Yevlax rayon Hacımahmudlu kənd sakinlərinin səyyar qəbul zamanı etdikləri müraciət öz müsbət həllini tapıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən sakinlərin problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə rayonun kənd və qəsəbələrində mütəmadi olaraq səyyar görüşlər keçirilir. Həmin görüşlərdə sakinlər tərəfindən irəli sürülən təkliflər, səsləndirilən problemlər qeydiyyata alınır, həlli istiqamətində aidiyyəti qurumlarla birgə işlər aparılır.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rayonun Hacımahmudlu kəndində keçirdiyi səyyar qəbulu zamanı sakinlər kənd ərazisindəki 41 nömrəli subartezian quyusunun 120 metr dərinikdə olan su götürücü kolonunun istifadəyə yararsız hala düşməsi nəticəsində 81 təsərrüfatın içməli və həyətyanı su ilə təminatında, həmçinin 23 hektar pay torpağının suvarılmasında çətinlik yarandığını bildirmiş, məsələnin həlli ilə bağlı köməklik göstərilməsini xahiş etmişlər.
Şəhər İcra Hakimiyyəti Başçısının tapşırıq və tövsiyyəsi ilə Yevlax rayon Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi tərəfindən subartezian quyusunda əsaslı təmir işlərinə başlanılmışdır. Yaxın vaxtlarda əsaslı təmir işləri yekunlaşdıqdan sonra yeni nasosla da təmin olunaraq su istifadəçilərin istifadəsinə veriləcəkdir.
Qeyd edək ki, bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.




Dialoq.az
Bugün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bugün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Bugün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var