Bu şəxslərin nəzərinə: Pensiyaları 6 ildən bir artırılacaq

Azərbaycanda yaşa görə əmək pensiyası hüququ qazanmış şəxslərin daha sonra hansı iş sahəsində və ya hansı şərtlərlə çalışa bilməsi mövzusu tez-tez müzakirə edilir. Yaşa görə əmək pensiyası hüququ qazanmış şəxs sonradan işlədiyi təqdirdə ona ödənilən əmək pensiyasının dayandırılması ehtimalı varmı?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən deputat Vüqar Bayramovun sözlərinə görə, pensiya yaşı tamam olmuş vətəndaşların özəl sektorda işləməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur.

“Praktik olaraq pensiya yaşına çatdıqdan sonra vətəndaşlarımız özəl sektorda işini davam etdirə bilərlər. Dövlət sektorunun bəzi sahələrində yaşla və eyni zamanda müddətlə bağlı bəzi məhdudiyyətlər var. Məsələn, təhsildə, səhiyyədə. Pensiya yaşı tamam olan vətəndaşlar növbəti beş il ərzində müəssisənin, işlədikləri qurumun razılığı əsasında adətən bir il olmaq şərti ilə beş il müddədində əlavə işləmək hüququna malikdir. Yəni onlar 70 yaşa qədər həmin qurumun razılığı ilə çalışa bilərlər”.
V.Bayramov qeyd edib ki, işləyən vətəndaşlarımızın ödədiyi sosial yığımlar, pensiya yığımları 6 ildən bir hesablanır və həmin şəxsin pensiya kartlarına və ya pensiya məbləğinə əlavə edilir: “Məsələn, vətəndaş pensiya yaşı tamam olub. Amma işləməyə davam edir, onun işlədiyi müddətdə ödədiyi sosial ödənişlər 6 ildən sonra yenidən hesablanır və həmin şəxsin pensiya məbləğinə əlavə edilir. Şəxs pensiya yaşına çatdıqdan sonra işləməyə davam etdikcə pensiya məbləğini artıra bilir. Buna görə də işləyən vətəndaşlarımız üçün digər imkan məhz onların pensiya məbləğinin 6 ildən bir artırılmasıdır ki, bu qanunvericiliyə əsasən təsdiq olunaraq tətbiq olunur”.
Hüquqşünas Səfər Quliyev də bildirib ki, pensiya yaşına çatmış şəxs sonradan qanunvericiliyə uyğun olaraq bəzi dövlət orqanlarında və ya özəl sektorda əmək müqaviləsi əsasında işləyə bilər: ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin həmin Qanuna əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir, əmək pensiyası təyin olunduğu gündən sonra şəxs 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Əmək pensiyasının dayandırılması halları isə yalnız şəxs vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda və Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda mümkündür”.
Dialoq.az
Bugün, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
6-08-2026, 05:53
Sulutəpədə avtoservisdə yanğın baş verib Hadisə
6-08-2026, 05:50
Bakıda məşhur ticarət mərkəzində faciə
6-08-2026, 05:46
Canlı yayımda söyüş söyən daha bir tiktoker həbs edildi
6-08-2026, 05:43
Alkoqoldan imtina etdikdə beyində nə baş verir? — Araşdırmaların nəticələri
6-08-2026, 05:39
Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? — AÇIQLAMA
6-08-2026, 05:35
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
5-08-2026, 22:30
Bakıda məscid yanır
5-08-2026, 22:21
Gürcüstan yenidən qaranlığa qərq oldu
5-08-2026, 22:18
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
4-08-2026, 13:44
Mingəçevirdə bir nəfər şəxs atdan yıxılaraq xəsarət alıb
3-08-2026, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
3-08-2026, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
3-08-2026, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
3-08-2026, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir