DİN Sürücüləri ötmə zamanı diqqətli olmağa çağırır

Dialoq.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə zamanı diqqətli olmağa çağırıb.
Belə ki,Aparılan təhlillər göstərir ki, cari ilin 11 ayı ərzində qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən 470 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu fakt ağır nəticəli yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasında ötmə və manevretmə qaydalarının pozulmasının xüsusi yer tutduğunu göstərir.
Qarşı hərəkət zolağına düşünülməmiş şəkildə çıxmaq, yolun görünüş məsafəsini və hərəkətin intensivliyini düzgün qiymətləndirməmək, tələskənlik, eləcə də sürücünün özünə həddindən artıq güvənməsi qısa zaman ərzində ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Bu cür qayda pozuntuları əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri ilə toqquşma, avtomobilin idarəetmədən çıxaraq aşması, eləcə də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükənin yaranması ilə nəticələnir.
Unudulmamalıdır ki, yol hərəkəti zamanı qəbul edilən hər bir yanlış qərar insan həyatı üçün ciddi risk daşıyır. Bir neçə saniyə vaxt qazanmaq istəyi heç bir halda insan həyatının təhlükə altına atılması ilə əsaslandırıla bilməz.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, ötmə və manevretmə zamanı qarşıdan gələn nəqliyyat vasitəsinə olan məsafə real qiymətləndirilməli, yolun vəziyyəti və hava şəraiti mütləq nəzərə alınmalı, sükan arxasında səbir, diqqət və məsuliyyət nümayiş etdirilməlidir.
Dialoq.az
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var
22-06-2026, 21:43
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
22-06-2026, 21:42
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
22-06-2026, 13:20
Mingəçevir Dövlət Universiteti 131 ştat üzrə professor, dosent, baş müəllim və müəllim vakansiyaları elan edir
22-06-2026, 09:59
Mingəçevirdə 35 yaşlı kişini döyərək öldürdü - Foto