Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradıldı
Gündəm / Sosial
Oxunub: 96
3 Şub 2026 | 21:12
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradıldı
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı yeni tədris platformasını təqdim edib.

“Dialoq.az ” xəbər verir ki, fevralın 1-də baş tutan təqdimat mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində müəllimlər, təhsil mütəxəssisləri və layihə komandasının üzvləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən TAİM-in direktoru İlkin Həsənov müəllim hazırlığında süni intellektin tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, rəqəmsal texnologiyalar təhsil sahəsində keyfiyyətin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafının sürətləndirilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, TAİM uzun illərdir müəllimlərin peşəkar inkişafını dəstəkləyir və yeni platforma bu fəaliyyətin daha innovativ mərhələyə keçidini təmin edir.

Qeyd olunub ki, süni intellekt əsaslı platforma müəllimlərə fərdi öyrənmə tempinə uyğunlaşdırılmış, interaktiv və adaptiv tədris imkanları təqdim edir. Platformanın əsas üstünlüklərindən biri “Mr. Taim” adlı ağıllı çatbotdur. Bu sistem istifadəçilərin suallarını real vaxt rejimində cavablandırır, mövzuların mərhələli şəkildə mənimsənilməsinə kömək edir və müəllimlərin biliklərinin formativ qiymətləndirilməsini həyata keçirir.

İlkin Həsənovun təqdimatından sonra müəllimlərin sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.

Tədbirdə çıxış edən AZAITECH şirkətinin həmtəsisçisi, İT üzrə mütəxəssis Üzeyir Süleymanov süni intellekt texnologiyalarının gündəlik həyatımıza təsirindən danışıb. O bildirib ki, müasir texnologiyalar təhsil, səhiyyə və iqtisadiyyat daxil olmaqla bir çox sahədə yeni imkanlar yaradır və bu texnologiyaların düzgün tətbiqi cəmiyyətin inkişafına mühüm töhfə verir.

Təqdimat zamanı TAİM-in yalnız imtahana hazırlıq mərkəzi olmadığı, eyni zamanda müəllimlərin peşəkar və şəxsi inkişafına töhfə verən platforma olduğu müəllim baxışı ilə təqdim edilib. Çıxışlarda vurğulanıb ki, bu kimi təşəbbüslər müəllimlərin müasir bilik və bacarıqlara yiyələnməsində mühüm rol oynayır.

Eyni zamanda, “Mr. Taim” platformasının hazırlıq prosesinə təsiri tələbə baxışı ilə təqdim olunub. Qeyd edilib ki, süni intellekt əsaslı yanaşma istifadəçilərə fərdi öyrənmə imkanları yaradır, hazırlıq prosesini daha əlçatan və effektiv edir.

Tədbirdə iştirak edən əməkdar müəllim Asif Cahangirov da mövzu ilə bağlı fikirlərini bölüşərək süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin müəllim hazırlığında yeni imkanlar açdığını vurğulayıb.

Qeyd edək ki, TAİM-in süni intellekt əsaslı bu platforması müəllimlərin bilik səviyyəsini avtomatik analiz edir, fərdi tədris marşrutu qurur, sınaq imtahanları təşkil edir və “Mr. Taim” adlı ağıllı çatbot vasitəsilə real vaxtda dəstək göstərir. Platforma ilkin mərhələdə istifadəçilər üçün ödənişsiz sınaq müddəti təklif edir. Daha sonra isə minimal məbləğlə abunə olmaq mümkündür.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var
22-06-2026, 21:43
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
22-06-2026, 21:42
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
22-06-2026, 13:20
Mingəçevir Dövlət Universiteti 131 ştat üzrə professor, dosent, baş müəllim və müəllim vakansiyaları elan edir
22-06-2026, 09:59
Mingəçevirdə 35 yaşlı kişini döyərək öldürdü - Foto