Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi
Sosial
Oxunub: 126
28 Ara 2025 | 20:26
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir: Axşam saatlarında əlverişsiz hava şəraiti yollarda hərəkəti daha da təhlükəli edir!

Dialoq.az xəbər verir ki,Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın yağması və hava temperaturunun aşağı düşməsi nəticəsində yol şəraiti mürəkkəbləşib. Xüsusilə axşam saatlarında temperaturun daha da enməsi səbəbindən yol örtüyündə gizli buzlaşma ehtimalı artır ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir.

Hərəkət iştirakçılarının mənzil başına təhlükəsiz çatması üçün yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparsa da, bəzi sürücülərin yola hazırlıqsız çıxması həm onların özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi axşam saatlarında yol şəraitinin daha riskli olduğunu nəzərə alaraq sürücüləri:

• Səfərlərə çıxarkən axşam saatlarında yol şəraitinin daha təhlükəli olduğunu unutmamağa;
• Qış mövsümünə uyğun təchiz edilməmiş, xüsusilə şinlərinin protektor hündürlüyü normadan az olan, işıqlandırma və isitmə sistemləri nasaz avtomobillərlə riskli istiqamətlər üzrə hərəkətdən çəkinməyə;
• Körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilli yol sahələrində axşam saatlarında daha yüksək diqqət və ehtiyat göstərməyə çağırır.

Sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə isə gecə və axşam saatlarında mümkün qədər alternativ və daha təhlükəsiz marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Əziz sürücülər!

Yollarda bir anlıq diqqətsizliyin ağır nəticələrə səbəb ola biləcəyini bir daha xatırladır, gedəcəyiniz ünvana təhlükəsiz çatmaq üçün verilən tövsiyələrə əməl etməyinizi xahiş edirik.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 00:10
Məktəb direktoru vəfat etdi
Dün, 00:00
Oğuzda külək elektrik dirəklərini aşırdı - 15 kənd işıqsız qaldı
29-05-2026, 22:52
Külək ağacı yola aşırdı – BDYPİ sürücülərə müraciət etdi
29-05-2026, 22:45
Yevlaxda binaların zirzəmiləri acınacaqlı vəziyyətə düşüb
28-05-2026, 23:46
Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə və buğda göndəriləcək
28-05-2026, 23:43
Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun!
28-05-2026, 20:46
Yevlaxda güclü yanğın baş verib-VİDEO
28-05-2026, 18:31
Bakıda və bölgələrdə külək güclənəcək
28-05-2026, 12:58
İsmayıllıda sel axını “Niva”nı çayda saxladı: 5 nəfər xilas olundu
28-05-2026, 12:19
Tərtərdə narkotiklərin satışını təşkil etmək istəyən şəxs saxlanılıb
28-05-2026, 09:35
ABŞ dövlət katibi xalqımızı təbrik etdi
28-05-2026, 09:32
Sürücülərin nəzərinə!
28-05-2026, 08:27
Türkiyədə qurban kəsimlərində 13 mindən çox insan xəsarət alıb
28-05-2026, 08:23
Azərbaycanda Müstəqillik Günüdür
27-05-2026, 20:57
Göyçayda ağır qəza - Ölənlərin sayı artdı-Yenilənib
27-05-2026, 20:49
Həcc ziyarətində dronlardan istifadə edilir
27-05-2026, 20:46
Temperatur 40°-yə çatacaq
27-05-2026, 01:18
Yevlaxda avtomobil baba ilə nəvəni vurub, nəvə hadisə yerində dünyasını dəyişib-VİDEO
26-05-2026, 20:35
Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu-FOTOLAR
26-05-2026, 20:28
Prezidentə təbriklər gəlir
26-05-2026, 20:23
87 yaşlı kişini maşın vurub öldürdü
26-05-2026, 20:12
28 May Müstəqillik Günü: Azərbaycan Tarixinin Şanlı Səhifəsi
26-05-2026, 18:32
Naxçıvan Dövlət Universitetinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvanda I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı keçirilib. FOTOLAR
26-05-2026, 14:15
Hərbçilər şəxsi jetonla təmin ediləcək
26-05-2026, 07:25
Goranboyda evdə yıxılan qadın xəstəxanada öldü
26-05-2026, 07:20
Hakan Fidanı canlandıracaq
25-05-2026, 22:50
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar