Müəllimlərə Novruz bayramında veriləcək mükafatın məbləği məlum oldu
Sosial
Oxunub: 36
17 Mrt 2026 | 09:20
Müəllimlərə Novruz bayramında veriləcək mükafatın məbləği məlum oldu
Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır. Universitetlərdə əməkdaşlara veriləcək bayram ödənişinin məbləği isə müxtəlifdir. Hər universitet öz imkanlarına uyğun olaraq əməkdaşlara fərqli məbləğdə vəsait ayırmağı nəzərdə tutur.

Dialoq.az "AzEdu.az" istinadən xəbər
verir ki, universitet əməkdaşlarına ayrılan vəsaitin məbləğini öyrənmək üçün ali təhsil müəssisəsləri arasında sorğu keçirib.

Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, Novruz və Ramazan bayramları münasibətilə universitetdə çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verilmişdir.

Mingəçevir Dövlət Universitetinin (MDU) bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə 500 manat verilib.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün əməkdaşlara Novruz və Ramazan bayramları münasibətilə 450 manat verilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz və Ramazan bayramları ilə əlaqədar universitetin bütün əməkdaşların bir aylıq əməkhaqqısının 40% mislində bayram hədiyyəsi yüklənilib.

Bakı Mühəndislik Universitetinin (BMU) bütün əməkdaşlarına bayram münasibəti ilə 300 manat pul mükafatı veriləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün əməkdaşlarına bayram münasibəti ilə 200 manat veriləcək.

Lənkəran Dövlət Universitetinin (LDU) professor müəllim heyətinə 315, inzibati heyətə 190 manat mükafat ayrılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) bayram münasibətilə əməkdaşların mükafatlandırılması nəzərdə tutulub.Məbləğ isə hələ açıqlanmayıb.

Azərbaycan Turizm və Menecement Universitetində (ATMU) Novruz bayramı münasibəti ilə professor-müəllim və inzibati heyyətə mükafat verilib. Məbləğ məsələsinin isə konfedensial olduğu üçün açıqlanmayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Novruz və Ramazan bayramları münasibəti ilə akademik və inziabti heyətin mükafatlandırılması nəzərdə tutulur. Məbləğ isə hələ məlum deyil.

Polis Akademiyasından bildirilib ki, bayramlarla əlaqədar nazirlik və akademiya rəhbərliyi tərəfindən mütəmadi pul mükafatları verilir. Məbləği isə bildirilməyib.

Azərbaycan Texnologiya Universitetindən (ATU) bildirilib ki, Novruz bayramı ərəfəsində əməkdaşlara pul mükafatı hər il verilir.

Qarabağ Universitetinin (QU) əməkdaşları üçün bayramı münasibəti ilə mükafatlandırılması nəzərdə tutulub. Məbləğ isə hələ açıqlanmayıb.

Azərbaycan İdman Akademiyasınında (AİA) əməkdaşları bayram münasibəti ilə mükafatlandırılıb.

Azərbaycan Dövlət Aqrar Universitetində isə bayramlarla əlaqədar mükafatlandırılma nəzərdə tutulmayıb.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 09:16
Kartdan pul oğurlayan "bank əməkdaşı" tutuldu
Bugün, 09:10
Hidayət Heydərov Avropa çempionatında mübarizəyə başlayır
Bugün, 09:03
Ayda nüvə reaktorları qurulacaq
Bugün, 08:57
Kərkükdə 100 il sonra bir ilk
Bugün, 08:51
Serialdakı sevgi gerçəyə çevrildi
Dün, 23:32
Yevlaxda Dünya İncəsənət Günü qeyd olunub
Dün, 19:54
Bu yollar 2 gün bağlı olacaq
Dün, 16:09
Mingəçevir Dövlət Universitetində növbəti mühüm seminar. - VİDEO
15-04-2026, 20:37
Yevlaxdə su xətləri yenilənir, növbəti mərhələdə kanalizasiya sistemi qurulacaq
14-04-2026, 21:58
Hava şəraiti ilə bağlı paytaxt yollarında sürət həddi endirildi və “sürüşkən yol” xəbərdarlığı aktivləşdirildi
14-04-2026, 21:30
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi
14-04-2026, 21:28
Fransa polisi Yelisey sarayında axtarışlar apardı
14-04-2026, 21:24
Erməni hərbçi aldığı güllə yarasından öldü
14-04-2026, 20:46
TƏBİB-in yeni icraçı direktoru kimdir?
14-04-2026, 09:02
Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
14-04-2026, 08:57
Məkkəyə girişə məhdudiyyət qoyuldu
13-04-2026, 21:34
Yazı da qışdır... - Fotolar
13-04-2026, 21:02
Yevlaxda növbəti qanvermə aksiyası keçirilib
13-04-2026, 15:55
Yevlax məktəblisi kitab yazıb.O yazdığı Kitab haqqında danışıb
13-04-2026, 15:51
Bu ölkədə qadın ordu komandanı oldu - İlk dəfə
13-04-2026, 15:49
Milli Məclis 5 sənədi ratifikasiya edəcək
13-04-2026, 15:44
TƏBİB-dəki bu vəzifə ona həvalə olundu
13-04-2026, 00:48
Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ oldu
13-04-2026, 00:41
Ölkə ikincisi olmuşdu, indi dünya ikincisinin tələbəsidir
12-04-2026, 02:57
Tərtərdə 27 yaşlı gənc kafedə bıçaqlanaraq öldürüldü
11-04-2026, 20:17
Yevlaxda yolda olan problem-Maşın heyvanları niyə vurur...?
10-04-2026, 11:17
Müdafiə Nazirliyinin rəhbər heyəti taktiki təlimin gedişatını yoxladı - FOTO