AMEA Naxçıvan Bölməsində “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans olub.
Gündəm
Oxunub: 238
20 Şub 2022 | 10:14
AMEA Naxçıvan Bölməsində “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans olub.
"Dialoq.az" xəbər verir ki, 17.02.2022-ci il tarixdə AMEA Naxçıvan Bölməsində “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans olub.
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Konfransın əsas məqsədinin Naxçıvanda ədəbi mühit, ədəbi proses məsələləri, 2021-ci ildə qələmə alınan lirik, epik, dram əsərlərinin mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri, bu istiqamətdə yazılmış elmi, publisistik məqalələrin, kitab və monoqrafiyaların bütövlükdə elmə qazandırdığı yeniliklərin təhlilinə, bu sahənin zənginləşdirilməsinə xidmət etdiyini bildirib.
Alim söyləyib ki, əvvəlki illərdə də Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan ədəbi mühiti və ədəbi proses məsələləri əhatəli tədqiq olunmuş, bu ənənə institut əməkdaşları tərəfindən hazırda da davam etdirilir. Naxçıvan ədəbi prosesinin tədqiqi və təbliği məqsədi daşıyan konfransın davamlı keçirilməsi, aparılan araşdırma və müzakirələr, konfrans materiallarının nəzərdə tutulan nəşri gələcəkdə bu sahənin tədqiqatçıları üçün dəyərli mənbə ola bilər.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar konfransda “Naxçıvanda ədəbi proses-2021” mövzusunda məruzə edib. Məruzəçi Naxçıvan ədəbi mühitinin yetirmələrinin ötən il ərzində 52 kitabının nəşr olunduğunu diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyəti haqqında məlumat verib, muxtar respublikada fəaliyyət göstərən təşkilatlarla birlikdə əlamətdar tarixi günlər, eləcə də ədəbiyyatımızın təbliği məqsədilə müxtəlif tədbir, elmi konfrans, müsabiqə və poeziya gecələrinin keçirildiyini bildirib. 2021-ci ildə ərsəyə gələn lirik, nəsr və dram əsərlərinin ideya istiqamətləri, bədii xüsusiyyətləri, həyata keçirilməsi nəzərdə tutulan bəzi məsələlər barədə konfrans iştirakçılarını məlumatlandırıb.
“2021-ci il Naxçıvanda ədəbiyyatşünaslıq, ədəbiyyatşünaslıqda Naxçıvan” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov ötən ilin sentyabr ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran məsələlər barədə keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu qarşısında qoyduğu bəzi vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, ədəbi prosesin inkişafı sahəsində fəaliyyətin gücləndirilməsi, ədəbiyyatşünaslığın əsas istiqamətləri üzrə tədqiqatların aparılması ilə yanaşı, Naxçıvan ədəbi mühitinin mövcud vəziyyətinin və yaradıcılıq istiqamətinin obyektiv təhlil olunması da həmin vəzifələr sırasındadır.
Tədqiqatçı həmin vəzifələrin icrası istiqamətində İnstitutda yerinə yetirilən işlər barədə yığcam məlumat verib. Ötən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması, aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini, aparılan araşdırmaların elmi və publisistik məqalələrdə əksini tapdığını söyləyib.
O, bəzi ümumiləşdirmələr aparıb, ərsəyə gələn əsərlər və ədəbi mühitin tədqiqi ilə bağlı ədəbiyyatşünasların, tənqidçilərin nəşr olunan məqalələrində, monoqrafik tədqiqatlarında əksini tapan düşüncələrindən söz açıb. Naxçıvan ədəbi mühitinin istər muxtar respublika, istər ölkə səviyyəsində təbliği və tədqiqi məsələlərinin inkişafı məqsədilə fikirlərini bölüşüb.
İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “2021-ci ildə Naxçıvan ədəbi mühitində poeziyanın inkişafı”, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “2021-ci ildə Naxçıvan ədəbi mühitində nəsr: axtarışlar, tapıntılar” və böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova “2021-ci il Naxçıvan ədəbi mühitinin publisistik mənzərəsi” mövzulu məruzə ediblər. Məruzələrdə poeziya, bədii nəsr, publisistika sahəsində ideya-mövzu və janr müxtəlifliyi baxımından diqqəti cəlb edən nümunələr təhlil olunub. 2021-ci ildə qələmə alınan əsərlərin əsas mövzusunun Vətən müharibəsi, şəhidlərə ehtiram, zəfər sevinci, xeyirxahlıq olduğu nəzərə çatdırılıb. S.Alışarlı, F.Fərəcov, N.Nəvai, T.Atəş, R.Allahverdiyev, S.Abdulla, Ş.Qafar, N.Əlisoy,  Nargis, S.Teymurbəyli, A.Nehrəmli, T.Arifqızı, N.Məmmədli, S.Tahirli, M.Sultan və başqalarının hekayə, povest və roman janrlarında qələmə aldıqları əsərlərin əsas məziyyətləri barədə məlumat verilib.
Məruzələr ətrafında müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
___________________________________________________
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti
8-05-2022, 20:33
SON İDMAN XƏBƏRİ: ÖZ DOĞUM GÜNÜNDƏ "QIZIL MEDAL" QAZANAN GƏNC İDMANÇIMIZI SİZ DƏ TANIYIRSINIZMI?
8-05-2022, 11:28
Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb.
6-05-2022, 22:55
Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə növbəti dəfə müraciət ediblər.
17-04-2022, 18:38
Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vətəndaşları qəbul edib
15-04-2022, 10:50
Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vətəndaşları qəbul edib.
14-04-2022, 13:56
Uşaqları həddindən artıq ev tapşırığı ilə yükləyən müəllimlərə xəbərdarlıq edildi-Nazirlik rəsmisinin açıqlaması
10-04-2022, 22:03
6 yaşlı Məryəm Musayevanın müalicəsinə dəstək olaq.
2-04-2022, 20:56
Mərhum güləş ustası Teymur İsgəndərovun əziz xatirəsi böyük ehtiramla yad edildi.
14-03-2022, 01:26
Azərbaycanın siyasi sabitliyinin təminatçısı-Yeni Azərbaycan Partiyası
14-03-2022, 00:14
SON XƏBƏR: Hava Hücumundan Müdafiə Qoşunlarının ehtiyatda olan zabiti dünyasını dəyişib.
11-03-2022, 12:19
Təcrübəli vəkil Fuad Kərimov Bakı Apellyasiya Məhkəməsində hakimlərin iş yükünün ağır olması ilə bağlı öz "facebook" səhifəsində paylaşım edib.
10-03-2022, 18:31
Prezident İlham Əliyev martın 10-da Türkiyəyə rəsmi səfərə gedib.
10-03-2022, 17:59
Müdafiə Nazirliyində daha bir həbs - Mirzəyev korrupsiyada ittiham olunur
10-03-2022, 15:21
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.
6-03-2022, 18:14
Azərbaycan Ordusunun zabiti mayor Coşqun Quliyev Xocalı faciəsi ilə bağlı Türkiyədə çıxış edib. Bu barədə "Dialoq.az" xəbər agentliyinin baş redaktoru, yazıçı, jurnalist Natiq Əlisoy mətbuata məlumat verib.
4-03-2022, 18:59
Mühüm xəbər: Yazıçı, şair Natiq Əlisoy haqqında xüsusi qərar verildi, onun fəaliyyəti yüksək qiymətləndirildi.
2-03-2022, 22:16
Yazıçı, bəstəkar Elnur Baxış: Əqli mülkiyyətin oğurlanması qanunla qadağandır. şair Səfərin şeirlərinin oğurlanması yolverilməzdir.
22-02-2022, 22:51
Elnur Baxış: Mən hər zaman dostlarımla mənəvi dünyamla dostluq etmişəm!
20-02-2022, 20:51
Son xəbər: Əməkdar müəllim İlham Musaoğlu YAP Gəncə təşkilatının  sədri cənab Ramil Orucova məktub ünvanlayıb.
20-02-2022, 10:14
AMEA Naxçıvan Bölməsində “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans olub.
16-02-2022, 13:26
Yazıçı, şair, jurnalist Natiq Əlisoyun üç əsərinin professor, ədəbiyyatşünas, böyük şəxsiyyət Mir Cəlal Paşayevin adını daşıyan "Milli Elektron Kitabxana"da təqdimatı olub.
4-02-2022, 17:27
Polkovnik-leytenant İlqar Allahverdiyev: Ehtiyatda və istefada olan zabitləri dövlətdən narazı salanlar kimlərdir!
4-02-2022, 10:21
Yazıçı Elnur Baxış bu dəfə yazıçı Vüqar Əhmədi daha sərt tənqid etdi!
31-01-2022, 17:06
Son xəbər: Şair Natiq Əlisoyun "Mənim sirli dünyam" adlı yeni şeirlər kitabı çap olunub. Kitabda şairin seçilmiş əsərləri yer alıb.
30-01-2022, 00:56
Yazıçı, bəstəkar Elnur Baxış Vüqar Əhmədi ciddi tənqid edib.
13-01-2022, 21:11
Şair Natiq Əlisoyun sözlərinə yazılmış "Ali Baş Komandanım" mahnısı işıq üzü görüb
13-01-2022, 20:31
EHTİYATA VƏ İSTEFAYA BURAXILMIŞ HƏRBİ QULLUQÇULAR ALİ BAŞ KOMANDANA MÜRACİƏT ÜNVANLAYIB