Azərbaycanın siyasi sabitliyinin təminatçısı-Yeni Azərbaycan Partiyası
Siyasət
Oxunub: 422
14 Mrt 2022 | 01:26
Azərbaycanın siyasi sabitliyinin təminatçısı-Yeni Azərbaycan Partiyası
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin çətin sınaqlardan keçdiyi bir zamanda ölkəmizi təlatümlü fəlakətlərdən xilas etməsi onun əsl liderlik keyfiyyətlərinə bariz nümunədir. Azərbaycanın 1990-cı illərin əvvəlində sosial-iqtisadi vəziyyəti demək olar ki, tam mənfi səviyyədə idi. Və təbii ki, iqtisadiyyatı güclü olmayan bir ölkə uçuruma yuvarlanırdı. Eyni zamanda torpaqlarımız erməni təcavüzkarları tərəfindən işğala məruz qalmışdı. Məhz elə həmin xilaskarlıq və fədakarlıq missiyasına, müharibənin tamam dayandırılması, həmçinin ölkənin inkişafı üçün həyata keçirilən xüsusi tədbirlərə görə də Heydər Əliyevin adı ölkəmizi uçurumdan xilas edən dahi şəxsiyyət və ümummilli lider kimi şanlı tariximizə yazıldı.
Ulu öndərin rəhbərliyi ilə 1992 - ci il 21 noyabr tarixində yaradılan Yeni Azərbaycan Partiyası indiki müstəqil Azərbaycanın təməl daşını qoymuşdur. YAP-ın düzgün siyasəti nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi Yevlax rayonunda da canlanma, quruculuq işləri və sosial-iqtisadi yüksəliş prinsiplərini dəstəkləyən müvafiq mexanizmlər yaradıldı. Bütün sferalarda və xüsusilə də kənd təsərrüfatı sahəsində Azərbaycan yüksək nailiyyətlər əldə etdi. Məhz Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi.
Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı. Ulu öndərin təşəbbüsü ilə ölkəmizdə suvarma sistemləri yenidən quruldu və torpaqların su ilə təchizatı yaxşılaşdırıldı. Bu işlər də öz növbəsində əkinçilik məhsulları istehsalının xeyli artmasına səbəb oldu. Bu işlərin davamı kimi hazırda ölkəmizdə Azərbaycanımızın ən mühüm sahələrindən olan və suvarma sahəsinə öz layiqli töhfəsini verən 1958-ci ildə istismara verilmiş Yuxarı Qarabağ kanalı respublikada Samur-Abşeron kanalından sonra uzunluğuna görə ikinci yeri tutur. Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Xüsusilə qeyd etməliyəm ki, təşkilatımızın bir sıra əməkdaşları öz şərəfli peşələrini layiqincə yerinə yetirməklə yanaşı, dövlətimizin başçısı, YAP-ın sədri cənab İlham Əliyevin müzəffər sərkərdəliyi və Ordumuzun şücaəti ilə böyük Qələbə qazandığımız 44 günlük Vətən müharibəsində rəşadətlə iştirak etmişdir. Bizlər isə kollektivimizlə birlikdə arxa cəbhədə üzərimizə düşən işləri məsuliyyətlə və vicdanla icra etmişik. Və qürurverici haldır ki, Ölkə prezidenti bu gün Ulu öndərimizin siyasi kursunu layiqincə davam etdirir. Cənab Prezident hər sahəyə xüsusi diqqət və qayğı göstərir. Rəhbərlik etdiyim müəssisənin əməkdaşları ilə çiyin-çiyinə ən gərgin əmək sərf edilən məqamlarda bele çəkinmədən, yorulmadan öz vəzifəmizi uğurla həyata keçiririk. Ona görə ki, dövlətimizin bizim sahəyə olan diqqətinin bariz nümunəsi olaraq, texniki və lazımı digər təminatların yüksək səviyyədə verilməsi bizi öz işimizin icrasına daha da ruhlandırır. 130000 hektara yaxın bir ərazinin suvarılmasını təmin edən Yuxarı Qarabağ Kanalı ölkəmizdə kənd təsərrüfatının inkişafına, onun canlanmasına, bir sözlə ümumilikdə iqtisadiyyatımızın güclənməsinə xidmət edir. Həyata keçirilən bütün məqsədyönlü və rasional siyasət Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi palitrasındakı böyük nüfuzunun həqiqətəndə bənzərsiz olmasına bir nümunədir.
Sevindirici haldır ki, Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Bu hadisə təsadüfi deyil, əksinə Azərbaycan və Türkiyə dövlətlərinin dostluq, qardaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində atılmış vacib addımlardır. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il videoformatda bir neçə konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Məlumdur ki, müasir cəmiyyətlərdə fərdlərin inkişafını təmin edən və ömürboyu təhsil prinsipinin davamı olan şəxsi inkişaf mexanizmi YAP-ın partiyadaxili münasibətlərini tənzimləyən əsas vasitələrdəndir.
Yeni Azərbaycan Partiyası şahid oluruq ki, doğrudanda partiyadaxili münasibətlərdə sağlam rəqabəti, səmimiyyəti, yoldaşlıq və qarşılıqlı hörməti, demokratik mühiti, şəxsi bacarıq və təşəbbüskarlığı təşviq edir. Sağlam rəqabət mühiti partiya üzvlərində demokratik düşüncə tərzini möhkəmləndirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır. YAP yüksək mədəniyyətin Azərbaycan xalqına məxsus əsas keyfiyyətlərdən olduğunu nəzərə alaraq, partiyadaxili münasibətlərin təşkilində etik qaydaların və milli dəyərlərin qorunmasına hər zaman xüsusi diqqət yetirir. Xüsusən gənclərimizdə yaxşı bilirlər ki, müasir düşüncə, yaradıcı təfəkkür, hazırki dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi və bunların geniş tətbiqinin dəstəklənməsidir.
Bugün mən YAP Yevlax rayon təşkilatı üzrə “Aran 2” ərazi partiya təşkilatının sədri kimi əziz Partiyamızda xidmət etdiyim üçün qürur duyur və əminliklə qeyd edirəm ki, üzvlərimizlə birlikdə bu şərəfli missiyanın daşıyıcısı kimi hər zaman Ölkəmizin işıqlı sabahı naminə Partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi müqəddəs siyasətin ətrafında sıx birləşməklə daim öz sədaqətimizi nümayiş etdirəcəyik.
"TURAZTV.AZ"

Şakir İmanov
Yuxarı Qarabağ Kanalı İstismarı idarəsinin rəisi
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
21-04-2024, 18:03
Yevlaxda cənab Prezidentin açılış etdiyi məkanın son vəziyyəti. - VİDEO
21-04-2024, 13:30
Qubadlı rayonu ərazisində top mərmiləri aşkar edilib
20-04-2024, 15:33
Millət vəkili İlham Məmmədov: "İlham Əliyev Tarixi Qələbələr yazan güclü Sərkərdədir"
20-04-2024, 13:30
Əməkdar artist Cavanşir Məmmədov nədən dünyasını dəyişib?
19-04-2024, 20:21
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
19-04-2024, 19:58
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
19-04-2024, 15:04
Rusiyadan atasının yasına gəldi və həbs olundu! Hələ ki, səbəblər məlum deyil...
16-04-2024, 13:17
Millət vəkilindən Əli Kərimliyə siyasi dərs: "Görün o nə qədər başı boş adamdır. O, şarlatandır". - VİDEO
16-04-2024, 10:09
SON DƏQİQƏ! Daxili İşlər Nazirliyinin əməkdaşları silah-sursat aşkar edib. - VİDEO
13-04-2024, 00:02
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. - VİDEO
12-04-2024, 21:50
Bakıda mənzil dələduzluğu aşkar edilib. - VİDEO
12-04-2024, 13:11
Bərdədə narkotiklə bağlı növbəti əməliyyat keçirilib. Bərdə şəhər sakini yaxalanıb
9-04-2024, 22:06
Yevlax rayonunda bayram namazı bu saatda qılınacaq. - AÇIQLAMA
9-04-2024, 09:55
Beyləqanda əməliyyat keçirilib. 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
8-04-2024, 18:43
Yevlax-Bərdə yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada müxtəlif növ ağaclar əkilib
8-04-2024, 16:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası xəsarət almış xəstələrlə bağlı açıqlama verib
8-04-2024, 15:31
Yevlaxda ölümlə nəticələnən cinayət hadisəsi baş verib
8-04-2024, 00:07
Daha bir hərbçimiz VƏFAT ETDİ – Buna görə…
7-04-2024, 20:38
Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat etdi
7-04-2024, 13:25
SON DƏQİQƏ: Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib, yaralılar var. VİDEO
7-04-2024, 00:58
Təhsil müəssisələrində dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsinə başlanılıb.
6-04-2024, 21:24
Bu tarixlərdə məktəblərdə dərs olmayacaq
6-04-2024, 21:11
Müəllimlərin sertifikasiyası ilə bağlı YENİ QƏRAR
6-04-2024, 19:26
Yevlaxda korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir
6-04-2024, 14:28
SON XƏBƏR: Yevlaxda yoxlamaların nəticələrinə əsasən vəzifəli şəxs tutduğu vəzifədən azad edilib
5-04-2024, 23:47
Autizm sindromundan əziyyət çəkənlər üçün vacib xəbər. Seminarda nələr müzakirə edilib?
5-04-2024, 23:20
SON DƏQİQƏ: Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib