Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
Siyasət
Oxunub: 1 011
21 Ock 2023 | 20:58
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
Bir neçə ay əvvəl Naxçıvan Əlahiddə Ümumqoşun Ordudan 20 il xidmət etdikdən sonra ehtiyata buraxıldım. Ehtiyata çıxmağımın səbəbi general-polkovnik Kərəm Mustafayevin Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinin tələblərini yerinə yetirməməsi oldu (Əgər buna şübhə edənlər varsa o zaman Kərəm Mustafayev son 10 ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabitlərinin birliklərarası yerdəyişmə (rotasiya) planını MN-nin müvafiq əmrinin tələblərinə uyğun dövlətə təqdim etsin). Belə ki, MN-nin əmrinə əsasən mən zabit kimi Naxçıvanda 6 il xidmət etməli olduğum halda 12 il xidmət etdim. Kərəm Mustafayev imkan vermirdi ki, zabitlərin yerdəyişməsi (bir korpusdan digər korpusa xidmət yerinin dəyişdirilməsi, rotasiyası) yerinə yetirilsin. O tələb edirdi ki, yalnız mənim dediyim olmalıdır, mən heç bir qanun, əmr tanımıram, qanun mənim dediyimdir. Beləliklə mən və mənim kimi onlarla zabit ordu sıralarından tərxis olmağa məcbur oldu. Bunu görən Kərəm Mustafayev qisas almaq üçün bizim bütün sənədlərimizi, şəxsi işlərimizi ləkələməyə çalışdı, imtiyazlarımızı əlimizdən aldı, xəstəliyi olan zabitləri saxta müayinələrlə sağlam kimi yazdırdı. Nəticədə mənim də xəstəliyim Naxçıvan Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən düzgün şahadətləndirilmədi. Bildirim ki, ötən illərdə Naxçıvanda Mərkəzi Hərbi Həkim Komissiyası yox idi, iki il əvvəl Kərəm Mustafayev Naxçıvanda hərbi həkim komissiyası yaratmaqla Müdafiə Nazirliyindən asılılığını azaltmağa çalışmış və bundan öz məqsədləri üçün istifadə etməyə çalışmışdır. Sual çıxır ki, axı bir orduda nə üçün iki Mərkəzi Hərbi Həkim Komissiyası olmalıdır? Kərəm Mustafayev hər zaman çalışmışdır ki, istədiyi hərbi qulluqçuya istədiyi diaqnozu qoydurmaq üçün tabeliyində Mərkəzi Hərbi Həkim Komissiyası olsun. Qısa desək Bakıya tabe olmasın.
Mən ordu sıralarından tərxis olan zaman Kərəm Mustafayevin yaratdığı Naxçıvan Mərkəzi Hərbi Həkim Komissiyasından narazı qaldım və bunun üçün şəxsən Azərbaycan Respublikası Müdafiə Nazirinə dəfələrlə müraciət etdim. Müraciətimdə bildirdim ki, mən Naxçıvan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından narazıyam, xahiş edirəm mənim yenidən şəhadətləndirilməm üçün müvafiq tapşırıq verəsiniz.

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:
Maddə 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər.
Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər.

Etdiyim təkrar müraciətlərə baxmayaraq hər dəfə mənə saxta, yalan sənədlər göndərildi. Hətta hər dəfə göndərilən sənədlərdə xəstəliyimə bağlı ayrı-ayrı maddələr qoyuldu. Onu da bildirim ki, MN-nə etdiyim müraciətlərə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu cavablar yazırdı. Hansı ki, mən onlardan şikayətçi idim. Mənim şikayətçi olduğum şəxs, qurum, orqan nə üçün mənə cavab yazmalıdır ki? Nəhayət mən məcbur qalıb Cənab Ali Baş Komandana məktubla müraciət etdim. Lakin bu dəfə də mənə verilən cavab qanuna zidd olmaqla yanaşı Cənab Ali Baş Komandana yazdığım məktuba diqqətsizlik oldu. Vətəndaşı aldatmaqdan qorxmayan şəxslər Cənab Ali Baş Komandanı da aldatmağa cəhddən çəkinmədilər. Onlar anlamaq istəmirlər ki, əgər mən Naxçıvan Mərkəzi Hərbi Həkim Komissiyasından narazıyamsa təkrar orada şəhadətləndirilə bilmərəm. Məni təkrar ya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası şəhadətləndirməlidir, ya da mən məhkəməyə müraciət etməliyəm. Məhkəməyə müraciət etmək hüququmu bilsəm də ancaq, hesab edirəm ki, zabit adi məsələ üçün məhkəmələrə üz tutmamalıdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Kərəm Mustafayevin diktəsi ilə mənə göndərdiyi məktubu olduğu kimi sizlərə təqdim edirəm. Bu bir başa Azərbaycan Respublikası "Nazirlər Kabinetinin Qərarı"na zidd və hörmətsizlikdir.
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.


Natiq Əlisoy

Dialoq.az
Bugün, 16:15
Millət vəkili Qüdrət Həsənquliyev: “Sosial müdafiəyə ayrılmış pullar xərclənmədiyi halda ehtiyata gedən zabitlər 5-6 il ev növbəsində gözləyir!”
Bugün, 11:21
Nəhayət tarixi faktlar açıldı! Naxçıvan döyüşçüləri haqqında bilmədikləriniz! Günahkarlar kimlərdir?
14-05-2023, 15:43
Minlərlə ehtiyatda olan zabit Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuta bilər!
13-05-2023, 16:00
Hərbi ekspertlər danışmalıdırlar! Kirayə pulları nə üçün kəsilib? Minlərlə hərbçi nə üçün narazıdır?!
8-05-2023, 23:33
HƏRBİ EKSPERT: Kirayə pulları təmin olunmalıdır. Plenumun 18 iyul 2022-ci il tarixli Qərardadı əsassız və səhvdir!
3-05-2023, 11:47
Zabitlərin əksəriyyəti bu gün nə üçün taksi sürür? QISA ARAŞDIRMA!
2-05-2023, 16:10
Zabitlərin kirayə pullarına qarşı növbəti təxribat! Yüzlərlə zabit məhkəməyə üz tuta bilər!
23-04-2023, 14:19
Bu uşaqların həyatda qalması möcüzə ola bilər! Bir bacı, bir qardaş nələr yaşayır?!
22-04-2023, 11:52
Nurcan Rəhimlinin dostluq hekayəsi və onun saf düşüncələri
4-04-2023, 22:44
Yunan-Roma güləşçisi Eşqin Mədətli respublika üzrə güləş çempionatının bürünc medalı ilə mükafatlandırıldı.
28-03-2023, 13:07
Altıncı sinif şagirdi Nurcan Rəhimlinin vətən sevgisi
19-03-2023, 14:27
”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
10-03-2023, 17:52
Azyaşlı qızcığazın qəlbində yaşayan türk sevdası! 6-cı sinif şagirdi Nurcan Rəhimli insanlıq hisslərini qələmi ilə bu cür ifadə etdi!
6-03-2023, 17:52
6-cı sinif şagirdi Nurcan Rəhimli azyaşlı olsa da qələmi ilə hər kəsin sevimlisinə çevrilib!
3-03-2023, 22:05
Hərbi pensiyaçılar dövlət rəhbərinə müraciət etdilər: "Cənab Prezident! Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik ki, .."
26-02-2023, 22:11
Yazıçı, dostuna görə hər kəsə müraciət etdi. Azərbaycan xalqı yardımsevər xalqdır!
8-02-2023, 16:04
Türk Ağsaqqalları İctimai Birliyi təcili müşavirə keçirdi. Biz hər zaman yaralılara qan verməyə hazırıq!
27-01-2023, 01:14
Onlar özlərini qorxularından gizlədirlər? Gizli trollar kimlərdir?
23-01-2023, 00:54
Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
21-01-2023, 20:58
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
18-01-2023, 23:13
DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
16-01-2023, 20:16
"AvtoNat.Az" avtomobil saytından hərbçilərə, şəhid ailələri və qazilərə xüsusi güzəşt.
12-01-2023, 17:09
Yevlaxda qətlə yetirilən həkimin qatilləri tapıldı.
25-12-2022, 12:54
Bu gün zabitlərin "Avropa İnsan Hüquqları Məhkəməsi"nə üz tutmasının səbəbi nədir? Bunu kimlər və nə üçün edir?
24-12-2022, 23:50
Naxçıvanda görün zabitə nə diaqnoz qoyulub! Naxçıvan səhiyyəsindən zabitlərə qarşı növbəti şok!
23-12-2022, 18:43
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
20-12-2022, 20:35
Diqqət! Hərbi ekspertdən ciddi açıqlama. Hər cür hadisə baş verə bilər!