Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki belə olacaq - Foto

12 yanvar 2026-cı il tarixindən fəaliyyətə başlayacaq Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki açıqlanıb.
“Dialoq.az ” xəbər verir ki, qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Dialoq.az
Bugün, 11:11
İranda 21 yaşlı karate çempionu edam edildi
Bugün, 11:08
Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Bugün, 11:05
Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dün, 10:37
“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”
Dün, 00:24
Prezidentin qızı və gəlini film təqdimatında
Dün, 00:07
Gəncədə “Chevrolet” mopedlə toqquşdu - 17 yaşlı oğlan öldü
1-05-2026, 20:48
Əvvəlcə azyaşlını vurdu, sonra maşını aşdı - Fotolar
1-05-2026, 20:00
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - Foto
1-05-2026, 19:58
“İran ABŞ-nin təkliflərinə cavab verib”
1-05-2026, 19:51
Xıdırlıda ağır qəza - 2 ölü, 4 yaralı
1-05-2026, 18:12
MDU-da Heydər Əliyevə həsr olunan Respublika Elmi Konfransı keçirilib-FOTOLAR
30-04-2026, 16:21
Eyni keçiddə 3 saatda 2 qəza: BDYPİ sürücülərə sərt xəbərdarlıq etdi
30-04-2026, 11:08
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
30-04-2026, 09:49
ADNA terroru: 17 il ötdü
30-04-2026, 09:42
Masallıda külli miqdarda narkotik aşkarlanıb: 24 yaşlı şəxs həbs edildi
30-04-2026, 09:38
Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır
30-04-2026, 09:35
Ağa Əliyev Avropa çempionu oldu
29-04-2026, 19:04
Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı
29-04-2026, 19:00
Bu müəllimlər də sertifikasiyaya cəlb ediləcək - Prezident təsdiqlədi
29-04-2026, 18:58
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
29-04-2026, 18:55
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
29-04-2026, 09:27
Mingəçevir Dövlət Universitetində rəqəmsal gələcək və yeni karyera imkanları müzakirə olunub
28-04-2026, 23:02
Uzun illərin müəllimi Vaqif Hacıyev – zəngin ömür yolu
27-04-2026, 23:00
Mingəçevirdə “Vətən uğrunda gedən şəhidlər” devizi altında şəhid ailələri ilə görüş keçirilib
27-04-2026, 22:06
Prezident kuboku-2026 reqatasına start verilib
27-04-2026, 17:32
Goranboyda yeniyetməni cərəyanı vurub öldürdü
26-04-2026, 16:29
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi-Fotolar