DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
Gündəm
Oxunub: 1 010
18 Ock 2023 | 23:13
DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
30 ilə yaxındır zabitlərin hüquqlarını açıq-aşkar pozan general-polkovnik Kərəm Mustafayev bu gün özünü mələk kimi göstərməyə çalışır. Əldə olunan sosial şəbəkə məlumatlarına görə 18.01.2023-cü il tarixdə K.Mustafayev Naxçıvanda ordunun mərkəzi qərargahında növbəti dəfə təcili müşavirə keçirib. Adətən günahsız başların kəsilməsi mərkəzi kimi tanınan mərkəzi qərərgah (Qırmızı zal) bu dəfə nədənsə xoş ətiri ilə başları çatladıb. K.Mustafayev yenə zamana meydan, zavallı insanlara isə nağıl oxumağa çalışıb. Sizə vəzifə, rütbə verəcəm, aldığım rütbələrinizi, vəzifələrinizi qaytaracam, sizə gözəl şərait yaradacam deyərək xoş üzünü göstərməyə çalışsa da onu yaxşı tanıyan zabitləri onun bu dəfəki vədinə inanmayıb. Uzun illərdi "baş kəsmək"lə məşhurlaşan və bundan zövq alan Kərəm Mustafayev necə deyərlər bu dəfə "tutuzdura" bilməyib. Belə ki, illər uzunu hərbi qulluqçuların (xüsusilə Naxçıvanla bağlı olan artımlar, imtiyazlar olanda. Yəni hərbi hissələrin iki qat əmək haqqı olması məsələsi və s.) maaşları artanda, "bunu mən etdirdim" deyən Kərəm Mustafayev bu dəfə zabitlərin ürəyinə yol tapa bilməyib. Bir zamanlar Kərəm Mustafayev özünü elə aparırdı ki, guya Azərbaycan Ordusunu bu idarə edir, guya orduya bütün yenilikləri bu gətirir, guya bütün generallar bununla hesablaşır. Görəsən axı K.Mustafayev kimdir? O nə üçün zabitləri Naxçıvanda "əsir" saxlayıb? O nə üçün zabitlərin hüquqlarını pozub? Görəsən zabitlər nə üçün ondan bezib? Görən K.Mustafayev nə üçün özünü belə rahat hiss edir? Oxuculara daha aydın olsun deyə K.Mustafayev haqqında qısa məlumatı verməyi özünüzə borc bilirik:

1. Kərəm Mustafayev heç vaxt MN-nə tabe olmayıb;

2. Hər zaman Vasif Talıbovun kölgəsində gəzən K.Mustafayev ürəyi nə istəyibsə onu da edib;

3. O həmişə özünü sanki Müdafiə Naziri kimi aparıb;

4. Heç vaxt heç bir zabitə mərhəmət etməyib (mərhəmət etdiyi zabiti tam əzəndən sonra guya ona köməklik edib);

5. O həmişə yalançı nümunəvi görüntü yaradıb;

6. Özü məqsədyönlü şəkildə tabeçiliyində olan zabitləri bir-birinə düşmən edib, bu unun ən çirkin siyasətidir;

7. Zabit-gizirlərin şəxsi hesabına oranı-buranı rənglədib, alayarımçıq düzəldib və sonda deyib mən etmişəm, dövlət bura nə qədər vəsait ayırıb;

8. Nizamnamədən kənar nə varsa hamısını orduda tətbiq edib (almaq, satmaq, əzmək, alçaltmaq və s.);

9. Döyüş hazırlığı ilə məşğul olmaq əvəzinə ağac, gül əkdirib, meyvə yığdırıb və şəxsi mənafeyi üçün istifadə edib;

10. Ən dəhşətlisi isə odur ki, milli düşüncəli, vətənpərvər, bilikli, bacarıqlı hərbçini sevməyib. Bu tipli zabitləri müvəqqəti guya irəli çəksə də sonda həmin zabiti məhv edib, imkan verməyib ki, o zabit parlasın. Buna yüzlərlə misal var;

11. Hesab edirəm ki, on birinci bəndi yazsaq artıq bu hərbi və dövlət sirlərinin açılmasına səbəb ola bilər. Qısa onu vurğulayım ki, son bir-iki ayda Naxçıvanla bağlı danışılan hadisələrin ən gur ocağı K.Mustafayevin ətrafında yanır.

Odur ki, DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq. Təəssüf doğuran məqam ondan ibarətdir ki, son günlərdə sosial şəbəkələrdə K.Mustafayevi tərifləyən 2-3 saxta profil də meydana çıxıb. Başa düşmək olmur ki, onlar K.Mustafayevi nə üçün tərifləyir? İlk ağıla gələn o olur ki, yəqin öz adamlarıdır. Hər kəs bilməlidir, heç kim əbəs yerə tənqid olunmur, tənqid varsa deməli əsaslı nəsə var. Ordu kiminsə şəxsi mülkü deyil. Güclü Azərbaycanımızdan zəif və öz mənafeyini güdən məmurlar təmizlənməlidir!

Hərbi ekspert Natiq Əlisoy

Dialoq.Az
Bugün, 01:14
Onlar özlərini qorxularından gizlədirlər? Gizli trollar kimlərdir?
24-01-2023, 14:53
DTX Kərəm Mustafayevi yoxlamağa başlayıb.
23-01-2023, 00:54
Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
21-01-2023, 20:58
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
18-01-2023, 23:13
DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
16-01-2023, 20:16
"AvtoNat.Az" avtomobil saytından hərbçilərə, şəhid ailələri və qazilərə xüsusi güzəşt.
14-01-2023, 23:44
Hərbi ekspert Natiq Əlisoy: Gələcəyin əmək pensiyaçıları kimlər olacaq?
12-01-2023, 17:09
Yevlaxda qətlə yetirilən həkimin qatilləri tapıldı.
28-12-2022, 23:00
Kərəm Mustafayev bu addımı ilə nə demək istəyir? O, Naxçıvanın yeni rəhbərliyinə nə üçün hörmətsizlik etdi?
25-12-2022, 12:54
Bu gün zabitlərin "Avropa İnsan Hüquqları Məhkəməsi"nə üz tutmasının səbəbi nədir? Bunu kimlər və nə üçün edir?
24-12-2022, 23:50
Naxçıvanda görün zabitə nə diaqnoz qoyulub! Naxçıvan səhiyyəsindən zabitlərə qarşı növbəti şok!
23-12-2022, 18:43
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
20-12-2022, 20:35
Diqqət! Hərbi ekspertdən ciddi açıqlama. Hər cür hadisə baş verə bilər!
5-12-2022, 13:12
AvtoNat! Azərbaycanda avtomobillərin yeni alqı-satqı ofisi fəaliyyətə başladı! Biz yeni olsaq da, yeniliklərimiz Sizləri heyrətləndirəcək! AvtoNat, bizimlə ol rahat!
26-11-2022, 23:45
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi???
25-11-2022, 15:55
DTX Naxçıvanda həbslərə BAŞLADI
18-11-2022, 20:13
Yevlaxda şok hadisə! 5 yaşlı Mehinin əsgərə yazdığı məktub görün hardan çıxıb!
4-11-2022, 19:41
Bakı şəhər 116 nömrəli məktəb 3(c) sinfindən qürurverici görüntülər. Bu görüntülər bütün məktəblər üçün nümunə ola bilər!
21-10-2022, 20:22
Yazıçı Aydın Xan Əbilov, yazıçı Natiq Əlisoy və yazıçı Nurəddin Ədiloğlu ilə nəyi müzakirə etdi? Gərgin ədəbi müzakirənin hədəfi nə oldu? Erməni yazıçıları nə üçün tənqid olundu? Ətraflı videoda
18-10-2022, 17:45
Polkovnik-leytenant Vaqif Qurbanovun araşdırması. O, Füzuli rayonunun tarixi haqqında danışdı.
13-10-2022, 17:38
“Zəfərnamə”, "Qələbə" mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi
9-10-2022, 11:59
Bakı şəhərində su sayğacları nə üçün oğurlanır? Oğrular oğurluğu hansı saatlarda edirlər?
7-10-2022, 13:41
Yevlax şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Qəhrəman Məmmədov növbəti dəfə mükafatlandırılıb.
4-10-2022, 22:48
112 saylı orta məktəbdə baş verən biabırçılıqla bağlı sizcə kim cəzalanmalıdır?
1-10-2022, 13:52
Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!
29-09-2022, 17:06
Bu məlumatı Şəhid ailələri, Qazilər və Hərbçilər mütləq oxusun.
29-09-2022, 14:53
Gənc şair Süleyman Hüseynzadə Vətən müharibəsi iştirakçısıdır. Onun yazdığı şeirdən Vətən qoxusu gəlir... Gəlin tanıyaq və tanıdaq!