SOCAR-da GÖZLƏNTİ! Adnan Əhmədzadə kabusu da bitəcək
Siyasət
Oxunub: 40
31 May 2022 | 19:00
SOCAR-da GÖZLƏNTİ! Adnan Əhmədzadə kabusu da bitəcək

SOCAR-a yaxın mənbədən maraqlı bilgi almışıq. Demokratik.Az-a adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ən aparıcı "kabus" isimlərindən olan Adnan Əhmədzadə tutduğu postundan uzaqlaşdırıla bilər. Hazırda SOCAR şirkətinin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini olan ünlü məmurun sözügedən qurumdan birdəfəlik uzaqlaşdırılması çoxdanın gözləntisidir və bugünlərdə onun istefası baş verəcək.

Bildiyiniz kimi, prezident İlham Əliyev 2019-cu ildə aparıcı dövlət qurumunun idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.

Son illərin müşahidələri göstərir ki, məlum fərmandan bu yana ictimaiyyət arasında SOCAR-ın imici müsbətə doğru xeyli dəyişib, idarəetmədə müsbət dəyişikliklər ölkə iqtisadiyyatının gələcəyinə təsirsiz ötüşməyəcək. Və bu sırada SOCAR daxilində kadr islahatlarının qaçılmazlığı yaşanır.

SOCAR-da GÖZLƏNTİ! Adnan Əhmədzadə kabusu da bitəcək

Rövnəq Abdullayevin iqtisadiyyat nazirliyinə transferindən sonra adıçəkilənin qeyri-leqal işlərində aparıcı isim kimi diqqətə gələn ilk adlardan biri Adnan Əhmədzadədir. Adnan Əhmədzadə adı mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun və Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadənin adı çox keçir. Sonuncular təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada xeyli qalmaqallı olaylarla, milyonlara sahib olub kef çəkən oliqarxlar kimi manşet olublar.

Bəs, Adnan Əhmədzadə kimdir, onun adı niyə şirkətin bütün önəmli işlərinin içində keçir?

A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.
O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışb.
A.Əhmədzadə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Məmməd oğlu Vəliyevə həvalə edilib. A.Vəliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını "Neft və qaz emalı" üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2017-ci ildə isə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin "Master of Business Administration" (MBA) proqramını ("Neft-qaz biznesinin idarə olunması") müvəffəqiyyətlə başa vurub. 2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.

SOCAR-da GÖZLƏNTİ! Adnan Əhmədzadə kabusu da bitəcək

Eləcə də, Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun yazınıdır. Əhmədzadə SOCAR-dakı fəaliyyəti sayəsində özünə böyük biznes şəbəkəsi qurub. Ölkədəki “Rahat” supermarketlər şəbəkəsinin, “Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan “Jacob & Co Astronomia” saatının, “Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil. Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib.

Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Adnan Əhmədzadənin qardaşı Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. O, qardaşının prezidenti olduğu “SOCAR-Trading”də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edib. Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Siyahını bir az da uzatmaq istərdik, amma çox uzundur, bizim kimi, sizin də gözləriniz qaralar. Əhmədzadə bu qədər əmlakı Rövnəq Abdullayevə hansı xidməti sayəsində yığıb görəsən? Onu Abdullayevin bütün çirkli işlərini həyata keçirdiyi, gecəsi bir milyona başa gələn bahalı “partiləri”ni təşkil etdiyi, “kassası” rolunu oynadığı haqqında deyilənlər təsdiqini tapır artıq. Bir müddət əvvəl SOCAR-da vergi və yeyinti şübhələri əsasında yoxlamalar aparılanda Əhmədzadənin həbs olunduğu xəbəri yayılmışdı. Sonra adam qalmaqaldan sağ çıxıb öz işinin başına qayıtdı. Prezidentin bugünkü təyinatı nə anlam ifadə edir? Onu şirkətdə öz qohumunun yanına, müavinin müavini vəzifəsinə təyin etməklə cəzalandırmaq istəyirlər, yoxsa mükafatlandırmaq? Suallar çoxdur, Əhmədzadəni müavinin müavini təyin etməklə məsələ bitmir, problemi kökündən həll etmək lazım.

Antalyanın və Londonun daşınmaz əmlak bazarında ilk addımlar

Dövlət şirkətində işləmək qırx bir yaşlı Ədnana şəxsi biznesini qurmağa mane olmayıb, bəlkə də kömək edib. Britaniya şirkətlər reyestrinə təqdim etdiyi məlumatlarda Ə. Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərinin vergi ödəyicisi ödəyicisi olduğunu açıqlayıb. Bu, 2015-ci ildə Londonda özəl biznesə girişərkən baş verib. Bunadək isə o, Antalyada daşınmaz əmlak bazarında özünü sınamışdı.
2006-cı ilin avqustunda Ədnan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan Qərib Orucovla birlikdə “Ahmadzada Turizm Gida Petrol Ticaret Sanayi Limited” şirkətini yaradır.

SOCAR-da GÖZLƏNTİ! Adnan Əhmədzadə kabusu da bitəcək

Sənəd
Mənbə: Türkiyə Ticarət Reyestri qəzeti
30 min lirəlik ilkin kapitalın 21 minini Ədnan (Vergi ödəyicisi nömrəsi: 0100396070 ) yatırır. Sonralar ortaqlığa Zaur Səmədov və Fərəh Hacıyeva da qoşulurlar. Nəticədə şirkətin kapitalı 1 milyon türk lirəsinə qaldırılır. 2012-ci ilin yanvarında isə Ədnan bu şirkətdəki nominal qiyməti 175 min lirə olan 70 ədəd payının hamısını Z. Səmədova açıqlanmayan qiymətə satır. Dörd ay keçər-keçməz Z. Səmədov və F. Hacıyeva şirkətin ləğvi barədə qərar verirlər.
2015-ci ilin dekabr ayında Ədnan Əhmədzadə Britaniyada 100 funtluq kapitalla “AA Properties 2000 Ltd” şirkətini (qeydiyyat nömrəsi: 09903368 ) təsis edir.

SOCAR-da GÖZLƏNTİ! Adnan Əhmədzadə kabusu da bitəcək


Mənbə: AA Properties 2000 Ltd şirkətinin reyestr məlumatı
(mənbə - Meydan TV)

İki ay sonra Ədnan Londonda, Lanterns yolu, Denison House, ev 20 ünvanında yerləşən 409 nömrəli mənzili satın alır. İnvestisiya əmlakının satın alınmasını “SG Hambros Bank (Channel İslands) Limited” ofşor bankı maliyyələşdirir. Kredit Bakı şəhəri, Nəcəf bəy Vəzirov küçəsi, ev 11D, mənzil 22 ünvanında qeydiyyatda olan Ədnanın adına rəsmiləşdirilsə də, mənzil onun şirkətinin adına qeydə alınır və kreditin təminatı kimi həmin mənzil girov qoyulur. 577,6 min funt məbləğində qiymətləndirilən bu əmlak 2016-cı ilin avqustunda Battle House, 1-dən (poçt ünvanı EN48RR) Old Burlington küçəsi, 32 ünvanına (W1S 3AT) köçürülən “AA Properties 2000 Ltd” şirkətinin yeganə aktividir. 2016-2017-ci illərdə Ədnan Əhmədzadə ipoteka öhdəliklərinin bağlanmasından ötrü 22,4 min funt ödəyir. 2017-ci ilin yanvarından etibarən bu daşınmaz əmlak şirkətinə 25 yaşlı Nigar Kərimli rəhbərlik edir. N. Kərimli müxbirimizə şirkətin daşınmaz əmlak bazarında fəal əməliyyatlar apardığını bildirsə də, Ədnan Əhmədzadənin bu şirkətin idarə olunmasında iştirakı haqda suala cavab verməyib.
Əhmədzadələr ailəsinin Londonun əmlak bazarına ikinci gəlişi
Əhmədzadə ailəsinin Britaniyada əmlakı bununla məhdudlaşmır. “SOCAR Trading” və İsveçrədə təsis olunmuş digər bir şirkətin (“STL Oil and Gas SA”) menecmentində təmsil olunan böyük qardaşı Xəyal 2018-ci ilin noyabr ayında “PC Assets Limited” şirkətinə (şirkət nömrəsi: 08715209) nəzarət etməyə başlayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Xəyal Əhmədzadənin SOCAR-a gəlişi 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil illərinə təsadüf edir. O, SOCAR-da 1995-ci ildən işləyir.
Kapitalı 1 milyon funtdan çox olan “PC Assets Limited” şirkətində payların 25 faizdən az olmayan hissəsi Əhmədzadə qardaşlarının atasına məxsusdur. Ötən ilin dekabrında 70 yaşını qeyd edən Azəri Əhməd oğlu Əhmədzadə uzun illər Mədəniyyət Nazirliyində rəhbər vəzifələrdə çalışıb. “PC Assets Limited” şirkətinə “SOCAR Trading” şirkətinin daha iki azərbaycanlı əməkdaşı: Toğrul Rzayev və Elmir Ağamalıyev də sərmayə qoyublar.
Əhmədzadə qardaşlarının Bakıda da bir çox kommersiya əmlakının olduğu bildirilir. Onların arasında Xəyal Əhmədzadənin direktor olduğu “Valentis” şirkəti də var.

