Ağdaş məktəbliləri tarix və coğrafiya fənn aylığı çərçivəsində Bakı şəhərinə ekskursiya ediblər

Aprelin 6-da Ağdaş rayonu Hüşün kənd C.Şirinov adına ümumi orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri cari ilin aprel ayının ümumi təhsil müəssisələrində tarix və coğrafiya fənn aylığı elan olunması və eləcə də Aprel döyüşlərinin ildönümü ilə əlaqədar olaraq Bakı şəhərində ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Daha sonra müəllim-şagird kollektivi Hərbi Qənimətlər Parkına, Zəfər Parkına, Bayraq Meydanı və Azərbaycan Milli Tarix Muzeyinə ekskursiya ediblər.
Məktəblilər Parkdakı eksponatların arasında ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarına baxış keçiriblər.
Daha sonra ekskursiya iştirakçılarına xalqımızın Qarabağ uğrunda apardığı Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə barəsində dolğun məlumat verilib, məktəbliləri maraqlandıran sualları cavablandırılıb.
Qeyd edək ki, ekskursiyanın məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili, həmçinin onların dünyagörüşünün genişləndirilməsi, xalqımızın qədim tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə cari tədris ilinin aprel ayı ümumi təhsil müəssisələrində tarix və coğrafiya aylığı elan olunub. Qeyd edək ki, cari tədris ili üzrə Fəaliyyət Planına uyğun olaraq digər ayların müvafiq fənn aylığı elan olunması nəzərdə tutulur. Fənn aylığı çərçivəsində “Tədbirlər Planı”na uyğun olaraq müxtəlif tədbirlərin, “açıq dərs”lərin, fənn dərsdinləmələrinin, müxtəlif yarış və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu barədə məlumatı Mərkəzi Aran Regional Təhsil İdarəsi paylaşım edib.









Dialoq.az
Bugün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bugün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Bugün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var