Elnur Baxış: Mən hər zaman dostlarımla mənəvi dünyamla dostluq etmişəm!

Əmirov Elnur Elşən oğlu, bu ad hər kəsə tanışdır. Sənət adamları və ictimayət arasında Elnur Baxış kimi tanınan yazıçı, bəstəkar böyük ürəyi, səmimiyyəti və xeyirxahlığı ilə hər kəsin hörmətini qazanmışdır. "Mənim üçün maddiyat heç zaman ön planda olmamışdır, mən hər zaman dostlarımla mənəvi dünyamla dostluq etmişəm". Bu sözləri hər zaman dilində və ürəyində şüar edən yazıçı, bəstəkar Elnur Baxış dediyi kimi görünmüş və göründüyü kimi olmuşdur. Bu yaşıma qədər çox insanları tanımışam, çoxları ilə çox yoldaşlığım və yolçuluğum olub. Hər kəs kimi mən də hər zaman səmimi, mehriban və ən əsası etibarlı dost axtarışında olmuşam. Hər zaman istəmişəm ki, salam verdiyim adamın sözün əsil mənasında "adamlığı və insanlığı" olsun. Bu axtarışda bəzən yanılmışam, bəzən isə sevinmişəm. Elnur Baxış şəxsiyyəti, mənliyi, səmimiyyəti və etibarı ilə məni hər zaman sevindirən dostlarımdandır. Kimisə yalandan tərif etmək, olmayanı şişirtmək, ağ yalanın üstünə "qırmızı xalı" çəkib pislikləri ört-basdır etmək həmişə xarakterimə yad olub. Bu yadlıqla bərabər son nəfəsdə olsam belə kiminsə haqqını itirməyi, olanı danmağı, yaxşıya pis, pisə yaxşı deməyi şəxsiyyətimə sığışdırmamışam. Mərd insanlar, əsil kişilər, insan kimi insan olan şəxsiyyətlər haqqında danışarkən onun vəzifəsinə, puluna, malına, dövlətinə baxmamışam. "Qızıl yerdə qalmaz, yaxşılıq yolda" yaxşı deyib atalar. Haqqında ürəklə bəhs etdiyim və bəhs etməyə borclu olduğum əziz dostum, şəxsiyyətinə hər zaman hörmətlə yanaşdığım Elnur Baxış məhs yaxşılıqları, böyük ürəyi ilə öz adını ürəklərə qızıl hərflərlə yazmışdır. O, maddi imkanı olmaya-olmaya imkansızlara dəstək olur, xəstələrə sağalması üçün yardımlar edir, ümidsizlərin gözlərində Allahın izni ilə ümid çırağının yanmasına vəsilə olur, küsülü olanları barışdırır, insanlar arasında dostluq, səmimiyyət yaradır, yaradıcı insanların yaradıcılığını dünyanın dörd bir yerində təmənnasız təbliğ və tədqiq edir, yazır, yaradır, sevir, sevdirir bir sözlə qeyri-adi xarakteri ilə əsil insan kimi yaşayır. Yaxşı anlayıram, bir çoxlarınız deyə bilərsiniz ki, indiki zəmanədə belə insan var?! Bəli-bəli var! İnsanlıq ölsə də hələ də ruhu canından çıxmayıb. Elnur Baxış kimi insanların ruhunda yaşayan insanlıq hələ ki, bizi tərk etməyib. Siz hər zaman onu görə, hiss edə bilərsiniz, yoxlayıb toxuna bilərsiniz. Qapısını döysəniz sizə gəl, əl uzatsanız sizə can deyəcək. Məss bu xüsusiyyətinə, hərərətinə, mülayimliyinə və ürəkaçıqlığına görə dostlarını öz ətrafına cəm etməyi bacaran bu gözəl insan dünyanın bütün bölgələrində özünə dost qazanmışdır. Yaxşı ürəkdən yaxşı fikirlər, təmiz ruhdan ülvi duyğuların süzülməsi xoşbəxtlikdir. Elnur Baxış qeyd etdiyim kimi eyni zamanda yazıçı və bəstəkardır. Onun yazdığı yazıları oxuduqca, bəstələdiyi musiqiləri dinlədikcə küsmüş könül sevinir, əsəbdən qırış almış üzlər nur saçır. Qələmin iti, ürəyin var olsun dəyərli insan! Yazmaq, yaratmaq sənin haqqın, sevmək, sevilmək sənin dəyərindir!
___________________________________________________
Yazıçı, şair, jurnalist Natiq Əlisoy
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı