
HƏRBİ EKSPERT: Kirayə pulları təmin olunmalıdır. Plenumun 18 iyul 2022-ci il tarixli Qərardadı əsassız və səhvdir!

Son günlərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadının aktuallaşması, bu səbəbdən kirayə pullarının qanunsuz kəsilməsi yüzlərlə ehtiyatda olan hərbi qulluqçuların haqlı və ciddi narazılığına səbəb olub. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu sözügedən qərardadda "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarını şərh edərək belə nəticəyə gəlib ki, guya ki, Azərbaycan Ordusunda 20 il və daha çox xidmət edib "öz arzusu ilə" ehtiyata çıxan hərbi qulluqçulara aylıq kirayə pulu düşmür. Məsələyə aydınlıq gətirmək üçün apardığımız araşdırmanın nəticəsi olaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadı tamamilə əsassız və qanunsuzdur. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında istinad olunmuş maddələrin heç birində ümumiyyətlə "öz arzusu ilə" və ya "öz hərəkətləri səbəbindən" ifadələri yoxdur! Sözügedən maddələrin heç birində ehtiyatda və istefada olan hərbi qulluqçular "iki qrupa", yəni "birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərə görə ehtiyata buraxılma, yəni xidmət müddəti başa çatdığına görə (kadr zabitlər istisna olmaqla), yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə görə, xəstəliyə görə-hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız hesab edildikdə, ştatların ixtisarına görə", "ikinci qrupa isə hərbi qulluqçunun "öz hərəkətləri səbəbindən" və ya "arzusu ilə" ehtiyata buraxılanlara-bu isə xidmətə uyğunsuzluğa görə (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, intizam qaydasında hərbi rütbədən məhrum edilənlərə və s " bölünməyib. Bu fikir ümumiyyətlə kökündən səhvdir! Çünki, qısa olaraq məqamı çatmışkən qeyd edim ki, 20 il Azərbaycan Ordusunda qüsursuz xidmət edib "öz arzusu ilə" ordu sıralarından tərxis olan hərbi qulluqçunu "cinayət edib" ordu sıralarından kənarlaşdırılan hərbi qulluqçu ilə bir sıraya qoymaq ən kobud hüquq pozuntusu və ədalətsizlikdir! Bundan əlavə qeyd etməliyik ki, sözügedən qərardadda vurğulanır ki, guya ki, Şirvan İnzibati Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumdan xahiş edib ki, "Hərbi qulluqçuların statusu haqqında qanunun" 12-ci maddəsinin 7-ci hissəsinə əsasən "Yaşa, səhhətinə, ştatların ixtisarına, görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun 5 ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilməsini şərh etsin". Əvvəla onu deyə bilərik ki, Şirvan İnzibati Məhkəməsi belə bir səlahiyyətə malik deyil!
Azərbaycan Respublikası Konstitusiyası
Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi:
IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
Bu səlahiyyət Azərbaycan Respublikası Ali Məhkəməsinə verilir!
Digər bir tərəfdən diqqətə çatdırmaq istəyirik ki, "Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinin 7-ci hissəsinin təsir qüvvəsi "öz arzusu ilə" tərxis olan hərbi qulluqçuların hüquqlarını heç bir halda məhdudlaşdırmır və buna heç bir aidiyyatı yoxdur.
Qeyd-1: "Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır". Burada "öz arzusu ilə", "öz hərəkətləri səbəbindən" və s. digər hallar nəzərdə tutulmayıb. Burada əsas şərt hərbi qulluqçunun 15 il və daha artıq xidmət etməsidir.
Qeyd-2: "Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinin 6-cı hissəsində qeyd olunur ki, "Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər". Bu da o deməkdir ki, orduda 20 il və daha artıq xidmət etmiş hərbi qulluqçular bütün siferalarda "cinayət edib" ordudan kənarlaşdırılan hərbi qulluqçularla yox, "yaşına, xəstəliyinə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə" ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçularla bir qrupda olmalıdır!
Nəticə olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadını ətraflı analiz etdikdə yekun olaraq belə nəticəyə gəlmək olur ki, qərardadın bütün əsasları səhvdir, qərardad daxili inamı formalaşdırmır və plenum "Hərbi xidmət keçmə haqqında əsasnamə"nin 156-cı maddəsinin "j" bəndi ilə (20 il və daha çox qüsursuz xidmət edib ordu sıralarından ehtiyata buraxılan hərbi qulluqçuları) tərxis olan hərbi qulluqçuları (hansı ki, onların hər birinin dövlətdən mənzil almaq hüququ var və eyni zamanda pensiya alırlar) "cinayət etmiş" hərbi qulluqçularla bir araya qoymaqla ya onları əsassız bəhanə ilə malik olduqları hüquqlardan məhrum etmək istəyir (bu bir sifarişdir, kimlərinsə qərəzli marağını təmin edir) ya da plenum bilərəkdən Cənab Ali Baş Komandanın hərbi qulluqçuların mənzil təminatı ilə bağlı verdiyi sərəncama əks çıxmaq istəyir. Hesab edirəm ki, plenum qərardad qəbul edən zaman heç olmasa istinad etdiyi maddələrin bəndlərini diqqətlə oxumalı idi. Qəbul edilmiş qərardad hərbi qulluqçular arasında bərabərlik prinsiplərini kobud şəkildə pozmaqla orduda xidmət edən hərbi qulluqçular arasında inamsızlıq və əsassız fərqlilik yaradır.
Hərbi ekspert Natiq Əlisoy

Bugün, 16:15
Millət vəkili Qüdrət Həsənquliyev: “Sosial müdafiəyə ayrılmış pullar xərclənmədiyi halda ehtiyata gedən zabitlər 5-6 il ev növbəsində gözləyir!”
Bugün, 11:21
Nəhayət tarixi faktlar açıldı! Naxçıvan döyüşçüləri haqqında bilmədikləriniz! Günahkarlar kimlərdir?
14-05-2023, 15:43
Minlərlə ehtiyatda olan zabit Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuta bilər!
13-05-2023, 16:00
Hərbi ekspertlər danışmalıdırlar! Kirayə pulları nə üçün kəsilib? Minlərlə hərbçi nə üçün narazıdır?!
8-05-2023, 23:33
HƏRBİ EKSPERT: Kirayə pulları təmin olunmalıdır. Plenumun 18 iyul 2022-ci il tarixli Qərardadı əsassız və səhvdir!
3-05-2023, 11:47
Zabitlərin əksəriyyəti bu gün nə üçün taksi sürür? QISA ARAŞDIRMA!
2-05-2023, 16:10
Zabitlərin kirayə pullarına qarşı növbəti təxribat! Yüzlərlə zabit məhkəməyə üz tuta bilər!
23-04-2023, 14:19
Bu uşaqların həyatda qalması möcüzə ola bilər! Bir bacı, bir qardaş nələr yaşayır?!
22-04-2023, 11:52
Nurcan Rəhimlinin dostluq hekayəsi və onun saf düşüncələri
4-04-2023, 22:44
Yunan-Roma güləşçisi Eşqin Mədətli respublika üzrə güləş çempionatının bürünc medalı ilə mükafatlandırıldı.
28-03-2023, 13:07
Altıncı sinif şagirdi Nurcan Rəhimlinin vətən sevgisi
19-03-2023, 14:27
”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
10-03-2023, 17:52
Azyaşlı qızcığazın qəlbində yaşayan türk sevdası! 6-cı sinif şagirdi Nurcan Rəhimli insanlıq hisslərini qələmi ilə bu cür ifadə etdi!
6-03-2023, 17:52
6-cı sinif şagirdi Nurcan Rəhimli azyaşlı olsa da qələmi ilə hər kəsin sevimlisinə çevrilib!
3-03-2023, 22:05
Hərbi pensiyaçılar dövlət rəhbərinə müraciət etdilər: "Cənab Prezident! Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik ki, .."
26-02-2023, 22:11
Yazıçı, dostuna görə hər kəsə müraciət etdi. Azərbaycan xalqı yardımsevər xalqdır!
8-02-2023, 16:04
Türk Ağsaqqalları İctimai Birliyi təcili müşavirə keçirdi. Biz hər zaman yaralılara qan verməyə hazırıq!
27-01-2023, 01:14
Onlar özlərini qorxularından gizlədirlər? Gizli trollar kimlərdir?
23-01-2023, 00:54
Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
21-01-2023, 20:58
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
18-01-2023, 23:13
DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
16-01-2023, 20:16
"AvtoNat.Az" avtomobil saytından hərbçilərə, şəhid ailələri və qazilərə xüsusi güzəşt.
12-01-2023, 17:09
Yevlaxda qətlə yetirilən həkimin qatilləri tapıldı.
25-12-2022, 12:54
Bu gün zabitlərin "Avropa İnsan Hüquqları Məhkəməsi"nə üz tutmasının səbəbi nədir? Bunu kimlər və nə üçün edir?
24-12-2022, 23:50
Naxçıvanda görün zabitə nə diaqnoz qoyulub! Naxçıvan səhiyyəsindən zabitlərə qarşı növbəti şok!
23-12-2022, 18:43
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
20-12-2022, 20:35
Diqqət! Hərbi ekspertdən ciddi açıqlama. Hər cür hadisə baş verə bilər!