Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!

Müasir döyüşlərdə düşmənin hava hücum vasitələrinin, uzaqmənzilli-yüksəksürətli reaktiv artilleriya və texniki kəşfiyyat vasitələrinin (PUA) qarşısının alınmasında (məhv edilməsi, izlənilməsi və deaktivləşdirilməsi) radio, radiolokasiya və vizual kəşfiyyatın müasir və ağıllı üsullarla aparılması ən vacib şərtlərdən biridir. Hava hədəflərinə (təyyarə, vertolyot, PUA, şar, reaktiv mərmilər) qarşı döyüş fəaliyyətlərinin effektiv idarə olunması üçün zenit-raket, qırıcı aviasiya və radioelektron mübarizə bölmələrinə kəşfiyyat və döyüş məlumatları onların məhv olunması üçün tələb olunan hədlərdə verilməlidir. Yəni sadə dildə desək kəşfiyyat məlumatları elə məsafədə verilməlidir ki, atəş və zərbə vasitələri vaxta görə çatdırıb hədəfi vura bilsin. Bunun üçün bütün dünya ordularında hava kəşfiyyat planı elə qurulur ki, dost qüvvələrin (özümüzün) aşağı, orta, yüksək hündürlük diapazonlarında hava kəşfiyyat aparma imkanları düşmənin hava hücum vasitələrinin (təyyarə, vertolyot, PUA, reaktiv mərmilər və s.) döyüş tətbiqi imkanlarından üstün olmalıdır və bu sistem Azərbaycan Ordusunda da bu cür qurulub. Yəni Azərbaycan Ordusunun hava hücumundan müdafiə sistemi bütün imkanlarına görə (atəş, kəşfiyyat, idarəetmə, koordinasiya və s.) düşməndən tam üstündür. Biz bunu ll Qarabağ müharibəsində də gördük. Ancaq, bu gün bizim qarşımızda duran ən vacib tapşırıqlardan biri düşmənin ən kiçik PUA-na qarşı dayanıqlı mübarizə məsələsidir. İzah üçün bildirim ki, bu çətinlik təkcə Azərbaycan Ordusu üçün yox, hətta ən müasir ordular üçün də xarakterikdir. Müqaisə üçün deyim ki, bu problem Ermənistan ordusunda daha yüksək səviyyədədir. Belə ki, onların radiolokasiya kəşfiyyat stansiyaları Rusiya istehsalı olan ən qoca və lazımsız vasitələrdir. Bunu Ermənistanın ötən illərdə keçirdiyi paradlarda, təlimlərdə və digər media portallarında nümayiş etdirdiyi görüntülərdən də sezmək mümkün idi. Onu da qeyd edim ki, ll Qarabağ müharibəsində həmin texnikaların 90%-i Azərbaycan Ordusu tərəfindən məhv edilib. Odur ki, hesab edirəm düşmənin ən kiçik ölçülü PUA-larını aşkar və məhv etmək üçün daha müasir radiolokasiya kəşfiyyat stansiyalarına (santimetrlik dalğa diapazonunda işləyən), radiotezlik qarışdırıcılarına (uzaqlıq və hündürlüyə görə bütün tezlik imkanlarına aktiv təsir edə bilən) ehtiyac var. Sual yarana bilər ki, bu vasitələrin alınmasına nə ehtiyac var ki? Bilmək lazımdır ki, son aylarda cəbhə xəttimiz boyunca və qoşunlarımızın dərinliyinə doğru bütün kəşfiyyat əməliyyatları həmin kiçik PUA-larla aparılır. Onu isə gözlə görmək (xüsusilə məhdud görmə şəraitində), səslə eşitmək çox çətin başa gəlir, kiçik olduğu üçün effektiv əks olunma səthinin kiçikliyinə görə metrlik və daha böyük diapazonlu stansiyalarla aşkar olunması qeyri-mümkündür. Bundan istifadə edən düşmən əraziyə görə ara boşluqlarımızı, döyüş düzülüşümüzü, gündəlik fəaliyyətimizi, xüsusi hallarımızı və s. müxtəlif saatlarda bu və ya digər formada təsbit edir və təxribat törətmək üçün əlverişli imkana sahib olur. Düzdür, əks hücumla ordumuz düşmənin təxribatlarının qarşısını alsa da bu böyük insan itkilərinə səbəb olur.
____________________________________________
Hərbi ekspert
Natiq Əlisoy
Dün, 21:51
“İranın iştirakına gəldikdə, tutarlı sübut görməmişəm”
Dün, 21:40
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib
Dün, 21:22
Mingəçevir Dövlət Universitetində müəllim əməyinə yüksək dəyər: Fəaliyyəti ilə fərqlənən professor-müəllim heyəti təltif olunub
Dün, 20:26
Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı
Dün, 18:10
DƏHŞƏTLİ HADİSƏ: Ər arvadını baxçada bıçaqladı -VİDEO
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü