Yevlaxda “İlham Əliyev: Sözü imzası qədər dəyərli olan yeni əsrin yeni Lideri” mövzusunda tədbir keçirilib

YAP Yevlax rayon təşkilatının inzibati binasında YAP Yevlax rayon təşkilatının və Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə “İlham Əliyev: Sözü imzası qədər dəyərli olan yeni əsrin yeni Lideri” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsini icra edən Ruslan Şıxalıyev, rayon təşkilatı Aparatının əməkdaşları, meliorasiya sahəsində çalışan əməkdaşlar və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub.
Əvvəlcə müasir müstəqil Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən yerli təşkilatın sədri Rafiq Əliyev qeyd edib ki, qüdrətli Azərbaycana dahi Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Ulu Öndər Heydər Əliyevin güclü siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən Partiyamızın Sədri cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Bu gün Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi tam şəkildə bərpa olunub. Qarabağ və ətraf digər rayonlarımız cənnətə çevrilir, “Böyük Qayıdış” proqramı uğurla davam etdirilir. 2024-cü ilin fevralında bütöv Azərbaycan ərazisində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin yüksək səs faizi ilə növbəti dəfə qalib gəlməsi məhz Lider və xalq birliyinin təzahürü idi. Qürurla qeyd edə bilərik ki, bu gün Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi altında firavan gələcəyə doğru uğurla addımlayır.
Tədbirdə çıxış edən Yevlax Su Meliorasiya Suvarma Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsini icra edən Ruslan Şıxalıyev bildirib ki, bəli, Ulu Öndər Heydər Əliyevin siyasi mirası olan Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq olan möhtərəm Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində bu gün müstəqil Azərbaycanın hərtərəfli inkişafı təmin olunub. Vurğulanıb ki, bütün sahələrdə olduğu kimi dövlət başçısının diqqət və qayğısı nəticəsində su, meliorasiya sahəsində də böyük nailiyyətlər əldə olunub. Bizim hər birimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə öz təhlükəsiz gələcəyimizi təmin edəcək və daha böyük uğurlara imza atacağıq.
Sonda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalı YAP Yevlax rayon təşkilatının fəxri fərmanı ilə təltif olunub, həmçinin partiya sıralarına yeni qoşulan üzvlərə partiya vəsiqələri təqdim edilib.

















Dialoq.az
Bugün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bugün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Bugün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var