Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
Araşdırma
Oxunub: 726
22 May 2022 | 13:56
Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
20 may 2022- ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunmuş “Şerimizin səssiz səsiyəm” adlı iki hissəli tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin ailə üzvləri, ölkənin və regionun tanınmış şair və yazıçıları, incəsənət xadimləri, Göyçay və Ağdaş rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Ağdaş, İsmayıllı və Bərdə Regional Mədəniyyət İdartələrinin rəhbərliyi və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirin birinci hissəsi Göyçay şəhərində baş tutub. Əvvəlcə Şəhidlər Xiyabanı, Göyçaylı yazarlar Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları, eləcə də “Əbədiyaşar Ədiblər” parkında şair və yazıçıların büstləri ziyarət olunub, əklil və gül dəstələri düzülüb.Tədbir giriş sözü ilə açan Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmməov Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi ilə əlaqədar Regional İdarə tərəfindən keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar birliyinin və şairin ailə üzvləri Fikrət Qocanın yaradıcılığı və həyatı haqqında söz açaraq öz xatirələrini bölüşüblər, Respublikanın Əməkdar artisti Ağalar Bayramovun ifasında şairin şerləri səsləndirilib.Sonra Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində yerləşən ev muzeyi ziyarət olunub. Tədbirin ikinci hissəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilib. Qonaqlar əvvəlcə Mərkəzin foyesində Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin üzvləri tərəfindən hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə eyni zamanda şairin ailəsi tərəfindən təqdim edilmiş şəxsi əşyaları da nümayiş olunub.Tədbirin bədii hissəsində “Qız qalası” instrumental ansamblının müşayəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Xalq artistləri  Gülyaz və Gülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub və Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış “Şerimizin səssiz səsiyəm” filmi və şairin qürbətdə yaşayan ailə üzvlərinin, yaxınlarının görüntülərindən ibarət videomüraciət nümayiş etdirilib. Ağalar Bayramovun və Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxalıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin qızı Gülay Qocayeva, bacısı Gülbəniz Qocayeva, AYB-nin katibi və AYB-yə Qəbul Komissiyasının sədri, Beynəlxalq Ədəbiyyat Fondunun və Mərkəzi Asiya Pen Təşkilatının üzvü, şair, tərcüməçi, Prezident təqaüdçüsü Səlim Babullaoğlu, şairə, jurnalist, “Atilla” jurnalının baş redaktoru, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyiinin sədri Gülşən Behbud, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd çıxış ediblər.Eyni zamanda tədbir zamanı Ağdaş Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Fidan Səfixanovanın və Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin rəhbəri, rəssam Məlahət İsmayılın çəkdiyi şairin rəsm əsərləri qızı Gülay Qocayevaya və Anar Rzayevə təqdim olunub.
Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.

"1905.AZ"
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı