SON DƏQİQƏ: Yevlaxda veteranlar nədən və kimdən narazılıq edirlər? Ayrıseçkilik yaradan kimlərdir? -VİDEO
Gündəm / Araşdırma / Bölgə
Oxunub: 288
27 Tem 2024 | 17:37
SON DƏQİQƏ: Yevlaxda veteranlar nədən və kimdən narazılıq edirlər? Ayrıseçkilik yaradan kimlərdir? -VİDEO
26 iyul 2024-cü il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yevlax rayonunda “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi" mövzusunda seminarın keçirilməsi haqqında məlumat vermişdik.
SON DƏQİQƏ: Yevlaxda veteranlar nədən və kimdən narazılıq edirlər? Ayrıseçkilik yaradan kimlərdir? -VİDEO
Qeyd etmək istəyirik ki, keçirilən sözügedən tədbirə veteranların yalnız bir qrupunun dövlət olunması və xüsusilə, ancaq Birinci Qarabağ müharibəsi veteranlarının dəvət olunması, 44 günlük Vətən müharibəsi veteranlarının və tədbirə dəvət olunmayan digər Birinci Qarabağ müharibəsi veteranlarının ciddi narazılığına səbəb olub.

Bu barədə 44 günlük Vətən müharibəsi qazisi və veteranı, "Azərbaycan Bayrağı" ordenli, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliyinin sədri, ehtiyatda olan mayor Mədəd Süleymanov özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir:

"Vətənimizin azadlığı uğrunda xüsusi xidmətləri olmuş hər bir Azərbaycan oğlu ən yüksək hörmət və diqqətə layiqdir! Bu birmənalıdır! Lakin bir veteran, qazi və "Azərbaycan Bayrağı" ordenli şəxs kimi mənə çox maraqlıdır ki, Yevlax Şəhər İcra Hakimiyyəti bu kimi addımları atmaqla nə etmək istəyir? Açıq bildirməliyəm ki, əslində mən bu məsələdə bir başa Yevlax Şəhər İcra Hakimiyyətinin Rəhbərliyini günahkar hesab edirəm! Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizə və onların ailələrinə, qazilərimizə, veteranlarımıza fərq qoymaq olmaz! Təəssüflər olsun ki, Yevlax Şəhər İcra Hakimiyyəti hər zaman bunu edir! Necə ola bilər ki, bir rayonda veteranlarla görüş keçirilir, keçirilən tədbirə 5-10 Birinci Qarabağ müharibəsi veteranı dəvət edilir digərləri isə çağırılmır! Əslində bir neçə ildir mən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı hörmətli Anar Tağıyevə bunu sübut etməyə çalışırdım ki, Siz Şəhid ailələri, veteranlar, qazilər arasında fərq qoyursunuz. Bu dəfə nəyisə izah etməyə ehtiyac qalmadı! Bir tədbir keçirilirsə ora hər kəs dəvət edilməlidir! Şəhidlərimizin, qazilərimizin və veteranlarımızın hər biri bizim üçün əziz və doğmadır. Biz hər zaman istəmişik ki, bu doğmalıq qorunub saxlanılsın. Çünki bu tövsiyyəni və tapşırığı bizə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev verir! Təəssüflər olsun ki, Yevlax Şəhər İcra Hakimiyyəti hər zaman bu doğmalığın içərisinə nədənsə yad və ögey münasibət qatmağa çalışır. Təəssüflər...,-Deyə Mədəd Süleymanov bildirib".

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
6-09-2024, 12:32
Yevlax Rayon İcra Hakimiyyətinin Başçısı kənd sakinləri ilə görüşüb. - VİDEO
5-09-2024, 14:55
Goranboyda mədəniyyət işçisini nazirdən narazı salan kimlərdir?
20-08-2024, 15:29
Lənkəranda qazi nədən şikayət edir? - VİDEO
19-08-2024, 22:26
Lənkəranda vətəndaşın müraciətinə niyə baxılmır? - VİDEO
19-08-2024, 18:21
Rusiya Prezidenti Vladimir Putin Bakıya səfərə gəlib. - VİDEO
19-08-2024, 18:12
SON XƏBƏR YEVLAX: 70 günlük əsirlik həyatı yaşamış qazi minnətdarlıq bildirdi. - VİDEO
19-08-2024, 18:07
SON XƏBƏR YEVLAX: 70 gün əsirlikdə olan qazi niyə cərimələndi? - VİDEO
16-08-2024, 21:37
SON DƏQİQƏ! Təhmiraz Qəribov cənub bölgəsi üzrə bölgə müxbiri təyin edilib.
14-08-2024, 19:28
Deputatlığa namizəd Əli Hüseynli seçicilərlə görüşüb. - VİDEO
6-08-2024, 18:10
Tanınmış ictimai və mədəniyyət xadimi Aydın (Xan) Əbilovun deputatlığa namizədliyi qeydiyyata alınıb
2-08-2024, 00:26
O, hər şeyi açıqlamalıdır! Vüsal Əliyev etiraf etmək əvəzinə müəllifin hüququnu pozur! -VİDEO
31-07-2024, 10:13
Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb. -VİDEO
27-07-2024, 17:37
SON DƏQİQƏ: Yevlaxda veteranlar nədən və kimdən narazılıq edirlər? Ayrıseçkilik yaradan kimlərdir? -VİDEO
25-07-2024, 18:46
Natiq Qasımovun anasına ev verildi - Foto
23-07-2024, 17:55
Layiqli namizəd! Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası başa çatıb
23-07-2024, 12:54
Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.
23-07-2024, 11:45
General Kərəm Mustafayevin milyonlarla yeyintisi-ŞOK FAKTLAR
21-07-2024, 23:01
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan açıqlama
21-07-2024, 21:19
21 iyul Şəhid polkovnik-leytenant Soltan Məmmədovun doğum günüdür. -VİDEO
21-07-2024, 21:15
Yevlax rayonundan İlham Məmmədovun namizədliyi yenidən irəli sürüldü. -VİDEO
21-07-2024, 21:09
Biz nə üçün ən çox Yevlaxdan xəbərlər paylaşırıq? -Video
18-07-2024, 12:55
Yevlaxda vətəndaş nə istəyir? Onun xahişi nədir? - VİDEO
18-07-2024, 12:50
Kimlər namizəd ola bilmədi? - SON SİYAHI
6-07-2024, 12:47
Kərəm Mustafayevin vəzifədən uzaqlaşdırılmasının səbəbləri - VİDEO
20-06-2024, 22:07
Yevlaxda güclü külək bir sıra fəsadlar törədib. Yaşayış evlərinə, təhsil müəssisələrinə ziyanlıq dəyib
17-06-2024, 13:31
YYSİB E-Zəfərnamə Layihəsinin Üçüncü Tədbiri Binə Qəsəbəsindəki Mərkəzi Kitabxanada Baş Tutdu
14-06-2024, 21:33
FHN-in Aran Regional Mərkəzi məktəblilər üçün “açıq qapı günü” keçirib. VİDEO