Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
Gündəm
Oxunub: 1 234
23 Ara 2022 | 18:43
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
Naxçıvan İnzibati Məhkəməsinin hakimi Səxavət Novruzov Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib. Hakim Səxavət Novruzov kimdir və onun zabitlərə qarşı tutduğu mövqe nədən ibarət olub?

2020-2021-ci illər ərzində Naxçıvanda onlarla zabit Kərəm Mustafayevdən məhkəməyə şikayət edib, işlərin çoxuna hakim Səxavət Novruzov baxsa da iddiaların heç birini təmin etməyib. O cümlədən şəxsən mənim də iddiamı təmin etmədi, Naxçıvan Ali Məhkəməsinə kasassiya şikayəti verdim, iş icraata qəbul olundu, işə ədalətli baxıldı, hakim Səxavət Novruzovun çıxardığı qərar tam qanunsuz hesab edilərək ləğv edildi. İşə yenidən baxmaq üçün təkrar Səxavət Novruzovun icraatına göndərildi. Təsəvvür edin ki, hakim Səxavət Novruzov Naxçıvan Ali Məhkəməsinin qərarını da saymadı. Ümumilikdə 17 dəfə məhkəmə prosesi olsa da iddiam təmin olunmadı. İddiam isə bir birlikdən başqa birliyə yerdəyişmə (rotasiya) tələbim idi. Yəni Naxçıvandan başqa korpuslara getmək istəyirdim. Müvafiq qanun və əmrlərə əsasən mən Naxçıvanda zabit kimi 6 il xidmət etməli olduğum halda 12 il xidmət etdim. Naxçıvanda isə bu qanunların icrasına Kərəm Mustafayev imkan vermirdi. Sonda hüquqlarım təmin olunmadığı üçün məcbur qalıb ehtiyata çıxdım. Mənə maraqlı olan odur ki, hakim Səxavət Novruzovun Kərəm Mustafayevdən asılılığı nə idi ki, o mənim və mənim kimi onlarla zabitlərin qanuni iddiasını təmin etmirdi?!

Xüsusi qeyd:
Naxçıvan Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən Naxçıvan İnzibati Məhkəməsinin hakimi Səxavət Novruzovun qanunsuz hesab edilib ləğv edilməsinə dair çıxardığı qərardadı Sizlərə təqdim edirik. Bu qərardadda hakim Səxavət Novruzovun yalnız cavabdeh tərəfin dedikləri əsasında qərar qəbul etməsi sübuta yetirilib. Ancaq, işi necə qurdularsa iş Bakı Ali Məhkəməsinin İnzibati Kollegiyasına kimi gəlsə də iddiam təmin olunmadı. Davranışları ilə də demək istəyirdilər ki, istəyirsən get Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət elə. Təbii ki, mən bunu edə bilərdim. Ancaq, mənim qarşımı kəsən Azərbaycan zabitinin adı və şərəfi oldu. İnanıram ki, Cənab Ali Baş Komandan səsimizi eşidəcək. Bu kimi hallara görə onlarla zabit Kərəm Mustafayevin və onu müdafiə edən hakim Səxavət Novruzovun ucbatından ordu sıralarından tərxis olunmağa məcbur olub. Bu tarixi və hərbi cinayətdir!
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
Natiq Əlisoy
Bugün, 01:14
Onlar özlərini qorxularından gizlədirlər? Gizli trollar kimlərdir?
24-01-2023, 14:53
DTX Kərəm Mustafayevi yoxlamağa başlayıb.
23-01-2023, 00:54
Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
21-01-2023, 20:58
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
18-01-2023, 23:13
DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
16-01-2023, 20:16
"AvtoNat.Az" avtomobil saytından hərbçilərə, şəhid ailələri və qazilərə xüsusi güzəşt.
14-01-2023, 23:44
Hərbi ekspert Natiq Əlisoy: Gələcəyin əmək pensiyaçıları kimlər olacaq?
12-01-2023, 17:09
Yevlaxda qətlə yetirilən həkimin qatilləri tapıldı.
28-12-2022, 23:00
Kərəm Mustafayev bu addımı ilə nə demək istəyir? O, Naxçıvanın yeni rəhbərliyinə nə üçün hörmətsizlik etdi?
25-12-2022, 12:54
Bu gün zabitlərin "Avropa İnsan Hüquqları Məhkəməsi"nə üz tutmasının səbəbi nədir? Bunu kimlər və nə üçün edir?
24-12-2022, 23:50
Naxçıvanda görün zabitə nə diaqnoz qoyulub! Naxçıvan səhiyyəsindən zabitlərə qarşı növbəti şok!
23-12-2022, 18:43
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
20-12-2022, 20:35
Diqqət! Hərbi ekspertdən ciddi açıqlama. Hər cür hadisə baş verə bilər!
5-12-2022, 13:12
AvtoNat! Azərbaycanda avtomobillərin yeni alqı-satqı ofisi fəaliyyətə başladı! Biz yeni olsaq da, yeniliklərimiz Sizləri heyrətləndirəcək! AvtoNat, bizimlə ol rahat!
26-11-2022, 23:45
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi???
25-11-2022, 15:55
DTX Naxçıvanda həbslərə BAŞLADI
18-11-2022, 20:13
Yevlaxda şok hadisə! 5 yaşlı Mehinin əsgərə yazdığı məktub görün hardan çıxıb!
4-11-2022, 19:41
Bakı şəhər 116 nömrəli məktəb 3(c) sinfindən qürurverici görüntülər. Bu görüntülər bütün məktəblər üçün nümunə ola bilər!
21-10-2022, 20:22
Yazıçı Aydın Xan Əbilov, yazıçı Natiq Əlisoy və yazıçı Nurəddin Ədiloğlu ilə nəyi müzakirə etdi? Gərgin ədəbi müzakirənin hədəfi nə oldu? Erməni yazıçıları nə üçün tənqid olundu? Ətraflı videoda
18-10-2022, 17:45
Polkovnik-leytenant Vaqif Qurbanovun araşdırması. O, Füzuli rayonunun tarixi haqqında danışdı.
13-10-2022, 17:38
“Zəfərnamə”, "Qələbə" mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi
9-10-2022, 11:59
Bakı şəhərində su sayğacları nə üçün oğurlanır? Oğrular oğurluğu hansı saatlarda edirlər?
7-10-2022, 13:41
Yevlax şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Qəhrəman Məmmədov növbəti dəfə mükafatlandırılıb.
4-10-2022, 22:48
112 saylı orta məktəbdə baş verən biabırçılıqla bağlı sizcə kim cəzalanmalıdır?
1-10-2022, 13:52
Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!
29-09-2022, 17:06
Bu məlumatı Şəhid ailələri, Qazilər və Hərbçilər mütləq oxusun.
29-09-2022, 14:53
Gənc şair Süleyman Hüseynzadə Vətən müharibəsi iştirakçısıdır. Onun yazdığı şeirdən Vətən qoxusu gəlir... Gəlin tanıyaq və tanıdaq!