Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filminin təqdimatı keçirilib.FOTO+VİDEO

11 iyun 2026-cı il tarixində Mingəçevir Dövlət Dram Teatrında Baku Media Centerin maliyyə dəstəyi ilə "SOY" prodakşın tərəfindən hazırlanmış Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş və süni intellektlə hazırlanmış "Düşmənə qarşı tək" adlanan filmin təqdimatı keçirilib.
Dialoq.az xəbər verir ki,Vətən uğrunda misilsiz şücaət göstərmiş Milli Qəhrəman Natiq Qasımovun əziz xatirəsinə həsr olunan tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatının rəhbərliyi, “SOY” Production şirkətinin və eyni zamanda layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva, filmin yaradıcı heyəti, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri və nümayəndələri, şəhid ailələrinin üzvləri, qazi və veteranlar, Milli Qəhrəman Natiq Qasımovun ailə üzvləri, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, təhsil və mədəniyyət işçiləri, media nümayəndələri, şəhər ictimaiyyəti və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən “SOY” Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva filmin ərsəyə gəlməsi prosesindən bəhs edib, layihənin əsas məqsədinin gənc nəsillərə vətənpərvərlik ruhunun aşılanması, Milli Qəhrəman Natiq Qasımovun şərəfli döyüş yolunun daha geniş auditoriyaya çatdırılması olduğunu vurğulayıb. O, filmin Mingəçevir şəhərində təqdimatına göstərilən dəstəyə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinə, tədbir iştirakçılarına və yaradıcı heyətə minnətdarlığını bildirib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib.
Daha sonra tədbir iştirakçılarına “Düşmənə qarşı tək” qısametrajlı film nümayiş olunub.
Süni intellekt texnologiyalarının imkanlarından istifadə olunaraq hazırlanan ekran əsəri tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Filmin nümayişindən sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “SOY” Production şirkətinin və eyni zamanda layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyevaya və filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. İcra başçısı belə layihələrin milli-mənəvi dəyərlərin qorunması, qəhrəmanlarımızın tanıdılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, ölkədə hökm sürən sabitliyə, əldə olunan tarixi nailiyyətlərə və qələbəyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirib, Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazi və veteranlarımıza can sağlığı arzulayıb.
Tədbirdə çıxış edən Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov da ailələri adından təşkilatçılara, şəhər rəhbərliyinə, “SOY” Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyevaya, filmin yaradıcı heyətinə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib. O, qardaşının xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən bu cür layihələrin ailələri üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. Nofəl Qasımov həmçinin Yevlax, Gəncə, Ağdaş və digər bölgələrdən tədbirə qatılan qonaqlara xüsusi minnətdarlığını ifadə edib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Yevlax rayon üzrə nümayəndəliyinin hərbi məsələlər şöbəsinin müdiri, ehtiyatda olan mayor, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Natiq Əlisoy da iştirak edərək ictimai birliyi təmsil edib.
Mingəçevir şəhərində keçirilən bu əlamətdar tədbir Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə göstərilən ehtiramın, qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm layihələrin növbəti nümunəsi kimi yadda qalıb.
Onu da qeyd edək ki, filmin ssenari müəllifi Fariz Əliyev, süni intellekt mütəxəssisləri isə Sarvan Hüseyn və Nəzrin Məmmədlidir.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 20:55
ADY yay mövsümündə sərnişindaşıma xidmətini intensivləşdirir
Bugün, 17:27
Bloqer canlı yayımda vəfat etdi
Bugün, 17:14
Bu barədə yalan məlumat verənlər cərimələnəcək
Bugün, 17:01
Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib
Bugün, 15:39
Azərbaycanda güclü zəlzələ oldu
Bugün, 14:38
Mingəçevir Dövlət Universitetində qiyabi tələbələr üçün ingilis dili biliklərinin təkmilləşdirilməsi istiqamətində təlimlər keçirilir
Bugün, 14:33
Mingəçevir Dövlət Universitetinin əməkdaşları AzTU-da Elektron Sənəd Dövriyyəsi Sistemi üzrə praktiki təlimlərdə iştirak edirlər
Bugün, 14:30
Mingəçevir Dövlət Universitetində “Ecovolley” Voleybol turniri: tələbələr, müəllimlər, tərəfdaş qurumlar və sənaye nümayəndələri sağlam rəqabət meydanında bir araya gəlib
Bugün, 14:24
Mingəçevir Dövlət Universitetinin qiyabi formada təhsil alan tələbələri Malayziya və Almaniyada təhsil imkanları barədə məlumatlandırılıb
Bugün, 12:30
Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filminin təqdimatı keçirilib.FOTO+VİDEO
10-06-2026, 23:29
Gəncədə kütləvi dava - Yaralılar var
10-06-2026, 21:45
Azovda həlak olanların nəşi vətənə gətirildi
10-06-2026, 21:44
Tehranda pravoslav kilsəsi qarət edilib
10-06-2026, 20:42
Tehranda pravoslav kilsəsi qarət edilib
10-06-2026, 20:18
Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəli dəyişir
10-06-2026, 20:15
Prezidentdən elektron müraciətlərlə bağlı - Fərman
10-06-2026, 18:05
Mingəçevir Dövlət Universiteti və Mingəçevir Bələdiyyəsi insan kapitalı, innovasiya və yerli inkişaf naminə güclərini birləşdirir. FOTOLAR
10-06-2026, 17:51
Mingəçevir Dövlət Universitetində struktur bölmə rəhbərləri və əməkdaşlarla görüş keçirilib. FOTOLAR
10-06-2026, 12:39
Prezident həmkarını təbrik etdi
10-06-2026, 11:25
Tbilisiyə yeni biletlər satışa çıxarıldı
9-06-2026, 19:19
Yevlaxda qadın yanaraq dünyasını dəyişib
9-06-2026, 16:03
Mingəçevir Dövlət Universitetində Elektron Sənəd Dövriyyəsi Sisteminə tam keçid təmin edilib: Əməkdaşlara praktiki təlimlər keçirilib
9-06-2026, 12:24
9 iyun - Dəmir Yolu Keçidləri ilə bağlı Beynəlxalq Maarifləndirmə Günüdür
9-06-2026, 11:43
Vətən müharibəsi iştirakçısı, Azərbaycan Bayrağı ordenli, istefada olan mayor Mədəd Süleymanovun qəhrəmanlıq stendi yaradılıb
9-06-2026, 09:42
Uşaqların əlindən telefonları almaq mümkün deyil - Rəşad Məcid
9-06-2026, 09:06
Ceyhun Bayramov Yaponiyaya getdi
9-06-2026, 09:03
Hindistanda əridilmiş dəmir işçilərin üzərinə töküldü - Ölənlər və yaralananlar var