Yevlax Şəhər İcra Hakimiyyətində növbəti komissiya iclası keçirilib

Dialoq.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Yevlax Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Elnarə Əzizova və komissiyanın üzvləri iştirak ediblər.
İclasda yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinin müasir dünyanın aktual problemləri içərisində əhəmiyyətli yer tutduğu qeyd edilib.
Uşaqların müdafiəsinin həyata keçirilməsi, uşaq hüquqlarının təmin olunması üzrə mühüm müzakirələrin aparılması, fəaliyyət istiqamətləri ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından keçirilən görüşün əhəmiyyəti vurğulanıb. Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası üzrə tədbirlər icrasının mütəmadi davam etdirildiyini, həmin şəxslərin tərbiyəsi, saxlanması üzrə öz vəzifələrini yerinə yetirməyən valideynlər barəsində polis inspektorları və digər qurumlardan nümayəndələr cəlb edilməklə fərdi profilaktik işlər təşkil olunduğu bildirilib.
Əlavə olaraq iclasda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti, uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, rayon komissiyasının fəaliyyətinin effektivliyinin təmin olunması, uşaq hüquqlarının təşviqi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, rayon komissiyasının qarşısında duran məsələlər və 2024-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilib.


Dialoq.az
Dün, 23:53
Vətən Müharibəsi Qəhrəmanına - Ağır itki
Dün, 18:35
"ADY"rekord artım açıqladı: 5 ayda 4,5 milyondan çox sərnişin daşınıb
Dün, 12:58
Yevlax sakini Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Dün, 12:12
Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
Dün, 10:54
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Dün, 10:50
İraqda şiə alimi vəfat etdi, üçgünlük matəm elan olundu
Dün, 09:11
Kolumbiyada yük gəmisində partlayış - Ölənlər və yaralananlar var
Dün, 09:06
Göyçay polisi əməliyyat keçirdi:Marixuana və tiryək aşkarlanıb, iki nəfər həbs olunub
Dün, 08:58
“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi
Dün, 08:57
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 08:36
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:35
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub
4-06-2026, 11:57
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
4-06-2026, 01:08
Şəhidin xanımı niyə qətlə yetirilib? Atası və anası danışdı.-VİDEO
3-06-2026, 23:58
Mingəçevir Dövlət Universitetinin tələbələri Ümumdünya Velosiped Günündə veloyürüşə qoşuldular
3-06-2026, 22:47
Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var
3-06-2026, 20:32
Həmin sürücü 30 sutka həbs edildi
2-06-2026, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
2-06-2026, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
2-06-2026, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
2-06-2026, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
2-06-2026, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
2-06-2026, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
2-06-2026, 11:38
TƏBİB-də yeni təyinat
2-06-2026, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
2-06-2026, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
1-06-2026, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR