Millət vəkili Qüdrət Həsənquliyev: “Sosial müdafiəyə ayrılmış pullar xərclənmədiyi halda ehtiyata gedən zabitlər 5-6 il ev növbəsində gözləyir!”
Siyasət
Oxunub: 558
31 May 2023 | 16:15
Millət vəkili Qüdrət Həsənquliyev: “Sosial müdafiəyə ayrılmış pullar xərclənmədiyi halda ehtiyata gedən zabitlər 5-6 il ev növbəsində gözləyir!”
Qüdrət Həsənquliyev: “2022-ci ildə AZAL-a verilən 63.1 milyon manatlıq subsidiyanın 26.4 milyon manatı şirkətin hesabında saxlanılıb”

“Sosial müdafiəyə ayrılmış pullar xərclənmədiyi halda ehtiyata gedən zabitlər 5-6 il ev növbəsində gözləyir”

“Milli Məclisin iqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri, hörmətli Tahir Mirkişili və Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun çıxışlarını dinlədik. Həmin çıxışlarda qeyd olunan nöqsanlar, çatışmazlıqlar, qanun layihəsi və ona dair Hesablama Palatasının rəyi ilə tanış olanda, tanış olmasaq belə, gündəlik rastlaşdıqlarımız, daxil olan informasiyalar təsdiq edir ki, ölkəmizdə maliyyə intizamının gücləndirilməsinə ciddi ehtiyac var. Büdcə vəsaitlərinin xərclənməsində qanunvericiliyə ciddi əməl olunmaması,şəffaflığın yetərincə olmadığı göz önündədir”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin mayın 31-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili qeyd edib ki, Konstitusiyanın 95-ci maddəsinin 5-ci bəndinə görə, Milli Məclis dövlət büdcəsini təsdiq edir, onun icrasına nəzarəti həyata keçirir: “Biz Hesablama Palatası yaratmaqla, Hesablama Palatası və Nazirlər Kabinetinin hesabatlarını dinləyib qənaətbəxş hesab etməklə öz işimizi bitmiş, nəzarət funksiyamızı yerinə yetirmiş olduğumuzu düşünürük. Milli Məclis HP-nın rəyində,deputatların çıxışlarında göstərilən nöqsanların aradan qaldırılması və növbəti büdcə ilinə qədər Milli Məclisə məlumat verilməsinə dair qərarlar qəbul etməlidir. Müvafiq komitə bu tipli qərar layihələri hazırlamalıdır. Öz nəzarət funksiyamızın ölkəmiz üçün daha faydalı olması naminə Milli Məclisdə daha çox konkret şəxslərə vəzifə verilməsi məqsədilə yaradılmış bir çox komitələr birləşdirilməli, əvəzində büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Milli Məclis həmin Komitə vasitəsilə birbaşa, peşəkar səviyyədə bu işlə məşğul olmalı, büdcəni icra etməyən vəzifəli şəxslərdən ciddi hesabatlar tələb olunmalı, onlar məsuliyyətə cəlb edilməli, şəffaflığın artırılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi məqsədilə ciddi təkliflər hazırlanmalıdir. Biz özümüz də qanun yaradıcılığı ilə məşğul olmalı,yalnız hökumətdən qanun layihələri gözləməməliyik”.

Bu nə özbaşınalıqdır?

Qüdrət Həsənquliyev çıxışında vacib bir fakta da diqqət çəkib: “2022-ci il üçün sosial müdafiə və sosial təminat üzrə təsdiqlənmiş büdcə 3 milyard 642.6 milyon manat olub, büdcəyə yenidən baxılma nəticəsində 860 milyoon da artırılıb ki, ehtiyacı olan insanların sosial müdafiəsi daha yaxşı təşkil olunsun. Buna görə hökumətə təşəkkür etmək olar, amma büdcə ilkin proqnozdan 178.2 milyon manat az, 3 milyard 464.4 milyon manat səviyyəsində icra olunub. 860 milyon manatın isə bir qəpiyinə də toxunulmayıb, yəqin investisiya kimi yatırılacaq. Ac insanlar bir təhər dözə bilər, əsas investisiyadır... Axı biz burda qanunlara dəyişikliyi təsdiq edib onlara belə səlahiyyət verdik. Bir tərəfdən büdcədən ayrılmış və istifadə olunmayan pulları, digər tərəfdən sosial problemlər ucbatından intihar edən, kömək istəyən müharibə veteranlarını, müharibədə əlil olmuş şəxslərin, şəhid ailələrinin, yoxsul insanların, digər kateqoriyalardan olan əlillərin, pensiyaları kəsilmiş, ünvanlı sosial yardımdan məhrum edilmiş insanların dövlət orqanları qarşısında ah-nalələrini də görürük. Sosial müdafiəyə ayrılmış pullar xərclənmədiyi halda ehtiyata gedən zabitlər 5-6 il ev növbəsində gözləyir.
Hesablama Palatasının rəyindən görünür ki, bir sıra qurumlar, ümumiyyətlə hesabatlarını “Büdcə sistemi haqqında” qanuna zidd olaraq Hesablama Palatasına təqdim etmir. Onların siyahısı rəydə öz əksini tapıb. Bu nə özbaşınalıqdır? Onlar barəsində niyə ölçü götürülmür?”

“Monopolist şirkətə niyə subsidiya verilməlidir?”

Millət vəkili bildirib ki, bölüşdürülməmiş xərclərin büdcə xərclərinin 12.8%-ni təşkil etməsi də ciddi narahatçılıq doğrur: “Qabacıl təcrübədə bu 3-6% təşkil edir.
Subsidiyalar müəyyən xərclərin qarşılanması üçün ödənilir, amma 2022-ci ildə AZAL-a verilən 63.1 milyon manatlıq subsidiyanın 26.4 milyon manatı şirkətin hesabında saxlanılıb. Bu dövlət vəsaiti ilə dost tutmaqdır, proteksionizmdir, yoxsa nə? Xidmət haqqının çox yüksək olduğu monopolist şirkətə niyə subsidiya verilməlidir ki, o da bu vəsaitləri hesabında saxlasın?”

İctimai nəqliyyatın bərbad vəziyyətdədir

BAXCP sədri qeyd edib ki, dövlət satınalmaları və sifarişləri zamanı tenderlərin şəffaf keçirilməməsi ictimaiyyətin haqlı narazılığına səbəb olur və bu bizi narahat etməlidir: “Vaxt azdır, sonda hökumət üzvülərinin də burda olmasından istifadə edib bir məsələyə də münasibət bildirmək istəyirəm. Hökumət üzvlərinin Bakı metrosundakı sıxlıqdan insanlarımızın necə əziyyət çəkməsindən yəqin ki, xəbəri var. Prezident 2011-ci ildə metronun inkişafına dair dövlət proqramı qəbul edib. 2011-ci ildən keçən müddət ərzində cəmi iki yeni stansiya istifadəyə verilib. Halbuki metronun konseptual inkişaf sxeminə görə xətlərin sayının 5-ə, stansiyaların sayının isə 70-ə çatdırılması nəzərdə tutulur. 12 il ərzində, 2016 və 2021-ci illərdə cəmi 2 stansiya istifadəyə verməklə, biz neçə ilə qarşıya qoyulan məqsədə çata bilərik?
İctimai nəqliyyatın bərbad vəziyyətdə olması səbəbindən hamı şəxsi avtomobil almağa çalışır. Tramvay xətləri yox, adambaşına düşən avtobusların sayı da qabaqcıl ölkələrlə müqayisə dəfələrlə az, məhz bu səbəbdən avtomobil yollarındakı sıxlığı və tixacları da hər birimiz görürük. Vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün sərnişin daşıması ilə məşğul olan özəl şirkətlərə çoxlu və müasir avtobuslar alınması məqsədilə uzunmüddətli və aşağı faizlərlə kredit verilməlidir. Müəyyən istiqamətlər üzrə tramvay xətlərinin çəkilməsi üçün xarici investorlar cəlb olunmalıdır.
Hörmətli hökumət üzvüləri!
Həllini gözləyən probmler çoxdur,o cümlədən Qarabağın bərpası,Ordunun silahlandırılması və s. Ona görə büdcə vəsaitləri səmərəli istifadə olunmalı, büdcədən maliyyələşdirilən layihələr iqtisadiyyatın neftdən asılılığını azaltmağa xidmət etməlidir. Büdcə vəsaitlərinin səmərəsiz istifadə olunmasının və onun oğurlanmasının qarşısının alınması istiqamətində əlavə tədbirlər görülməlidir”.

Əli Zülfüqaroğlu

/Baymedia.az/
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
21-04-2024, 18:03
Yevlaxda cənab Prezidentin açılış etdiyi məkanın son vəziyyəti. - VİDEO
21-04-2024, 13:30
Qubadlı rayonu ərazisində top mərmiləri aşkar edilib
20-04-2024, 15:33
Millət vəkili İlham Məmmədov: "İlham Əliyev Tarixi Qələbələr yazan güclü Sərkərdədir"
20-04-2024, 13:30
Əməkdar artist Cavanşir Məmmədov nədən dünyasını dəyişib?
19-04-2024, 20:21
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
19-04-2024, 19:58
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
19-04-2024, 15:04
Rusiyadan atasının yasına gəldi və həbs olundu! Hələ ki, səbəblər məlum deyil...
16-04-2024, 13:17
Millət vəkilindən Əli Kərimliyə siyasi dərs: "Görün o nə qədər başı boş adamdır. O, şarlatandır". - VİDEO
16-04-2024, 10:09
SON DƏQİQƏ! Daxili İşlər Nazirliyinin əməkdaşları silah-sursat aşkar edib. - VİDEO
13-04-2024, 00:02
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. - VİDEO
12-04-2024, 21:50
Bakıda mənzil dələduzluğu aşkar edilib. - VİDEO
12-04-2024, 13:11
Bərdədə narkotiklə bağlı növbəti əməliyyat keçirilib. Bərdə şəhər sakini yaxalanıb
9-04-2024, 22:06
Yevlax rayonunda bayram namazı bu saatda qılınacaq. - AÇIQLAMA
9-04-2024, 09:55
Beyləqanda əməliyyat keçirilib. 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
8-04-2024, 18:43
Yevlax-Bərdə yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada müxtəlif növ ağaclar əkilib
8-04-2024, 16:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası xəsarət almış xəstələrlə bağlı açıqlama verib
8-04-2024, 15:31
Yevlaxda ölümlə nəticələnən cinayət hadisəsi baş verib
8-04-2024, 00:07
Daha bir hərbçimiz VƏFAT ETDİ – Buna görə…
7-04-2024, 20:38
Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat etdi
7-04-2024, 13:25
SON DƏQİQƏ: Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib, yaralılar var. VİDEO
7-04-2024, 00:58
Təhsil müəssisələrində dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsinə başlanılıb.
6-04-2024, 21:24
Bu tarixlərdə məktəblərdə dərs olmayacaq
6-04-2024, 21:11
Müəllimlərin sertifikasiyası ilə bağlı YENİ QƏRAR
6-04-2024, 19:26
Yevlaxda korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir
6-04-2024, 14:28
SON XƏBƏR: Yevlaxda yoxlamaların nəticələrinə əsasən vəzifəli şəxs tutduğu vəzifədən azad edilib
5-04-2024, 23:47
Autizm sindromundan əziyyət çəkənlər üçün vacib xəbər. Seminarda nələr müzakirə edilib?
5-04-2024, 23:20
SON DƏQİQƏ: Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib