Qəzənfər Paşayev: Mən yatmamışdım, gözümə işıq salıb çəkdilər
Sosial
Oxunub: 79
25 Şub 2026 | 17:42
Qəzənfər Paşayev: Mən yatmamışdım, gözümə işıq salıb çəkdilər
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib. Tədbirdə iştirak edən alimlərin çıxışları deyil, şəkilləri müzakirələrə səbəb olub. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə bəzi alimlərin mürgülədiyi müşahidə olunub.

Şəkli yayılanlar arasında tanınmış alim - filologiya elmləri doktoru və professor, ədəbiyyatşünas Qəzənfər Paşayev də var.

Dialoq.az bildirir ki, Modern.az saytı Qəzənfər Paşayevlə əlaqə saxlayaraq, onun hadisəyə münasibətini öyrənib.

Qocaman professor saytımıza açıqlamasında qeyd edib ki, o, tədbirdə mürgüləməyib, diqqətlə çıxış edənlərə qulaq asıb. Sadəcə şəkildə gözü yumulu vəziyyətdə düşüb:

“İnana bilmirəm ki, həm dövlətə, həm xalqa xidmət edən bir adama, mənə qarşı da belə bir addım atsınlar. Gözümə o tərəfdən işıq saldılar, bu tərəfdən çəkdilər. Mən bilmədim o nə idi elə. Əlləri o vəziyyətdə olan adam yatarmı? Yatan adamın əlləri yanına düşər. Vicdansız gözümə işıq saldı, o biri tərəfdən də çəkdi. Yaqub Mahmudov mənim yaradıcılığıma böyük qiymət verən alimdir, mən onun qarşısında necə yata bilərəm? Tədbir mənim üçün çox maraqlı və kifayət qədər yığcam idi”.

Qəzənfər Paşayev digər həmkralarının tədbirdə yatıb-yatmaması ilə bağlı sualımıza da cavab verib:

“Mən ətrafa diqqət etmədim, oturmuşdum, nə bilim başqaları nə edir”.

“Mən Allahdan vaxt arzu edirəm, bir az planlarım var. Mənim 2025-ci ildə iki kitabım çıxdı. İraq tədqiqatçısı Şəmsəddin Kuzəçi haqqında “Kərkük pərvanəsi” kitabım 3 günə çap olunacaq. Mənim bu saat kitabım Hindistanda ingiliscəyə tərcümə olunur. Üç gün bundan qabaq Nəsimi haqqında kitabım İranda ərəb əlifbası ilə çap olunub, mənə yeni çatıb. Mən işlə, elmlə məşğulam. İndi görürsən ki, adama sataşanlar da olur. Mənim kitabım dövlət mükafatına verilib. O saat hiss olunur ki, istəməyənlər də var. And içirəm Allaha ki, gözümə işıq saldılar. Nə biləydim ki, mənim şəklimi çəkirlər. Onsuz da mən yaxşı baxa bilmirəm, gözlərimi qıyıram. Verilişə də dəvət edirlər, əvvəldən-axıra qədər çıxış edirəm, amma sonra baxıram ki, gözüm yumulu düşüb. Ona görə, demişəm ki, daha verilişə də getməyəcəm. İndi bundan istifadə edib şəklimi çəkiblər”, - deyə alim sonda qeyd edib
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bugün, 12:51
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Bugün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü