Yazıçı sərt tənqid etdi-İnsanları satqınçılığa yox, qanuna öyrətmək lazımdır...!
Uzun illər kəşfiyyat sahəsində xidmət etmişəm. Məlumatların əldə olunmasını, analizini və ondan düzgün nəticələrin çıxarılmasını yaxşı bilirəm. Bu gün bir çox hallarda cinayətlərin izinə düşülməsi, onun üstünün açılması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı atılan qeyri-peşəkar addımları görəndə dəhşətə gəlirəm. Hər yoldan keçəni əməkdaşlığa cəlb etmək "Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu"nun adına və çəkisinə xələl gətirə bilər. Düşünürəm ki, bu nüansa xüsusi diqqət etmək lazımdır. Cinayətkarı yaxalamaq üçün onun üzünə durmaq yox, onu faktlarla yaxalamaq lazımdır. Əməliyyatların planlaşdırılmasının gözəlliyi onun məxviçiliyində və peşəkarlığındadır.
Cinayətlərin üstünün açılması və onun qarşısının alınması məqsədi ilə əməkdaşlığa cəlb olunan hər bir kəsin ilk öncə qəlbində Vətən, dövlət sevgisi olmalıdır. O nə edirsə etsin hər işi dövlətçilik naminə etməlidir. Bunlar yoxdursa deməli burada bir başa şəxsi və maddi maraqlar rol oynayır. Bu da nəticə etibarilə on cinayətdən doqquzunun üstünün açılmamasına gətirib çıxara bilər. Çünki sözügedən "əməkdaşlar" üçün cinayətin üstünün açılması yox, qarşı tərəfdən alacağı pul maraqlıdır. Onlara bir manat artıq pul versən cinayəti də, cinayətkarı da gizlədəcək. Çünki onlar üçün yalnız maddiyyat maraqlıdır. Eyni zamanda həmin şəxslər xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa girmək üçün də real namizədlər sırasında ola bilərlər. Belə şəxsləri ələ almaq daha rahat və əlçatandır. Çünki onlar üçün bu fəaliyyət xroniki xəstəliyə çevrilir. Onlar məlumat daşıyıcıları kimi bir gün məlumat verməyəndə özlərini rahat hiss edə bilmirlər. Hər birimiz məsələnin ciddiliyini və yüksək riskli ehtimalını anlamalıyıq. Odur ki, bu istiqamətdə hər birimiz ciddi düşünməli və ölçü götürülməliyik!
Düşünürəm ki, bir yazıçı və həyatını 20 ildən çox Vətənə, dövlətə həsr etmiş şəxs kimi bunları deməyə mənim mənəvi haqqım çatır. Biz özümüzü və dövlətimizi bütün pisliklərdən qorumalıyıq. Gizli-gizli satqınçılıq etmək yox, açıq formada, sivil qaydada hər kəs fikirini ifadə etməlidir. Bütün hallarda dövlət maraqları, insanların hüquq və azadlıqları, təhlükəsizliyi üstün götürülməlidir. Kimsə qanunları pozmamalıdır, polis də, hərbçi də, vətəndaş da ilk növbədə qanunları bilməli və ona ciddi əməl etməlidir. Kobudluğa, özbaşınalığa yol vermək olmaz. Qanun pozmaqla qanunları bərpa etmək olmaz.
Bunu "Dialoq.az" xəbər saytına yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Ali Baş Komandan", "Ulu Öndər" media mükafatları laureatı, ehtiyatda olan zabit Natiq Əlisoy bildirib.
Dialoq.az
3-12-2024, 23:23
Yevlaxda müharibə əlilləri nədən narazılıq edir?
3-12-2024, 16:36
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib
3-12-2024, 16:00
Mədəniyyət naziri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək
2-12-2024, 16:51
İcra başçısı Vətən müharibəsi Şəhidi Qasımov Azər Yaqub oğlunun ailəsini ziyarət edib
2-12-2024, 11:55
Bakıda pulqabısı oğurlanan şəxs polisə müraciət etdi
1-12-2024, 13:40
Vəzifəyə yeni təyin olunmuşdu, məhkəməyə verildi
29-11-2024, 14:55
Yevlax rayon Bəydili kənd tam orta məktəbi ilə bağlı açıqlama. -VİDEO
29-11-2024, 11:00
Yevlaxın Bəydili kəndinin məktəb, yol, istilik problemi. - VİDEO
28-11-2024, 10:46
Yevlaxda qanvermə aksiyası keçirilib
26-11-2024, 11:57
Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb
25-11-2024, 19:42
Hərbi ekspert Ədalət Verdiyevin həbs edilməsinin səbəbi bilindi
24-11-2024, 12:55
Forumda Yevlax rayonunu təmsil edəcək nümayəndələrlə görüş keçirilib
13-11-2024, 19:23
Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir. VİDEO
8-11-2024, 15:46
Yevlaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
7-11-2024, 18:01
Yevlaxda Aşıq Əlsəgər küçəsinə yeni asfalt örtüyü salınıb
7-11-2024, 11:50
Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqlar öz hüquqlarını niyə bilməlidir?” mövzusunda tədbir keçirilib.
6-11-2024, 21:04
Yevlaxda “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib
1-11-2024, 13:13
Yazıçı sərt tənqid etdi-İnsanları satqınçılığa yox, qanuna öyrətmək lazımdır...!
30-10-2024, 19:39
Təhsil sahəsində mühüm təyinatlar...
25-10-2024, 11:55
Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən silsilə ağacəkmə aksiyası davam etdirilir
18-10-2024, 23:41
Yevlaxda “Sələmçi Qiyas” adlı şəxs həbs olundu
16-10-2024, 13:41
Milli Qəhrəman Mübariz İbrahimovun atası dünyasını dəyişdi. Ətraflı...
16-10-2024, 11:17
Yevlaxda növbəti vətəndaş qəbulu keçirilib. - VİDEO
15-10-2024, 19:20
Deputatlar Yevlaxda vətəndaşlarla görüşdü. VİDEO
14-10-2024, 15:17
8 mobil kursdan ibarət olan layihə Ucar və Zərdabda yaşayan 50 qız və qadınların yararlanmasına imkan yaradır.
14-10-2024, 11:59
Nümunəvi məktəb - Bu tədbir bütün məktəblərdə keçirilməlidir! VİDEO
9-10-2024, 23:26
Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.