Yevlaxda Ağciyər Xəstəlikləri üzrə Regional Xəstəxana əsaslı yenidənqurmadan sonra istifadəyə verildi. VİDEO

Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanasının binası əsaslı yenidənqurma işlərindən sonra vətəndaşların istifadəsinə verilib.Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün rəsmi Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Açılış mərasiminda TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Yeni Azərbaycan Partiyasının Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Yevlax Regional Xəstəxanasının baş həkimi Mirrəhim Nəbiyev, Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları Fuad Salmanov, Hüseyn Abbasov və Ənvər Kuçkaryov, Yevlax və digər ətraf rayon mərkəzi xəstəxanaların direktorları və baş həkimləri, həmçinin Səhiyyə Nazirliyinin Gigiyeva və Epidemiologiya Mərkəzinin regional şöbələrinin rəhbər şəxsləri, Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri iştirak edib.
Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki, Yevlax Regional Xəstəxanası Yevlax rayonu ilə yanaşı, Mingəçevir şəhəri, eləcə də Kürdəmir, Ucar, Ağdaş, Zərdab, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonları daxil olmaqla ümumilikdə 1 şəhər və 9 rayonun əhalisinə tibbi xidmət göstərəcək. Bu isə region üzrə vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının təmin olunmasında mühüm rol oynayır.
İki mərtəbədən ibarət olan xəstəxanada İnzibati bölmə, Şüa-diaqnostika, Ambulator, Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də Stasionar şöbələr təşkil olunub.
Şüa-diaqnostika şöbəsi rəqəmsal rentgenoqrafiya, flüoroqrafiya, habelə elektrokardioqrafiya (EKQ) və ultrasəs müayinə (USM) avadanlıqları ilə tam təchiz edilib.
Tənəffüs funksiyalarının qiymətləndirilməsi və diaqnostikası məqsədilə Spirometriya otağı yaradılıb.
Stasionar şöbədə xəstəxanadaxili infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə basilyar xəstələr üçün tək çarpayılıq palatalar yaradılıb.
50 çarpayılıq Stasionar şöbənin palataları da müasir tələblərə uyğun şəkildə təchiz edilib.
5 çarpayılıq Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi oksigen təchizatı, monitor kompleksləri, süni tənəffüs cihazları və digər müasir tibbi avadanlıqlarla tam təmin olunub.
Xəstəxanada ikinci səviyyəli mikrobakterioloji və klinik-diaqnostik laboratoriya təşkil olunub ki, burada mikobakteriyaların moleykulyar-genetik müayinələri aparılacaq.
Xüsusi yaradılmış Video-müşahidə otaqlarında müasir telekommunikasiya sistemləri quraşdırılıb. Bu sistemlər vasitəsilə tibb bacıları tərəfindən ambulator müalicədə olan pasiyentlərlə fasiləsiz və operativ əlaqə təmin olunur, müalicə prosesi, eyni zamanda dərman qəbulu da gündəlik nəzarətdə saxlanılır.
Bu təşəbbüs müalicənin səmərəli təşkili, pasiyentlərin uzunmüddətli müalicəyə sadiqliyinin artırılması, dərman vasitələrinə əlçatanlığın təmin edilməsinə xidmət edir.
Xəstəxana ümumilikdə ventilyasiya, isitmə və soyutma sistemləri ilə təchiz olunub. Həmçinin Aptek bölməsi pasiyentlərin dərman vasitələri ilə fasiləsiz təminatını həyata keçirir. Pasiyentlərin və əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə tibb müəssisəsində kitabxana da yaradılıb.
Yevlax Regional Xəstəxanasının istifadəyə verilməsi regionda ağciyər xəstəliklərinin, xüsusilə vərəmin vaxtında aşkarlanması, effektiv müalicəsi və profilaktikasının gücləndirilməsi istiqamətində atılmış mühüm addımdır.
Dialoq.az
Bugün, 00:10
Məktəb direktoru vəfat etdi
Bugün, 00:00
Oğuzda külək elektrik dirəklərini aşırdı - 15 kənd işıqsız qaldı
Dün, 22:52
Külək ağacı yola aşırdı – BDYPİ sürücülərə müraciət etdi
Dün, 22:45
Yevlaxda binaların zirzəmiləri acınacaqlı vəziyyətə düşüb
28-05-2026, 23:46
Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə və buğda göndəriləcək
28-05-2026, 23:43
Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun!
28-05-2026, 20:46
Yevlaxda güclü yanğın baş verib-VİDEO
28-05-2026, 18:31
Bakıda və bölgələrdə külək güclənəcək
28-05-2026, 12:58
İsmayıllıda sel axını “Niva”nı çayda saxladı: 5 nəfər xilas olundu
28-05-2026, 12:19
Tərtərdə narkotiklərin satışını təşkil etmək istəyən şəxs saxlanılıb
28-05-2026, 09:35
ABŞ dövlət katibi xalqımızı təbrik etdi
28-05-2026, 09:32
Sürücülərin nəzərinə!
28-05-2026, 08:27
Türkiyədə qurban kəsimlərində 13 mindən çox insan xəsarət alıb
28-05-2026, 08:23
Azərbaycanda Müstəqillik Günüdür
27-05-2026, 20:57
Göyçayda ağır qəza - Ölənlərin sayı artdı-Yenilənib
27-05-2026, 20:49
Həcc ziyarətində dronlardan istifadə edilir
27-05-2026, 20:46
Temperatur 40°-yə çatacaq
27-05-2026, 01:18
Yevlaxda avtomobil baba ilə nəvəni vurub, nəvə hadisə yerində dünyasını dəyişib-VİDEO
26-05-2026, 20:35
Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu-FOTOLAR
26-05-2026, 20:28
Prezidentə təbriklər gəlir
26-05-2026, 20:23
87 yaşlı kişini maşın vurub öldürdü
26-05-2026, 20:12
28 May Müstəqillik Günü: Azərbaycan Tarixinin Şanlı Səhifəsi
26-05-2026, 18:32
Naxçıvan Dövlət Universitetinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvanda I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı keçirilib. FOTOLAR
26-05-2026, 14:15
Hərbçilər şəxsi jetonla təmin ediləcək
26-05-2026, 07:25
Goranboyda evdə yıxılan qadın xəstəxanada öldü
26-05-2026, 07:20
Hakan Fidanı canlandıracaq
25-05-2026, 22:50
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar