Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransı keçirilib 
Siyasət
Oxunub: 390
26 Kas 2021 | 17:25
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransı keçirilib 


"NUHÇIXAN İnformasiya Agentliyi"nə əsasən Dialoq.az  xəbər verir ki, noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın VI konfransı keçirilib.

Konfransın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədrinin məruzəsi

2. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti haqqında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı icra katibinin hesabatı

3. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsinin təsdiq edilməsi

4. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin tərkibinin təsdiq edilməsi

5. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi

6. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Veteranlar Şurasının tərkibinin təsdiq edilməsi

7. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin tərkibinin təsdiq edilməsi

Konfransın gündəliyi səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov konfransda məruzə edib. 

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimov hesabat verərək deyib ki, konfranslararası dövrdə partiyanın say tərkibinin artımında müsbət irəliləyişlər əldə edilib. V Konfransda partiya üzvlərinin sayı 51025 nəfər olubsa, hazırda üzvlərin sayı 57915 nəfərdir. Onlardan 25666-sı qadınlar, 23594-ü gənclərdir. Bu gün partiya üzvləri bütövlükdə Yeni Azərbaycan Partiyası üzvlərinin 7,5 faizini təşkil edir. Ötən dövr ərzində partiya sıralarına 8665 üzv qəbul olunub. Bu gün partiya uçotunda duranların 30-u elmlər, 176-sı fəlsəfə doktorlarıdır. Bununla yanaşı, üzvlərin 18,8 faizi təhsil, 6,8 faizi səhiyyə, 4,8 faizi elm, mədəniyyət və incəsənət sahəsində, 5,5 faizi idarəetmə strukturlarında, 47,5 faizi digər sahələrdə çalışanlardan, 3,8 faizi təqaüdçülərdən, 5,1 faizi tələbələrdən ibarətdir. Hazırda muxtar respublikanın rayon (şəhər) təşkilatlarının 506 ərazi ilk partiya təşkilatları mövcuddur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə ötən dövrdə 587 müxtəlif tədbir keçirilib, 552 İdarə Heyəti, 185 Şura yığıncağı olmuşdur. Konfranslararası dövrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 6 seçki kampaniyasında iştirak edib və qələbə qazanaraq siyasi nüfuzunu və sosial dəstəyini bir daha nümayiş etdirib.

Gündəlikdə duran üçüncü məsələ ilə bağlı bildirilib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII növbədənkənar Qurultayında partiyanın yeni Nizamnaməsi qəbul olunub və partiyanın strukturunda dəyişikliklər edilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsini də həmin dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə yeni Əsasnamə hazırlanıb.

Əsasnamədə edilən dəyişikliklər barədə Təşkilatın icra katibi Anar İbrahimov məlumat verib, Əsasnamə səsə qoyularaq qəbul olunub.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin tərkibi təsdiq edilib.

Ali Məclisin Sədri hesabat dövrü ərzində birgə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərinə, partiyanın təəssübkeşlərinə, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik xəttinə sədaqət göstərənlərin hamısına bir daha təşəkkür edib, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib və konfransı bağlı elan edib.

Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasının Yeni Azərbaycan Partiyası ilə bağlı hazırladığı filmə baxıblar.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 07:53
Yevlax rayon Tanrıqulular kəndində vətəndaş nədən narazıdır? Ətraflı videomaterialda...
Dün, 05:04
Bölgə xəbərləri: Yevlaxda təhlükəsizlik üzrə növbəti iclas keçirilib
26-03-2024, 15:35
Yevlaxda rayonunda ağacəkmə aksiyaları davam etdirilir
25-03-2024, 21:11
Yağan yağış nəticəsində Yevlax küçələrində qrunt suları yaranıb. Tədbirlər görülür...
25-03-2024, 00:04
Dövlət orqanları jurnalistlərə məlumat verməkdən nə üçün qorxurlar? Bəs qanun nə tələb edir?
23-03-2024, 21:18
Putin Ərdoğanın terrorizmlə mübarizədə əməkdaşlığın aktivləşdirilməsi ideyasını dəstəkləyib
23-03-2024, 21:04
ABŞ səfirliyi bir neçə gün əvvəl Rusiyadakı terror xəbərdarlığını İŞİD barədə məlumatlara əsaslandırıb
23-03-2024, 01:28
Kürdəmir rayonunda şagird davranış qaydaları və təhlükəsizliyi mövzusunda görüş keçirilib.
23-03-2024, 01:05
Vilayət Eyvazovdan yeni TƏYİNAT
22-03-2024, 22:30
Moskvada müğənni Röyanın da olduğu konsert zalında atışma: Xeyli sayda ölən və yaralanan var - YENİLƏNİB + VİDEO
22-03-2024, 22:16
Rusiya və Çin BMT TŞ-da ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsini bloklayıb
22-03-2024, 22:05
Azərbaycan və Ermənistan parlament rəhbərləri arasında görüş olacaq
22-03-2024, 16:54
Yevlaxda Novruz Bayramı münasibətilə Şəhid ailələrinə bayram sovqatı aparılıb
22-03-2024, 14:47
Yevlaxda polis və qazi narazılıqlarına aydınlıq gətirildi. Araşdırma aparılır
22-03-2024, 13:10
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayon ərazisindəki hərbi hissələrdə Novruz bayramı münasibətilə hərbiçilərlə görüşlər keçirilib
22-03-2024, 12:06
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə növbəti qazinin evində qonaq olub
22-03-2024, 11:35
Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir.
21-03-2024, 20:20
Rusiya müharibənin 757-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
21-03-2024, 14:59
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid ailəsini ziyarət edib
20-03-2024, 23:17
Ermənistanda təlimlər zamanı Rusiya əsgəri ölüb
20-03-2024, 22:40
Azərbaycan Ordusunun zabiti odlu silahdan istifadə etməklə özünü öldürüb
20-03-2024, 22:23
Martın 21-nə olan xəbərdarlıq. Bu rayonlarda hava kəskin dəyişəcək!
20-03-2024, 18:29
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
19-03-2024, 22:17
Vətən müharibəsi iştirakçısı bayram günü aztəminatlı ailələri sevindirdi.
19-03-2024, 14:57
Yevlaxdan 77 yaşlı polkovnik Prezidentə şikayət məktubu ünvanlayıb. Döyüşlərdə ayaqlarımı itirdim...! Maraqlı faktlar üzə çıxdı!
18-03-2024, 14:27
Yevlaxda "Novruz Bayramı"na həsr edilmiş geniş tədbir keçirilib.
17-03-2024, 13:57
Yevlaxda "Novruz Bayramı"na həsr edilmiş konsert tədbiri keçiriləcək.