MDU-da Elm və Təhsil Nazirliyinin İctimai Şurası ilə görüş keçirilib.VİDEO

Mingəçevir Dövlət Universitetində təhsil, elmi inkişaf və ictimai nəzarət müzakirə olunub: Elm və Təhsil Nazirliyinin İctimai Şura üzvləri ilə görüş keçirilib.
Dialoq.az xəbər verir ki,2026-cı ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Universitetində Milli Məclisin deputatı Ceyhun Məmmədov, eləcə də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə görüş keçirilib. Universitetin akt zalında baş tutan görüşdə MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar, İctimai Nəzarət Şurasının üzvləri, eləcə də mingəçevirli məktəblilər və onların müəllimləri iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Ardınca qonaqlar Mingəçevir Dövlət Universitetində təşkil olunan imtahan prosesi ilə tanış olublar. Proses zamanı imtahanların gedişi və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.
Daha sonra universitetdə yaradılan İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının açılışında iştirak ediblər. Laboratoriyada yaradılan müasir texniki və proqram təminatı qonaqlara təqdim edilib, onun iqtisadi təhlil, modelləşdirmə və proqnozlaşdırma sahəsində yaradacağı imkanlar barədə ətraflı məlumat verilib.
Tədbir Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək universitetdə həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq, elmi-tədqiqat mühitinin gücləndirilməsi və tələbəyönümlü idarəetmə prinsipləri barədə ətraflı məlumat verib. Rektor, MDU-nun regionun intellektual və elmi mərkəzi kimi rolunun getdikcə artdığını vurğulayıb, gənclərin bilik və bacarıqlarının inkişafı üçün yaradılan imkanlardan bəhs edib.
Ardınca Milli Məclisin deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri - prof. Hikmət Əlizadə, Günay Əkbərova və Pərvanə Məmmədova çıxış edərək ali təhsildə keyfiyyət, ictimai nəzarətin rolu, tələbə-müəllim münasibətləri və universitetlərin cəmiyyətlə əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda MDU-da yaradılan müasir tədris və elmi infrastrukturun müsbət dəyərləndirildiyi bildirilib.
Tədbir çərçivəsində Mingəçevir Dövlət Universitetinin Türkiyə və Qazaxıstan universitetlərinə qəbul olunan 10 tələbəsinə beynəlxalq mübadilə proqramı üzrə gediş biletləri təqdim edilib. Tələbələrə gələcək akademik fəaliyyətlərində uğurlar arzulanıb, onların beynəlxalq təhsil mühitində MDU-nu layiqincə təmsil edəcəklərinə inam ifadə olunub.
Daha sonra 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən bütün fənlər üzrə 100 bal toplayan 8 tələbə və 6 magistrantın təltif edilməsi həyata keçirilib. Fərqlənən təhsilalanlar sertifikatla təltif olunublar. Bildirilib ki, yüksək nəticə göstərən tələbə və magistrantlara universitet rektorunun “Fəxri təqaüdü” təqdim olunacaq.
Tədbir çərçivəsində Mingəçevir Dövlət Universiteti və “Tekera”nin birgə təşkilatçılığı ilə keçirilən Regional Riyaziyyat Olimpiadasının Mingəçevir şəhəri üzrə mərhələsinin qalibləri və fərqlənən məktəbliləri də təltif olunublar. Olimpiadada yüksək nəticə göstərən məktəblilər diplom, sertifikat və hədiyyələrlə təltif olunub, onlara gələcək təhsil həyatlarında uğurlar arzulanılıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam edib, sonda xatirə fotosu çəkilib.
Dialoq.az
Bugün, 12:11
Yevlaxda baş verən ağır qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar