Mirhəsən Seyidov sakinlərlə dekabr görüşlərini yekunlaşdırdı - Fotolar

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun dekabr ayı üçün sakinlərlə səyyar görüşləri yekunlaşıb.
“Dialoq.az ” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində inkişaf etməsi və davamlı uğurlar qazanması xalq–iqtidar birliyinin mövcudluğu ilə birbaşa bağlıdır.
Bu birliyin ideoloji əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb və müasir Azərbaycan dövlətinin inkişaf strategiyası məhz xalqın iradəsinə söykənən güclü liderlik modeli üzərində qurulub. Ümummilli Lider Heydər Əliyev daim vurğulayırdı ki, xalqına arxalanan və onun mənafeyini hər şeydən üstün tutan dövlət siyasəti ölkənin sabit və dayanıqlı inkişafını təmin edir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirib, sosial-iqtisadi inkişaf, milli təhlükəsizlik, ərazi bütövlüyünün bərpası və dövlətçilik maraqlarının qorunması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət ölkədə sabitliyi, tərəqqini və ictimai həmrəyliyi təmin edib.
Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dərin inamı və etimadı bu uğurların əsas hərəkətverici qüvvəsidir. Xalq öz Prezidentinin ətrafında sıx birləşərək dövlətin həyata keçirdiyi strateji hədəfləri dəstəkləyir. Bu sarsılmaz birlik Azərbaycanın gələcək inkişafının, müstəqilliyinin möhkəmlənməsinin və milli maraqlarının etibarlı təminatıdır. Xalq–Prezident birliyi müasir Azərbaycanın güc mənbəyi və davamlı uğurlarının əsas şərti kimi tarixə həkk olunub.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb.
Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolların düzəlməsi və digər məsələlərlə bağlı müraciətlər irəli sürülüb. Müraciətlər vətəndaşlar tərəfindən ayrı-ayrılıqda səsləndirilib, qaldırılan məsələlər ətraflı müzakirə olunub və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

.

.

Dialoq.az
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir