Yevlaxlı güləşçi Elcan İsmayılzadə U-20 Azərbaycan çempionu oldu

İcra Hakimiyyətinin Başçısı idmanın sərbəst güləş növü üzrə Azərbaycan çempionu olan yevlaxlı idmançı ilə görüşüb.
Dialoq.az xəbər verir ki,Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bir neçə gün öncə Gəncə İdman Sarayında təşkil olunan Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatında 79 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan yevlaxlı sərbəst güləşçi Elcan İsmayılzadə ilə görüşüb.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi Yevlax rayonu üzrə gənclər və idman sektorunun müdiri Samir Kərimov və sərbəst güləşçi Elcan İsmayılzadə və onun məşqçisi Şöhrət Şükürov iştirak edib.
Görüş zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qələbə münasibətilə Elcan İsmayılzadəni təbrik edib, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə idmana, idmançılara göstərilən diqqət və qayğıdan, idmanın inkişafı istiqamətində görülmüş işlərdən danışıb.
İcra Hakimiyyətinin Başçısı, Möhtərəm Prezidentin diqqət qayğısı sayəsində Yevlaxda idmanın inkişafı üçün mühüm addımlar atıldığını qeyd edərək bildirib ki, şəhərimizdə Yevlax Olimpiya İdman Kompleksinin inşa olunması buna əyani misaldır. Eyni zamanda vurğulanıb ki, beynəlxalq yarış olan III MDB oyunları çərçivəsində boks yarışları şəhərimizdəki Olimpiya İdman Kompleksində yüksək səviyyədə təşkili və keçirilməsi rayonumuzda idmanın inkişafına güclü təkan verir.
Şəhər İcra Hakimiyyətinin Başçısı yevlaxlı idmançının qələbə qazanmasının çox qürurverici hal olduğunu bildirib, bundan sonrakı işlərində və idman sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov, idmançı Elcan İsmayılzadə və onun məşqçisi Şöhrət Şükürov ölkəmizdə idman sahəsinə göstərilən yüksək dövlət qayğısına, eləcə də idmançıların inkişafı üçün yaradılan münbit şəraitə görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Bildirik ki, 2007-ci ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olan İsmayılzadə Elcan Nəsib oğlu uşaq yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olmuş, Ölkəmizi müxtəlif beynəlxalq tunirlərdə təmsil edərək uğurlar qazanmışdır.
Sonda Elcan İsmayılzadə və məşqçisi Şöhrət Şükürov Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı ilə təltif edildilər.
Onu da qeyd edək ki, Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatında iştirak edən daha bir yevlaxlı idmançı İsmayılov Mühəmməd Valeh oğlu 57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanmışdır.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bugün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Bugün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var