəndlisini dəfn edib qəbristanlıqdan qayıdanda yolda nəvəsi ondan soruşur: baba ölən kişilər hara gedir? Baba ona belə cavab verir: Oğul, ölən kişiləri gələcək günlərin bünövrəsinə qoyuruq. Mən belə düşünürəm ki, biz yaşadığımız illəri, o illərdəki əməlləri gələcəyin bünövrəsinə qoyuruq. Şair Natiq Əlisoy da ömrün yaşanılmış illəri gələcəyə ünvanlayıb onlarla vidalaşır. Üzü Dədə Ələsgərdən bəri dağlara çox şeirlər yazılır, o ucalıq, dönməzlik, əzəmət, o vətən nişanəsi kimi vəsf olunub. "Qüdrətdən səngərli, qalalı dağlar" (Aşıq Ələsgər). Müxtəlif rakurslardan tərənnüm olunub. Xaçmazda yaşayan gənc bir qız 1979-cu ildə Qubada şeir məclisində bir şeir oxudu, bir bəndi yadımda qalıb.
Dağlara nə qədər ahlar yağarmış,
Ahlardan dağların başı ağarmış.
Dağların köksündə görüb dağ, yara,
Ah çəkdim, dedilər ahın dağlara.
Dilimizdə, kədərdən, dərddən ah çəkən adama deyilən "Ahım dağlara!" deyimi var və bu deyim saçlıya ən yaxşı şeirlərdən birini yazdırıb. Natiq "Dağ kimi dağların dərdinə dözən" insanları - qəhrəmanları - Babək, Koroğlu, Nəbini, Kərəmi yaşadan dağlara "Bu dağlar" şeirini həsr edib:
Allahın müqəddəs möcüzəsidir,
Dərəli-təpəli pirdi bu dağlar.
Bir yanı Təbrizdi, bir yanı Şuşa,
Təpədən dırnağa sirdi bu dağlar.
Şair bizim dağları vətənim simvolu kimi tərənnüm və təqdim edir. "Naxçıvanım", "Naz eyləyir", "Gedirəm", "Bəs niyə?", "Qaldı", "Gəncliyim" kimi şeirləri, bu şeirlərin üslubu, aydın deyim tərzi belə qənaətə gəlməyə imkan verir ki, Natiq Əlisoy bizim zəngin və əlvan, müdrik aşıq şeirinin ənənələri ilə bağlı şairdir. Onun şeirlərindən Aşıq Alının, Dədə Ələsgərin, Abbas Tufarqanlının, Sarı Aşığın, Aşıq Şakirin şeirlərinin nəfəsi, ətri gəlir.
Haqq, ədalət düzdən keçir,
Hər bir baxış gözdən keçir.
Söz də gəlib sözdən keçir,
Bu dünyaya, o dünyaya.
Şair təkcə bu dünyanın dərdlərinin çəkmir, həm də bu dünya o dünya üçün hazırlıq olduğunu əməli saleh yaşamağı təlqin edir. Onun Allahın varlığına inam ifadə edən "Allah" şeir (və bu tipli digər şeirləri!) stixiyası yer olan insanı mistik yaşantılarının bədii ifadəsidir:
Arzular sonsuzdur zəkalar dərin,
Milyon cür rəngi var göy ilə yerin.
Hər kəsin qəlbinin gizli sirlərin,
Görən də Allahdı, bilən də Allah.
Min illər olsa da dünyanın yaşı,
Əbədi, əzəli yoxdu sirdaşı.
Zərrəni, damlanı, torpağı, daşı
Quran da Allahdı, sevən də Allah.
Hərbçi şair Natiq Əlisoy beləcə dünyanın gərdişi üzərində düşünür, vəhdəti - vücud fəlsəfəsi ruhunda fikir yürüdərək dünyanı, insanı və onu yaradan İlahəni bir araya gətirir:
Zəmanə elə bir zamana çatdı,
İnsanlıq içində insanlıq bitdi.
Haqqı, ədaləti kənara atdı,
Fitnəyə, yalana uydu bu dünya.
Bütün düşünən, istedadlı şairlər kimi Natiq də öz zəmanəsi ilə müxalifətdə yaşayıb yazır. Onun uğurlu şeirlərində yaxşı mənada söz oynatmaq, eyni sözü müxtəlif mənalarda işlətmək, assosiativ düşüncə tərzi var. Şair sözə hakim olmağa, min illərlə yaşı olan Azərbaycan - oğuz sözünün üzünü ağ etməyə, onu urvatdan salmamağa çalışır. Natiq Əlisoy şeirə hörmətlə yanaşır, şeir dilinin aydınlığına fikir verir. Əlbəttə, onun da şeirləri arasında təkcə həyatdan gələn mövzular yox, ədəbiyyatdan gələn ənənəvi mövzular da var.
Bugün, 15:08
Diqqət telefona yönəldi, iki nəfər öldü
Bugün, 13:29
Tünzalə Əliyevanın qardaşı vəfat etdi
Bugün, 13:18
Sabah Bakıda 34 dərəcə isti olacaq
Bugün, 01:23
Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO
Bugün, 01:00
İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
Bugün, 00:49
Meyiti yaşadığı evin həyətindən tapıldı
Bugün, 00:40
Yevlaxda üç avtomobilin toqquşması ilə nəticələnən qəza: Xəsarət alanlar var
Dün, 21:47
Bakıda avtobus evə çırpıldı - 5 sərnişin xəsarət aldı
Dün, 12:03
16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
3-07-2026, 22:24
Anar Bayramovdan yeni - Təyinat
3-07-2026, 21:06
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
3-07-2026, 20:28
Sosial şəbəkələrdən istifadə ilə bağlı dəyişikliklər - Qadağa deyil, qorunma mexanizmi
3-07-2026, 18:51
Bu marşrutların hərəkət istiqaməti - Dəyişir
3-07-2026, 18:46
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
30-06-2026, 11:18
Təhsil naziri: Bu məntiqə sığmır
30-06-2026, 10:58
Deputatlar tətilə hazırlaşır
29-06-2026, 20:11
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
29-06-2026, 16:30
Sürücü hazırlığına investisiya niyə vacibdir?
29-06-2026, 16:24
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu
29-06-2026, 11:55
24 yaşlı oğlanı cərəyan vurub öldürdü
29-06-2026, 09:13
Bu yollar tıxaclıdır - Siyahı
29-06-2026, 09:10
Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
28-06-2026, 19:40
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
28-06-2026, 19:01
İxtisas imtahanından keçməyənlərə yenidən şans veriləcək
28-06-2026, 18:58
Səudiyyə Ərəbistanında məşhur şirkətin helikopteri qəzaya uğradı: 14 ölü
28-06-2026, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
28-06-2026, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var