Demokratik.Az
5-12-2022, 13:12
AvtoNat! Azərbaycanda avtomobillərin yeni alqı-satqı ofisi fəaliyyətə başladı! Biz yeni olsaq da, yeniliklərimiz Sizləri heyrətləndirəcək! AvtoNat, bizimlə ol rahat!
26-11-2022, 23:45
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi???
25-11-2022, 15:55
DTX Naxçıvanda həbslərə BAŞLADI
18-11-2022, 20:13
Yevlaxda şok hadisə! 5 yaşlı Mehinin əsgərə yazdığı məktub görün hardan çıxıb!
4-11-2022, 19:41
Bakı şəhər 116 nömrəli məktəb 3(c) sinfindən qürurverici görüntülər. Bu görüntülər bütün məktəblər üçün nümunə ola bilər!
21-10-2022, 20:22
Yazıçı Aydın Xan Əbilov, yazıçı Natiq Əlisoy və yazıçı Nurəddin Ədiloğlu ilə nəyi müzakirə etdi? Gərgin ədəbi müzakirənin hədəfi nə oldu? Erməni yazıçıları nə üçün tənqid olundu? Ətraflı videoda
18-10-2022, 17:45
Polkovnik-leytenant Vaqif Qurbanovun araşdırması. O, Füzuli rayonunun tarixi haqqında danışdı.
16-10-2022, 14:34
Görünməyən faktlar! Vətən müharibəsindən sonra zabitlər nə üçün məhkəməyə üz tuturlar?
13-10-2022, 17:38
“Zəfərnamə”, "Qələbə" mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi
9-10-2022, 11:59
Bakı şəhərində su sayğacları nə üçün oğurlanır? Oğrular oğurluğu hansı saatlarda edirlər?
7-10-2022, 13:41
Yevlax şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Qəhrəman Məmmədov növbəti dəfə mükafatlandırılıb.
4-10-2022, 22:48
112 saylı orta məktəbdə baş verən biabırçılıqla bağlı sizcə kim cəzalanmalıdır?
1-10-2022, 13:52
Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!
29-09-2022, 17:06
Bu məlumatı Şəhid ailələri, Qazilər və Hərbçilər mütləq oxusun.
29-09-2022, 14:53
Gənc şair Süleyman Hüseynzadə Vətən müharibəsi iştirakçısıdır. Onun yazdığı şeirdən Vətən qoxusu gəlir... Gəlin tanıyaq və tanıdaq!
28-09-2022, 20:16
Ehtiyatda olan hərbi qulluqçulara bu cür münasibət olmamalıdır!
27-09-2022, 17:23
Bakı şəhər Xətai rayon Şəhid Murad Hacıyevin adını daşıyan 116 nömrəli tam orta məktəbdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
24-09-2022, 22:23
Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
22-09-2022, 00:31
Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsinin Cənubi Qafqaza hansı təsiri ola bilər? 
14-09-2022, 12:58
Yazıçı, hərbi ekspert Natiq Əlisoy vətəndaşlarımıza müraciət edib. Qeyri-rəsmi məlumatlara istinad etməyin!
13-09-2022, 23:04
Hərbi ekspert Natiq Əlisoy Ermənistanın təxribatlarına maraqlı münasibət bildirib!
11-09-2022, 00:59
Natiq Əlisoydan maraqlı açıqlama: Mən bu əsəri yazarkən ilhamımı üçrəngli, ay-ulduzlu şanlı bayrağımdan almışam!
10-09-2022, 23:02
Natiq Əlisoy: Biz daima ordumuzun uğurlarından yazmalıyıq. Təəssüf ki, bu gün ordu sıralarında bir çox hallarda qələm adamlarına birmənalı baxılmır!
10-09-2022, 14:18
Natiq Əlisoy: Mən Azərbaycan əsgərini daima məğrur görmək istəyirəm!
9-09-2022, 23:41
Ehtiyatda olan zabitlərin təkliflərinə, müraciətlərinə Müdafiə Nazirliyi xüsusi diqqət ayırmalıdır!
2-09-2022, 23:29
Yazıçı-şair Natiq Əlisoydan açıqlama: Hesab edirəm hələ ki, bu barədə danışmaq tezdir.
21-07-2022, 22:52
DEPARTAMENT SƏDRİNDƏN ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR VƏ EHTİYATDA OLAN HƏRBÇİLƏRƏ YENİ İMKANLAR!