Maşını başqasının adı ilə sığorta edənlərə pis xəbər — AÇIQLAMA

İyunun 21-dən etibarən icbari avtomobil sığortası sahəsində yeni qaydalar qüvvəyə minir. Bu dəyişikliklər sığorta sistemində risklərin daha dəqiq qiymətləndirilməsini nəzərdə tutur. Bonus malus mexanizmində aparılan yeniliklər sığorta haqlarının hesablanma qaydasını dəyişir. Yeni yanaşma həm fərdi sürücülərin, həm də hüquqi şəxslərin məsuliyyətini daha aydın müəyyənləşdirir. Bütün bu dəyişikliklər sığorta bazarında daha şəffaf və ədalətli sistemin formalaşdırılmasına yönəlib.
Dialoq.az xəbər verir ki,məsələ ilə bağlı sığorta eksperti İlkin Nəcəfov Demokrat.az-a bildirib ki, icbari sığorta ilə bağlı qaydalarda edilən dəyişikliklər sığortalılar üçün hər hansı üstünlük yaratmır, əksinə öhdəlikləri və məsuliyyəti artırır:
"Çünki icbari avtosığorta üzrə zərərlilik səviyyəsi kifayət qədər yüksəkdir və bu səbəbdən sığorta şirkətləri bu sahədən çəkilməyə meyil göstərir. Artıq bir neçə sığorta şirkəti könüllü şəkildə bu növ üzrə lisenziyasını geri qaytarıb, çünki ayrı-ayrı nəqliyyat vasitələri üzrə zərərlilik 100, 200, hətta 300 faizə qədər yüksəlib. Bu vəziyyət sığorta bazarında ciddi risk yaradır.
Yeni qaydalarla əvvəl mövcud olan boşluq aradan qaldırılıb. Belə ki, əvvəl sığorta müqaviləsi aktiv olduğu müddətdə etibarnamə vasitəsilə daha aşağı bonus malusa malik şəxsin adından istifadə edilərək daha ucuz sığorta əldə etmək mümkün idi. İndi isə sığorta haqqı həmin nəqliyyat vasitəsini ən yüksək riskli idarə edən şəxsin sığorta tarixçəsinə əsasən hesablanır. Sığorta şirkətləri də bu yanaşmanı təsdiqləyir".
O bildirib ki, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün əlavə əmsal tətbiq edilir:
"Bu da sığorta haqqının artmasına səbəb olur. Minimum sığorta məbləği 250 manatdan yuxarı olacaq. Əgər 275 gün ərzində qəza baş verməzsə, bonus sistemi çərçivəsində 5 faizə qədər endirim tətbiq oluna bilər.
Hüquqi şəxslər üçün də dəyişikliklər nəzərdə tutulur. Onlarda bonus malus əmsalı ümumi olaraq bir səviyyəsində saxlanılır. Əgər qəza baş verərsə, məsuliyyət birbaşa günahkar sürücünün bonus malus göstəricisinə təsir edəcək. Bu yanaşma əvvəlki sistemdə mövcud olan ədalətsizliyi aradan qaldırır, çünki artıq bir sürücünün yol verdiyi qəza bütün avtopark üzrə sığorta qiymətlərinin artmasına səbəb olmayacaq",- deyə o qeyd edib.
Qısası, yeni qaydalardan sonra maşını başqasının adına sığortalatdırıb ucuz qiymətə başa gətirmək mümkün olmayacaq və sığorta pulu maşını sürən ən təhlükəli sürücünün keçmişinə görə hesablanacaq.
Dialoq.az
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir