Şad xəbər: Bakı–Tbilisi qatar reysləri bərpa olunur – qiymətlər açıqlandı-VİDEO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir.
Dialoq.az xəbər verir ki bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb. Belə ki, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.
İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
Bakı – Tbilisi – Bakı qatarlarına Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax,Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.
Bakı – Tbilisi – Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.
Qeyd edək ki, beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı – Tbilisi – Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görəmüəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir.
Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.
Xatırladaq ki, 2019-cu ildə Bakı – Tbilisi – Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istismardan çıxarılıb. Hazırda isə reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.
Dialoq.az
Dün, 22:58
Moldovanın paytaxtı Kişinyov şəhərində “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı (CoM East) 15 illiyi”nə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans keçirilib
Dün, 16:02
Şad xəbər: Bakı–Tbilisi qatar reysləri bərpa olunur – qiymətlər açıqlandı-VİDEO
Dün, 15:56
ŞAD XƏBƏR: Azərbaycan vətəndaşlarının Gürcüstana giriş-çıxışına icazə verildi
Dün, 09:44
İrana yeni hücumun anonsu verildi
Dün, 09:40
“Google”da 25 il sonra - Yeni dövr
Dün, 09:38
Piyada keçidindəki qəzada “AzParking” heyətindən müdaxilə
Dün, 08:27
Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! - Qrafiklər açıqlandı
19-05-2026, 22:03
Yevlax-Bərdə dəmir yolu xətti yenilənir
19-05-2026, 21:54
Mingəçevir Dövlət Universiteti beynəlxalq akademik mobillik üzrə rekord nəticə əldə edib: Universitetin 68 əməkdaş və tələbəsi “Orhun Mübadilə Proqramı”na qəbul olub
19-05-2026, 20:42
ADY-nin WUF13-də birinci infosessiyası keçirildi - FOTO
19-05-2026, 20:32
Evlənənlərin demək olar ki, yarısı boşanıb
19-05-2026, 20:29
Yağışa görə dəyən zərər 1 milyon manatı ötəcək
19-05-2026, 20:26
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
19-05-2026, 16:33
İlham Əliyev bu sazişi təsdiqlədi
19-05-2026, 11:41
1 həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
19-05-2026, 00:47
Qəzalı elektrik dirəkləri Eymur sakinlərini qorxu içində saxlayır-VİDEO
18-05-2026, 21:05
Türkiyədə dəhşətli qətliam - Küçə-küçə gəzib qarşısına çıxanı güllələdi
18-05-2026, 21:00
60 yaşlı kişini “KamAZ” vurub öldürdü
18-05-2026, 20:55
Bakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən
18-05-2026, 19:11
Mingəçevir Dövlət Universitetində “Dil, təhsil və tədqiqat sahəsində müasir problemlər” mövzusunda beynəlxalq konfrans keçirilib
17-05-2026, 22:03
“Lotu Quli”nin qardaşına sanksiya tətbiq edildi
17-05-2026, 21:51
İlham Əliyev Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik edib
17-05-2026, 21:46
“Onlardan geriyə heç nə qalmayacaq” - Tramp hədələdi
17-05-2026, 21:44
13 il sonra yenidən qarşılaşacaqlar
17-05-2026, 21:42
Mövlud Çavuşoğlunun qardaşı vəfat etdi - Ofisində güllələnmişdi
17-05-2026, 21:31
“Fiziki Məhdudiyyət Ona Mane Olmadı — Nəcibənin İlhamverən Həyatı”
17-05-2026, 18:08
Hazala görə boşanıblar?