Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaq.
Dialoq.az xəbər verir ki,WUF13 Əməliyyat Şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.
Azərbaycanın Sədrliyi altında mayın 17-də keçiriləcək bu görüşdə hökumət nümayəndələri bir araya gələrək Yeni Şəhərsalma Proqramının icrasını nəzərdən keçirəcək və 2036-cı ilə qədər olan növbəti mərhələ üçün prioritetləri müzakirə edəcəklər. WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun olaraq, bu müzakirələrdə inklüzivliyə, davamlılığa və dayanıqlı şəhər inkişafına təkan verən əsas faktor kimi mənzil təminatı məsələsinə xüsusi diqqət yetiriləcək.
Qlobal qiymətləndirmə və yeni siyasi impuls
Nazirlər görüşü ölkələrə təcrübə mübadiləsi aparmaq, mövcud boşluqları müəyyənləşdirmək və Yeni Şəhərsalma Proqramı üzrə öhdəlikləri möhkəmləndirmək üçün platforma təqdim edəcək. Eyni zamanda, sözügedən görüş 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli icmal ərəfəsində siyasi dinamikanın artırılmasına da öz töhfəsini verəcəkdir.
İştirakçılar mənzil təminatının üç əsas istiqamət – sosial inklüzivlik və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanlar, eləcə də ekoloji dayanıqlılıq və iqlimə davamlılıq üzrə əsas təkanverici rolunu müzakirə edəcək və əldə edilmiş nəticələri, habelə milli yanaşmaları və növbəti mərhələ üçün prioritetləri nəzərdən keçirəcəklər.
Yüksəksəviyyəli dialoq və tematik panellər
Tədbir Azərbaycan Respublikasının Hökuməti, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT nümayəndələrinin iştirakı ilə təşkil olunacaq yüksək səviyyəli dialoqla başlayacaq. Bunun ardınca nazirlər tərəfindən üzv dövlətlərin milli nailiyyətlərini və prioritet istiqamətlərini əks etdirən bəyanatlar səsləndiriləcək.
Günün ikinci yarısında aşağıdakı mövzular üzrə üç tematik panel keçiriləcək:
• Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı
• Urbanistik rifah və hər kəs üçün imkanlar naminə mənzil təminatı
• Ekoloji cəhətdən dayanıqlı və iqlimədavamlı şəhərsalma üçün mənzil təminatı.
Bu sessiyalar mövzu üzrə həm praktiki yanaşmalar, həm də həll yolları ilə bölüşmək üçün hökumətləri, BMT qurumlarını, vətəndaş cəmiyyətini və yerli idarəetmə orqanlarını bir araya gətirəcək.
Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatacaq. Əsas tövsiyələri əks etdirməklə yanaşı, bu sənəd qlobal səviyyədə hesabatverməproseslərinə, eləcə də WUF13-ün yekun sənədlərinə, o cümlədən Bakı Fəaliyyətə Çağırış sənədinə töhfə verəcək.
WUF13-ün əhatəli proqramının tərkib hissəsi kimi nazirlər görüşü dayanıqlı urbanizasiya üzrə işlərin gedişatını sürətləndirmək üçün dövlət siyasətini yerli səviyyədə icra ilə uyğunlaşdırmaqla tədbirin dialoq, tərəfdaşlıq və fəaliyyət üçün qlobal platforma rolunu gücləndirəcrək.
Xatırladaq ki, WUF13 mayın 17–22 tarixlərində keçiriləcək.
Dialoq.az
Bugün, 14:33
Sabah 30° isti olacaq
Bugün, 14:26
Departament rəhbəri işindən ayrıldı
Bugün, 14:23
Qəbələyə gedən qatarlar Kürdəmirdə də dayanacaq
Bugün, 14:20
Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək
Bugün, 14:16
III kurs tələbəsi vəfat etdi - Foto
Bugün, 07:22
Rekord istilər gözlənilir - Xəbərdarlıq
Dün, 22:59
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq
Dün, 22:55
Əli Cavadlı Avropa çempionu oldu
Dün, 22:52
Əraqçi: Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb
Dün, 22:49
Narkotiklərlə əlaqəli 20, silah-sursatla bağlı 14 fakt müəyyən edildi - RƏSMİ
Dün, 14:57
Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər
Dün, 13:28
Beyləqanda asfaltlanma işləri davam edir - Fotolar
Dün, 00:27
Azər Əhmədov vəzifəsindən azad edildi
12-05-2026, 23:07
MDU-nun qızları WUF13 çərçivəsində veloyürüşünə qoşulublar - FOTOLAR
12-05-2026, 22:22
Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
12-05-2026, 20:30
Dünən ad gününü qeyd etmişdi - Vəfat etdi
12-05-2026, 16:53
“Qarabağ” ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
12-05-2026, 15:48
Mingəçevir Dövlət Universitetinin veloparkçı qızları Bakı-Xankəndi veloyürüşünə qoşulub
12-05-2026, 14:33
Deputat: Vətəndaşların müraciətləri daha qısa zamanda cavablandırıla bilər
12-05-2026, 13:45
Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi - Yenilənib
12-05-2026, 13:39
Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlər yenilənəcək
12-05-2026, 10:42
Piyadavurma Hadisələri Artır: Sadə Qaydalara Biganəlik Faciə Yaradır
12-05-2026, 10:07
Yolu keçən piyada canından oldu
12-05-2026, 10:04
Balakəndə narkotik plantasiyası aşkarlandı – 198 ədəd çətənə götürüldü
12-05-2026, 09:58
Sabirabadda zəncirvari qəza - 1 ölü, 5 yaralı
12-05-2026, 09:55
Yanan anbardakı mallar çıxarılır
12-05-2026, 08:41
14 yolda tıxac var - Siyahı