Nəhayət tarixi faktlar açıldı! Naxçıvan döyüşçüləri haqqında bilmədikləriniz! Günahkarlar kimlərdir?
Siyasət
Oxunub: 741
31 May 2023 | 11:21
Nəhayət tarixi faktlar açıldı! Naxçıvan döyüşçüləri haqqında bilmədikləriniz! Günahkarlar kimlərdir?
Xalqımıza tarixi Zəfər qazandıran 44 günlük Vətən müharibəzi tariximizə qızıl hərflərlə yazıldı. Bu Zəfər milli kimliyimizi, mənəvi dəyərlərimizi bizə qaytardı. Bu zəfərin əldə olunması üçün hamımız bir olduq, uşaqlı-böyüklü hər birimiz Vətən dedik! Minlərlə qəhrəman oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə ucaldı, qazi oldu. Bəli, bu ifadələrin heç biri minnətlə deyilən ifadələr deyil. Əlbəttə ki, Vətənin dar günündə hər birimiz canımızdan keçməyə hazır olmalıyıq və hazırıq da!
Vətən müharibəsinin başlaması və bitməsi 44 gün çəksə də 44 günün hər saniyəsi bir tarix oldu. Bu tarixin yazılmasında birbaşa iştirak edənlər çox yaxşı bilirlər. Onlar yaxşı bilirlər ki, müharibədə kim hansı mövqedə və necə döyüşürdü. Biz hamımız bir yumruq idik və inanırdıq ki, o yumruğun zərbəsindən məhv olan düşmən bir daha ayağa qalxa bilməyəcək. Eyni zamanda biz hər birimiz inamla düşünürdük ki, düşmən üzərində qazandığımız qələbənin medalları fərq qoyulmadan hər birimizin yaxasına taxılacaq! Ancaq, təəssüf! Maraqlıdır ki, 44 günlük Vətən müharibəsi zamanı düşmənin böyük dağıdıcı qüvvəyə malik olan döyüş təyyarələri (hansı ki, Su-25 təyyarəsi 5 tona qədər döyüş yükü götürə bilir. Sadə dildə desək Su-25 təyyarəsi bir uçuşda 5 tona qədər silah daşıya bilir), pilotsuz uçuş aparatları, uzaqmənzilli ballistik raketləri rayon və şəhərlərimizə hücuma keçəndə hər kəs eyni anda düşünürdü ki, görəsən hava hücumundan müdafiə qoşunlarımız düşmənin hava zərbələrinin qarşısını ala biləcəkmi? Bəli, mən ehtiyyatda olan hava hücumundan müdafiə qoşunlarının kəşfiyyatçısı kimi əminliklə deyə bilərəm ki, biz qarşımıza qoyulan tapşırıqların öhtəsindən sona kimi imkanlarımız daxilində maksimum gələ bildik. Hər kəs yaxşı bilir ki, Vətən müharibəsi zamanı düşmənin hava hücum vasitələrinin məhv olunmasında Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin fəaliyyəti əvəzsizdir (bunu sübut edən sənədli film də çəkilib)!

Hətta deyərdim ki, yerləşdiyi mövqeyə görə Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələri olmadan hava döyüşlərinin aparılması qeyri-mümkün idi. Ancaq, təəssüflə qeyd etməliyəm ki, döyüşlər bitdikdən sonra nədənsə əsassız şəkildə Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin adı döyüş əməliyyatlarında iştirak edən bölmələrin siyahısından çıxarıldı, bütün Hərbi Hava Qüvvələrinin şəxsi heyyəti mükafatlandırılsa da (bu onların haqqı idi) Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələri istisna edildi. Mütəxəssis kimi deyə bilərəm ki, müasir döyüşü etibarlı və dayanıqlı hava hücumundan müdafiəsiz təsəvvür etmək mümkün deyil! Ən böyük dağıdıcı təsirə malik olan hava hücum vasitələrinin, ballistik vasitələrin və pilotsuz uçuş aparatlarının zərbələrindən yalnız hava hücumundan müdafiə sistemi ilə müdafiə olunmaq mümkündür. Hər kəs bilməlidir ki, kəşfiyyat məlumatları olmadan düşmənin heç bir hava hücum vasitəsi ilə mübarizə aparmaq olmaz. Çünki burada saniyələrdən söhbət gedir. Təsəvvür edin ki, saatda 2500-2600 km/saat sürətlə hərəkət edən ballistik vasitəni havada məhv etmək üçün hava hücumundan müdafiə qoşunlarının cəmi 2-3 dəqiqə vaxtı olur. Bu tapşırığı yerinə yetirmək üçün isə ilkin kəşfiyyat məlumatı 10 saniyə geciksə belə məqsədə nail olmaq mümkün deyil! Bunu bilə-bilə müharibədən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun fəaliyyətləri haqqında sənədli film çəkilsə də, Müdafiə Nazirinin Müavini, Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov Naxçıvan hava hücumundan müdafiə döyüşçülərinə xüsusi minnətdarlıq etsə də, lakin Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin bir nəfər belə hərbi qulluqçusu mükafatlandırılmadı. Hesab edirəm ki, bu tarixi ədalətsizlik və ən böyük səhvdir! Düşünürəm ki, hər kəsə eyni gözlə baxılmalı idi! Mən bu haqda "Müharibənin görünməyən qəhrəmanları" adlı romanımda da yazmışam.
Nəhayət tarixi faktlar açıldı! Naxçıvan döyüşçüləri haqqında bilmədikləriniz! Günahkarlar kimlərdir?
İnanıram və ümid edirəm ki, Cənab Ali Baş Komandan Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin döyüşçülərini mütləq yenidən mükafatlandıracaq! Bütün faktlar videoda şərhsiz.


Hərbi ekspert Natiq Əlisoy
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
21-04-2024, 18:03
Yevlaxda cənab Prezidentin açılış etdiyi məkanın son vəziyyəti. - VİDEO
21-04-2024, 13:30
Qubadlı rayonu ərazisində top mərmiləri aşkar edilib
20-04-2024, 15:33
Millət vəkili İlham Məmmədov: "İlham Əliyev Tarixi Qələbələr yazan güclü Sərkərdədir"
20-04-2024, 13:30
Əməkdar artist Cavanşir Məmmədov nədən dünyasını dəyişib?
19-04-2024, 20:21
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
19-04-2024, 19:58
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
19-04-2024, 15:04
Rusiyadan atasının yasına gəldi və həbs olundu! Hələ ki, səbəblər məlum deyil...
16-04-2024, 13:17
Millət vəkilindən Əli Kərimliyə siyasi dərs: "Görün o nə qədər başı boş adamdır. O, şarlatandır". - VİDEO
16-04-2024, 10:09
SON DƏQİQƏ! Daxili İşlər Nazirliyinin əməkdaşları silah-sursat aşkar edib. - VİDEO
13-04-2024, 00:02
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. - VİDEO
12-04-2024, 21:50
Bakıda mənzil dələduzluğu aşkar edilib. - VİDEO
12-04-2024, 13:11
Bərdədə narkotiklə bağlı növbəti əməliyyat keçirilib. Bərdə şəhər sakini yaxalanıb
9-04-2024, 22:06
Yevlax rayonunda bayram namazı bu saatda qılınacaq. - AÇIQLAMA
9-04-2024, 09:55
Beyləqanda əməliyyat keçirilib. 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
8-04-2024, 18:43
Yevlax-Bərdə yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada müxtəlif növ ağaclar əkilib
8-04-2024, 16:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası xəsarət almış xəstələrlə bağlı açıqlama verib
8-04-2024, 15:31
Yevlaxda ölümlə nəticələnən cinayət hadisəsi baş verib
8-04-2024, 00:07
Daha bir hərbçimiz VƏFAT ETDİ – Buna görə…
7-04-2024, 20:38
Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat etdi
7-04-2024, 13:25
SON DƏQİQƏ: Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib, yaralılar var. VİDEO
7-04-2024, 00:58
Təhsil müəssisələrində dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsinə başlanılıb.
6-04-2024, 21:24
Bu tarixlərdə məktəblərdə dərs olmayacaq
6-04-2024, 21:11
Müəllimlərin sertifikasiyası ilə bağlı YENİ QƏRAR
6-04-2024, 19:26
Yevlaxda korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir
6-04-2024, 14:28
SON XƏBƏR: Yevlaxda yoxlamaların nəticələrinə əsasən vəzifəli şəxs tutduğu vəzifədən azad edilib
5-04-2024, 23:47
Autizm sindromundan əziyyət çəkənlər üçün vacib xəbər. Seminarda nələr müzakirə edilib?
5-04-2024, 23:20
SON DƏQİQƏ: Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib