ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
Gündəm / Bölgə
Oxunub: 179
29 Kas 2025 | 16:24
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar

Noyabrın 28-də Azərbaycan Tibb Universitetində “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib.

“Dialoq.az ” xəbər verir ki, müxtəlif ölkələrdən olan tələbələrin bir araya gələrək, adət-ənənələrini və özünəməxsus bacarıqlarını paylaşdıqları festivalda fərqli mədəniyyətlər təqdim olunub.

Festivalda Liviya, Fələstin, Sudan, Özbəkistan, Misir, Türkiyə, Pakistan, Belarus və Mərakeşin ölkəmizdəkisəfirləri, eləcə də İraq və Kolumbiya səfirliklərinin nümayəndələri iştirak ediblər.

Festivalın açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonaqları ürəkdən salamlayaraq ATU-nun keçdiyi sərəfli inkişaf yolundan, universitetin mühüm nailiyyətlərindən və bu il təntənə ilə qeyd olunan 95 illik yubileyindən bəhs edib.

Rektor qeyd edib ki, bu gün baş tutan beynəlxalq festival müxtəlif ölkələrin mədəniyyətlərini, adət-ənənələrini öyrənmək məqsədini daşıyır. O, qeyd edib ki, bu tədbir ölkələrarası əlaqələrin genişləndirilməsinə böyük töhvə verəcək. Professor Gəray Gəraybəyli diqqətə çatdırıb ki, ATU-da beynəlxalq münasibətlərin inkişafı hər zaman diqqət mərkəzində olub: “Universitetimizdə əcnəbi məzunların ilk buraxılışı 1969-cu ildə baş tutub. Bu o deməkdir ki, ilk beynəlxalq tələbə qəbulu 1963-cü ildə - düz 62 il əvvəl keçirilib. Bu gün ATU-da 53 dövlətin vətəndaşı olan 2600 tələbə ən yüksək səviyyədə təhsil alır. Bu rəqəm Universitetimizin beynəlxalq arenada olan nüfuzunungöstəricisidir”.

Rektor müasir dünyada multikulturalizm və mədəniyyətlərarası dialoqun rolundan danışaraq, ATU-da təhsil alan əcnəbi tələbələrin universitetin həyatına olan töhfə və uğurları haqqında məlumat verib.

Bugünkü konsertdə 23 ölkənin nümayəndələrinin öz istedadını nümayiş etdirəcəyini vurğulayan rektor qeyd edib ki, bü cür beynəlxalq miqyaslı tədbirlər müxtəlif ölkələrdən olan tələbələr arasında dostluq əlaqələni inkişaf etdirir və eyni zamanda yerli və əcnəbi tələbələr arasında mədəniyyət körpüsü rolunu oynayır.

Professor Gəray Gəraybəyli həmçinin festival çərçivəsində təşkil olunan BMT Dayanıqlı İnkisaf Məqsədlərinə həsr olunan faydalı sessiyalar haqqında danışıb.

Festivalda Mərakeş Krallığının səfiri Mohamed Adil Ambarch da təbrik nitqi ilə çıxış edib.

Dayanıqlı inkişaf məqsədlərinə həsr olunan sessiyada tələbə festivalının əhəmiyyətindən və əsas məqsədlərindən söz açan ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva xatırladıb ki, bu məqsədlər 2015-ci ildə BMT Baş Assambleyası tərəfindən hazırlanmış və “Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi” adlı qətnamədə təqdim edilmiş sənədin bir hissəsidir. Bu gündəlikdə 17 qlobal məqsəd və 169 konkret hədəf yer alır. Dayanıqlı İnkişaf Məqsədləri bütün ölkələr üçün fəaliyyət çağırışıdır. Onlar insanların rifahını yaxşılaşdırmağı və planetimizin qorunmasını təmin etməyi hədəfləyir.

İlk sessiyada sosial və ekoloji dayanıqlılıq mövzuları müzakirə olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Humay Əhmədbəyli “Yoxsulluğa son”, Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və İnsan Resursları Departamentinin sədr müavini Emin Əliyev “Aclığa son”, Bakı Dövlət Universitetinin keyfiyyətin təminatı üzrə rektor müşaviri Asiman İlyasov isə “Keyfiyyətli təhsil” mövzusunda çıxış ediblər.

Festival çərçivəsində konfransın ikinci sessiyasında iqtisadi və texnoloji dayanıqlılıq məsələləri diqqət mərkəzində olub. Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Enerji sisteminin perspektiv inkişafı şöbəsinin rəisi, texnika elmləri doktoru, professor Valeh Nəsibov “Sərfəli və təmiz enerji”, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli “Sənaye, innovasiya və infrastruktur”, ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan isə “Bərabərsizliyin azaldılması” mövzusunda məruzə ilə çıxış edib.

Sonuncu - dayanıqlı inkişaf və tərəfdaşlıq mövzusuna həsr olunmuş sessiyaya ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev moderatorluq edib. Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov “İqlim dəyişikliyinə qarşı mübarizə”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova “Torpaq ekosisteminin mühafizəsi”, politoloq və millət vəkili Rasim Musabəyov isə “Sülh, ədalət və səmərəli institutlar” mövzusunda təqdimatlarla çıxış ediblər.

Sonra festival iştirakçıları 23 ölkənin mədəniyyətini özündə əks etdirən guşələrə baş çəkiblər. Müxtəlif xalqların ənənəvi rəqsləri, musiqisi və milli geyimlərindən zövq alan, fərqli ölkələrin mətbəxinə məxsus yeməklərin dadına baxan festival iştirakçılarısənət və sənətkarlıq sərgilərini də maraqla izləyiblər. Həmçinin əl işləri və etnik eksponatlarla tanış olaraq, əyləncəli və interaktiv sessiyalar vasitəsilə müxtəlif mədəniyyətləri daha yaxından öyrəniblər.

Mədəniyyətlərarası Tələbə Festivalı qala konsertlə yekunlaşacaq.
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib - Fotolar
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR