Məktəblərimizdə yeni xəstəlik. Övladlarımızı necə qorumalıyıq? - SƏBƏB NƏDİR?
Gündəm / Siyasət / Araşdırma
Oxunub: 347
27 Ara 2023 | 13:50
Məktəblərimizdə yeni xəstəlik. Övladlarımızı necə qorumalıyıq? - SƏBƏB NƏDİR?
Hər kəsə yaxşı məlumdur ki, bu gün orta məktəb şagirdləri birinci sinifdən başlayaraq on birinci sinfə qədər müəllimlərin evlərinə hazırlıqlara gedirlər. Sözügedən məsələyə münasibət bildirməmişdən öncə qeyd etmək istəyirəm ki, heç kim elə başa düşməsin ki, biz müəllimlərin çörəyinə balta vurmaq istəyirik. Yox, bu əsla belə deyil, bizim işimiz bizim övladlarımızın təhsilinə və gələcəyinə kor-koranə balta vurmaq istəyən müəllimlərlədir. Əlbəttə, bu gün təhsilimizlə bağlı ortaya çıxan neqativ hallar heç birimiz üçün xoş deyil. Ötən illərlə müqayisədə deyə bilərik ki, təqribən 10-15 il əvvəl orta məktəb şagirdləri on-on birinci siniflərdə hazırlıqlara gedirdilərsə bu gün demək olar ki, ölkə üzrə ümumtəhsil məktəblərimizin şagirdlərinin hamısı birinci sinifdən başlayaraq hazırlıqlara gedirlər. Sözügedən məsələ ilə bağlı mən də qısa araşdırma aparmaq qərarına gəldim və buna məcbur oldum. Araşdırma zamanı əslində gözə görünməyən, lakin sözün əsil mənasında ailələrimizi və övladlarımızı uçuruma aparan faciəli mənzərə məni dəhşətə gətirdi. Apardığım araşdırmanı və müqayisəli analizi bir neçə suallar ətrafında Sizlərə təqdim etmək istəyirəm. Maraqlı suallar:
1. Əgər bu gün orta məktəblərdə keyfiyyətli dərs keçirilirsə nə üçün şagirdlər birinci sinifdən hazırlıqlara gedirlər? Buna nə ehtiyac var?
2. Əgər orta məktəblər üçün planlaşdırılmış təhsil proqramı övladlarımızın yüksək təhsil almaları üçün qənaətbəxş deyilsə onda o proqram nə üçün tərtib olunub və o kimə lazımdır?
3. Əgər tərtib olunan dərs proqramını şagirdlərə məktəbdə vaxta görə tədris etmək mümkün deyilsə və ona görə də şagirdlər məcbur qalıb hazırlıqlara gedirsə onda nə üçün düzgün vaxt hesabatı aparılmayıb və nə üçün dərsliklərə uzun-uzadı, anlaşılmayan, dolam-dolaşıq mövzular salınıb?
4. Bu gün nə üçün hər bir məktəbdə yaxşı və ya pis oxuyan şagird fərqi olmadan hamı müəllim yanına hazırlığa gedir? Yaxşı oxuyan şagirdin hazırlıqda nə işi var? Onları məcbur edən kimlərdir və nədir?
5. Bu gün nə üçün hər bir valideyn aylıq ailə büdcəsindən orta hesabla 100-200 AZN hazırlıqlara pul xərcləyir? Bəs o zaman məktəb nə üçün lazımdır? Hər il təhsilə dövlət büdcəsindən milyonlarla vəsait nə üçün xərclənir?
6. Bu gün nə üçün bir çox müəllimlər gizli-gizli hazırlıq üstündə bir-biri ilə davaya çıxırlar? Hansı ki, bunu hər kəs bilir! Müəllim var ki, valideynlə dava edir ki, mütləq sənin övladın mənim yanıma hazırlığa gəlməlidir. Başqa müəllimin yanına getsə mən ona göstərəcəm...!
7. Bu gün nə üçün bəzi müəllimlər Whatsapp qruplarında valideynləri danlayırlar, hətta bəzi hallarda onları təhqir edirlər? Şagirdlərə dərs keçmək valideynlərin peşə borcudur, yoxsa müəllimin?
8. Bu gün nə üçün imkanlı valideynlə, imkansız valideyn arasında fərqlər yaranır və s.
Bəli, bu gün doğrudan da təhsilimiz çətin durumdadır. Bəlkə də bir çoxları bunu hiss etməsə də sözün əsil mənasında təhsilimizlə bağlı vəziyyət ən pis haldadır. Bunu tam dərk etmək üçün WhatsApp qruplarında gedən danışıqları vicdanla dinləmək kifayət edir. Heç kim deməsin ki, mənim xəbərim yoxdur. Bu proses hər kəsin evində gedir. Hər kəs bu haqda evində danışır, valideynlər arasında gizli-gizli söhbət gedir, hamı məktəbdən və xüsusilə də hazırlıq müəllimlərin şagirdlərə qarşı pis, qərəzli, soyuq davranışından danışır, ancaq heç kim bu məsələni dilinə gətirib ictimailəşdirmir. Hər kəs gözləyir ki, kimsə birinci addım atsın. Heç kim özünü pis etmək istəmir. Maraqlısı da ondadır ki, valideynlər var ki, özü acınacaqlı vəziyyətdə yaşasa da hər ay məcbur qalıb deyinə-deyinə övladının hazırlığına kifayət qədər pul xərcləyir. Ancaq o valideyn anlamır ki, övladının təhsilinə heç bir pul xərcləmədən də məktəblər istəsə bunu yüksək səviyyədə təmin edə bilər. Sanki hər kəs bu rejimə alışıb və bəzi müəllimlər də bunu valideynlərə sanki dəmir qanun kimi qəbul elətdirib. Hansı valideyndən soruşursan ki, axı sən nə üçün bu halla razılaşırsan, demək olar ki, valideynlərin 90%-i bildirir ki, əgər mən uşağımı müəlliminin yanına hazırlığa qoymasam müəllim uşağıma gün verib, işıq verməyəcək. Maraqlıdır, görəsən bu iyrənc psixologiya, bu biabırçı rejim, bu sağalmayan xəstəlik təhsilimizə haradan və necə gəlib?
Beləliklə, araşdırmamızın yekunu olaraq məktəb və müəllim birliyinin şagirdlərə hücum planını acı da olsa Sizlərə təqdim edirik. Plan necə hazırlanır və necə həyata keçirilir:
1. Birinci müəllim az maaş alıram deyib şagird ovuna çıxır;
2. Müəllim yavaş-yavaş WhatsApp qruplarında valideynlərlə ustalıqla təmasa girir və onların içindən xüsusi seçilmiş valideynləri ələ almağa çalışır;
3. Müəllim ya şagirdi tərifləyib deyir ki, bu şagird hazırlığa gəlsə daha yaxşı oxuyar, ya da pisləyib deyir ki, şagird zəifdir, hazırlığa gəlməsə ya sinifdən çıxardacağam, ya da bu şagird məhv olacaq və s. Bu yolla ya valideynləri daha çox sevindirməyə çalışırlar, ya da əksinə həyəcan yaradırlar;
4. Bu yolla valideynlər bir-birinə baxıb yavaş-yavaş kimisi sevincindən, kimisi də qorxusundan uşaqlarını bir-bir, iki-iki hazırlıqlara göndərirlər;
5. Bundan sonra yavaş-yavaş müəllim başlayır hazırlığa gələn şagirdlərlə, gəlməyən şagirdlər arasında fərqlər yaratmağa. Bunun özünün xüsusi metodları var. Hər müəllimin individual qaydada özünün xüsusi yanaşması var. Bu fərqi bilmək üçün gərək övladın iki və daha çox müəllimin yanına getsin ki, bu fərqi hiss edəsən. Özü də bu proses elə edilir ki, bunu hər adam başa düşə bilmir, hətta bəzi hallarda bunu sübut etmək də olmur. Hamı elə bilir ki, həmin müəllim çox gözəl müəllimdir. Beləliklə bir çoxları başlayır WhatsApp qrupunda utanmadan müəllimin ünvanına əttökən-əttökən təriflər yağdırmağa. Bunu etmək üçün xüsusi danışıqlar, mimikalar, atmacalar atılır, guya ki, bu müəllim daha çox canıyanan müəllimdir və s. Beləcə bu tip müəllimlər hədəflərinə çatmağa nail olurlar;
6. Beləcə yavaş-yavaş uşaqlar məktəbi evcik-evcik oynamaq yeri hesab edib, başlayırlar ayrı-ayrı evlərə hazırlıqlara getməyə;
7. Əsil faciə də elə bundan sonra başlayır. Bir müddətdən sonra müəllim başlayır valideynlərə hücum çəkməyə. Hünərin də var səsini çıxart. Dərhal başlayırlar:
- uşaq oxumur;
- uşaq dərsi başa düşmür;
- uşaq ev tapşırığını etməyib;
- uşaq imtahanı yaxşı verə bilməyib;
- uşaq nə bilim nə edir və s. Hər uşağa müxtəlif cür yamaq vurulur.
Hansı ki, o müəllim başa düşmür ki, həmin valideyn dövlətin müəllimə o uşaqları öyrətmək üçün verdiyi maaşdan əlavə pul verir. Müəllimə sual verilmir ki, ay müəllim bəs onda sən hara baxırsan?
7. Hansı uşaq fəaldırsa, təbii olaraq oxuyandırsa (hansı ki, keçmiş SSRİ dövründə kənd yerlərində şagirdlər qoyun otara-otara dərs oxuyurdular. Hansı ki, həmin şəxslərin orta təhsillisi bu günün ali təhsillilərindən bir çox hallarda daha savadlı və dünyagörüşlüdür) gedib imtahandan müsbət qiymət alanda müəllim az qalır şirinliyindən partlasın. Guya ki, müəllim hazırlıqda uşağa xüsusi olaraq nəsə edir. Hansı ki, müəllim istəsə eyni nəticəni məktəbdə də ala bilər. Hansı uşaq da zəif qiymət alırsa müəllim bütün günahları atır valideynlərin üstünə.
Bax belə, necə deyərlər "ip də
gedir, mıx da"!
Hansı ki, bu belə olmalı deyil. Hər bir müəllim aldığı maaşa görə zəhmət çəkib şagirdini məktəbdə pulsuz hazırlamalıdır ya da məktəbdən imtina edib gedib hazırlıqlara məşğul olmalıdır. Bu gün müəllimlər var ki, az qala valideynin cibinə girsin. Bu gün müəllimlər var ki, az qala valideyni uşaq kimi danlasın və hətta yeri gələndə təhqir etsin. Görəsən bu ixtiyarı və haqqı onlara kim verib? Hansı ki, valideyn yazıq kasıbçılıqla uşağını məktəbə göndərməklə bərabər, hər ay boğazından kəsib müəllimə pul verir (bu hər müəllimə aid deyil, təbii ki, biz o vicdansız müəllimlərdən danışırıq. Bunu sizlər də bilirsiniz).
Odur ki, hesab edirik ki, bu məsələ ilə bağlı ciddi ölçü götürülməlidir. Təcili olaraq müəllimlər evlərdən məktəblərə gətirilməlidir. Əlbəttə, müəllimin maaşı da qənaətbəxş olmalıdır, bu istiqamətdə də ciddi addımlar atılmalıdır. Müəllimlərin WhatsApp qruplarında danışmalarına qəti qadağa qoyulmalıdır. Bu üsul müəyyən hallarda fayda versə də, bir çox hallarda müəllimin məsuliyyətsizliyinə gətirib çıxardır. Bir çox müəllimlərin yalnız bir sözü var, mən WhatAppda dedim! Sanki WhatApp qrupları müəllimin canını qurtarmaq üçündür. Müəllimlərin bir çoxu elə başa düşür ki, nəyisə dedisə onunla canını qurtarır. Müəllim şagirdin üzərində məktəb sinfində zəhmət qoymalıdır. Müəllim fikirləşir ki, əşi mən özümü yorub nə üçün məktəbdə dərs keçim ki, onsuz da uşaq hazırlığa gələcək də. Təsəvvür edin ki, bir müəllim məktəbə gələnə qədər bir dəfə hazırlıq keçir, məktəbdən sonra da bir hazırlıq keçir. Əlbəttə, o müəllimdə məktəbdə dərs keçmək üçün nə enerji qalır, nə səbr qalır, nə də həvəs.
Onu da qeyd etməliyik ki, əgər bu gün müəllim canı yanıb təhsilimizə müsbət fayda vermək istəyirsə o zaman heç olmasa hər müəllim öz sinfinin ən zəif şagirdləri ilə əlavə hazırlıq keçsin. Dərd orasındadır ki, bu gün sinfin ən yaxşı oxuyan şagirdi belə müəllim yanına gedir. Bu da o deməkdir ki, bu vəziyyəti bəzi müəllimlər özləri yaradırlar. Çünki onlar şagirdlərinə pul gözündə baxırlar. Bu sadə məntiqi hər kəs özündə analiz edə bilər. Əgər bir sinfin hamısı yaxşı və ya pis oxuyan şagirdlərinin hamısı müəllim yanına hazırlığa gedirsə deməli ya müəllim yerində yoxdur, ya da təhsilimiz. Müəllim var ki, səhər yuxudan duran kimi başlayır hazırlığa, hazırlığı bitirən kimi tez-tələsik qaçır məktəbə, məktəbdən çıxan kimi tez qaçır evə və dərhal yenə başlayır hazırlığa. Sizcə o müəllimdə məktəbdə dərs keçməyə maraq olar? Əlbəttə ki, yox! Təhsil sahəsində çalışanlar yaxşı bilir ki, müəllim istirahət etmədən davamlı hazırlıq keçə-keçə heç vaxt məktəbdə keyfiyyətli dərs keçə bilməz. O bir müddətdən sonra əsəbi, gərgin və aqressiv bir hala gəlir, eyni zamanda monotonluq sindromundan əziyyət çəkir. Bunu da aradan qaldırmaq üçün müəllimlərin tez-tez rotasiya qaydasında yerləri dəyişməlidir.
Bir sözlə bu biabırçılıq aradan qalxmalıdır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyimiz bizim tənqidi mövqeyimizi anlayışlı və səmimi qəbul edəcək, sözügedən məsələ ilə bağlı lazımi tədbir görəcək.

Yazıçı, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Natiq Əlisoy

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
28-04-2024, 11:03
Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edilib
26-04-2024, 22:31
Yevlaxda ağır yol nəqliyyat hadisəsi nəticəsində sürücü dünyasını dəyişib
26-04-2024, 22:18
Xocavənddə partlayıcı vasitələr aşkar edilib
21-04-2024, 18:03
Yevlaxda cənab Prezidentin açılış etdiyi məkanın son vəziyyəti. - VİDEO
21-04-2024, 13:30
Qubadlı rayonu ərazisində top mərmiləri aşkar edilib
20-04-2024, 15:33
Millət vəkili İlham Məmmədov: "İlham Əliyev Tarixi Qələbələr yazan güclü Sərkərdədir"
20-04-2024, 13:30
Əməkdar artist Cavanşir Məmmədov nədən dünyasını dəyişib?
19-04-2024, 20:21
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
19-04-2024, 19:58
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
19-04-2024, 15:04
Rusiyadan atasının yasına gəldi və həbs olundu! Hələ ki, səbəblər məlum deyil...
16-04-2024, 13:17
Millət vəkilindən Əli Kərimliyə siyasi dərs: "Görün o nə qədər başı boş adamdır. O, şarlatandır". - VİDEO
16-04-2024, 10:09
SON DƏQİQƏ! Daxili İşlər Nazirliyinin əməkdaşları silah-sursat aşkar edib. - VİDEO
13-04-2024, 00:02
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. - VİDEO
12-04-2024, 21:50
Bakıda mənzil dələduzluğu aşkar edilib. - VİDEO
12-04-2024, 13:11
Bərdədə narkotiklə bağlı növbəti əməliyyat keçirilib. Bərdə şəhər sakini yaxalanıb
9-04-2024, 22:06
Yevlax rayonunda bayram namazı bu saatda qılınacaq. - AÇIQLAMA
9-04-2024, 09:55
Beyləqanda əməliyyat keçirilib. 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
8-04-2024, 18:43
Yevlax-Bərdə yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada müxtəlif növ ağaclar əkilib
8-04-2024, 16:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası xəsarət almış xəstələrlə bağlı açıqlama verib
8-04-2024, 15:31
Yevlaxda ölümlə nəticələnən cinayət hadisəsi baş verib
8-04-2024, 00:07
Daha bir hərbçimiz VƏFAT ETDİ – Buna görə…
7-04-2024, 20:38
Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat etdi
7-04-2024, 13:25
SON DƏQİQƏ: Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib, yaralılar var. VİDEO
7-04-2024, 00:58
Təhsil müəssisələrində dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsinə başlanılıb.
6-04-2024, 21:24
Bu tarixlərdə məktəblərdə dərs olmayacaq
6-04-2024, 21:11
Müəllimlərin sertifikasiyası ilə bağlı YENİ QƏRAR
6-04-2024, 19:26
Yevlaxda korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir