EHTİYATA VƏ İSTEFAYA BURAXILMIŞ HƏRBİ QULLUQÇULAR ALİ BAŞ KOMANDANA MÜRACİƏT ÜNVANLAYIB
Gündəm
Oxunub: 6 663
13 Ock 2022 | 20:31
EHTİYATA VƏ İSTEFAYA BURAXILMIŞ HƏRBİ QULLUQÇULAR ALİ BAŞ KOMANDANA MÜRACİƏT ÜNVANLAYIB
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse prezidenti
Xanım Mehriban Əliyevaya
Surəti: Baş Nazir cənab Əli Əsədova
Surəti: Milli Məclisin sədri Sahibə xanım Qafarovaya
Surəti: Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənova
Surəti:Ədliyyə naziri cənab Fikrət Məmmədova
Surəti: Maliyyə naziri cənab Samir Şərifova
Surəti:ƏƏSMN Cənab Sahil Babayevə
Surəti:İnsan Haqqları üzrə Müvəkkil-Ombudsman Səbinə xanım Əliyevaya

EHTİYATA VƏ İSTEFAYA BURAXILMIŞ HƏRBİ QULLUQÇULAR
TƏRƏFİNDƏN

M Ü R A C İ Ə T

Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
İlk öncə Sizi - Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanını 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə bir daha təbrik edir, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və çiçəklənməsi yolunda əzmkar fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.
Cənab Prezident!
Uzun illər ərzində gəncliyini və sağlamlığını Azərbaycan dövlətinə və xalqına canla-başla xidmətə həsr etmiş, hazırda ehtiyatda və istefada olan on minlərlə hərbi qulluqçunın hüquqlarının total və kobud şəkildə pozulması halları ilə bağlı Sizə növbəti dəfə kollektiv müraciət edirik.
Belə ki, sizin də bildiyiniz kimi, hərbi qulluqçular dövlətə xidmət edən şəxslər kimi daim dövlətin qayğısı ilə əhatə olunur, onların bütün növ təminatları da dövlət tərəfindən həyata keçirilir.Biz də ehtiyata və istefaya buraxıdlıqdan sonra sonuncu vəzifə üzrə təminat xərclyinə müvafiq olaraq pensiya alırıq.
Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli şəxslərinin düşünülməmiş, məsuliyyətsiz, təhlükəli hərəkətləri nəticəsində səbrimiz sınağa çəkilir, on minlərlə ehtiyatda və istefada olan hərbi qulluqçularda dövlətə qarşı inamsızlıq yaradılmasına ciddi və sistemli şəkildə cəhdlər edilir. Biz hesab edirik ki, bu əməlləri törədən vəzifəli şəxslər cəzalandırılmalı və hüquqlarımız bərpa olunmalıdır.
Fikrimizi konkret faktlarla diqqətiniziə çatdırırıq:
1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ƏRZAQ və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün PUL KOMPENSASIYASI hüququna malikdirlər.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 8 Yanvar 2013-cü il tarixli, 2 nömrəli Qərarına əsasən ərzaq normalarının bazar dəyərinin 128 manat məbləğində müəyyən olunmasına baxmayaraq və həmin qərarın 2013-cü ilin 1 yanvarından qüvvəyə minməsinə baxmayaraq bu günədək bizə ərzaq payı əvəzinə pul kompensasiyası 128 manat əvəzinə 64 manat olaraq ödənilir. Faktiki olaraq ƏƏSMN (DSMF) Nazirlər Kabinetinin Qərarını icra etmir.
2.İkinci bir məsələ aldığımız pensiyanın indeksləşdirilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında qanun”un 26.3-cü maddəsinə əsasən, hərbi qulluqçuların əmək pensiyasına indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu qanuna əsasən hər il Sizin tərəfinizdən BÜTÜN NÖV PENSİYALARIN indeksləşdirilməsinə dair müvafiq Sərəncamlar imzalanmasına baxmayaraq ƏƏSMN (DSMF) müəmmalı şəkildə bizim pensiyaları yenidən hesablamır. Sual olunur ki, bizim aldığımız pensiya Azərbaycan manatı ilə ödənilmir? Həmin pul vəsaiti inflyasiyaya uğramır? İstehlak qiymətlərinin artması bizim dolanışığımıza təsir etmir? Sizin sərəncamlarınızda BÜTÜN NÖV əmək pensiyalarının indeksləşdirilməsi barədə tapşırıq verildiyi halda bizim pensiyalarımız niyə indeksləşdirilərək yenidən hesablanmır? Göründüyü kimi bu işdə də ƏƏSMN (DSMF) özbaşınalıq edir;
3.Ən nəhayət ƏƏSMN (DSMF) sonuncu vəzifə maaşı üzrə təminat xərcliyində dəyişikliklər baş verdikdə pensiyamızı yenidən hesablamaqdan imtina edir. Həmin nazirliyin əməkdaşları qanunun tələblərini özlərinin başa düşdüyü şəkildə yozaraq on minlərlə hərbi pensiyaçını dövlətdən narazı salırlar. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Sizin imzaladığınız 23 dekabr 2021-ci il tarixli Fərmanını ƏƏSMN (DSMF) bizə aid etmək istəmir. Həmin nazirliyə edilən rəsmi sorğulara isə mücərrəd, heç kimin başa düşmədiyi, məntiqsiz, ən əsası isə qanunsuz cavablar verirlər. Bizə bildirilir ki, bəs həmin Fərmanda qeyd olunun 20% əlavə hərbi pensiyaçıların təminat xərcliyində nəzərdə tutulmayıb, ona görə də pensiyaya hesablanmayacaq. Əvvələ, hərbi pensiya alan şəxslərin təminat xərcliyi adlı məfhum yoxdur.”Əmək pensiayaları haqqında” qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
İkincisi, həmin qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) AYLIQ VƏZIFƏ MAAŞINDAN, rütbə maaşından, xidmət illərinə görə ƏLAVƏDƏN, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan DIGƏR ƏLAVƏLƏRDƏN (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
Həmin qanunun 29.2-ci maddəsinə əsasən, hərbi qulluqçuların tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.
İndi də cənablar bizə başa salmaq istəyirlər ki, bəs Sizin Fərmanınızda qeyd olunmuş 20% əlavə təminat xərcliyimizə daxil deyilmiş (?). Təminat xərcliyinə daxil deyilsə bəs hara daxildir?Bizə izah etməyə çalışırlar ki, bu artım deyil əlavə imiş. Halbuki adı çəkilən qanunda təminat xərcliyinin tərkibində həm də digər əlavələr də nəzərdə tutulmuşdur. Görünən odur ki, bu Fərmanın mətnini hazırlamış şəxslər əvvəlcədən və bilərəkdən sözlərlə oynayaraq bu günkü əcaib vəziyyəti yaratmışlar. Nə sovet dövründə, nə də 30 illik müstəqillik dövründə belə bir qanunsuz və biabırçı bir hala rast gəlinməmişdir. Bəlkə bu adamlar fikirləşirlər ki, müharibə bitdi deyə hərbi pensiyaçıların pensiyasını kəsib - doğramaq olar? Bu adamlar faktiki olaraq on minlərlə hərbi pensiyaçının dövlətdən narazı salınmasına yönəlmiş çox təhlükəli bir oyun oynayırlar. Əslində isə biz hesab edirik ki, bu dövlətin kötüyünə balta çalmaqdır, dövlətə qarşı sabotajdır və şəxsən Sizə qarşı təxribatdır.
Cənab Prezident!
Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik ki, ƏƏSMN (DSMF) ciddi şəkildə tapşırılsın ki, ehtiyata və ya istefaya buraxılmış on minlərlə hərbi qulluqçunun dövlətdən narazl salınmasına yönəlmiş, cəmiyyətdə süni gərginlik yaradılmasına, hərbi peşənin prestijinin aşağı düşməsinə yönəlmiş təhlükəli və düşünülməmiş hərəkətlərə son qoyulsun, ərzaq payı əvəzinə ödənilən kompensasiya Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi 1 yanvar 2013-cü ildən 128 manat olmaqla hesablanaraq ödənilsin, pensiyalarımız hər il qanuna və Sizin Sərəncamlarınıza əsasən indeksləşdirilərək yenidən hesablansın, Sizin 23 dekabr 2021-ci il tarixli Fərmanınıza əsasən vəzifə maaşına edilmiş 20% əlavə pensiyalarımıza hesablanaraq ödənilsin.
Son olaraq onu da xüsusilə qeyd edirik ki, bu adamların ciddi - cəhdlə çalışaraq bizi dövlətdən küsdürməyə çalışmalarına baxmayaraq hər zaman olduğu kimi bundan sonra da Azərbaycan dövlətçiliyinin yanındayıq!
Ona görə də inanırırq ki, Sizin müdaxilənizdən sonra məsələ müsbət şəkildə həll olunacaqdır.
Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk!
İmza: Ehtiyatda və istefada olan hərbi qulluqçular.
10 yanvar 2022-ci il
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 20:21
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dün, 19:58
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Dün, 15:04
Rusiyadan atasının yasına gəldi və həbs olundu! Hələ ki, səbəblər məlum deyil...
16-04-2024, 13:17
Millət vəkilindən Əli Kərimliyə siyasi dərs: "Görün o nə qədər başı boş adamdır. O, şarlatandır". - VİDEO
16-04-2024, 10:09
SON DƏQİQƏ! Daxili İşlər Nazirliyinin əməkdaşları silah-sursat aşkar edib. - VİDEO
13-04-2024, 00:02
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. - VİDEO
12-04-2024, 21:50
Bakıda mənzil dələduzluğu aşkar edilib. - VİDEO
12-04-2024, 13:11
Bərdədə narkotiklə bağlı növbəti əməliyyat keçirilib. Bərdə şəhər sakini yaxalanıb
9-04-2024, 22:06
Yevlax rayonunda bayram namazı bu saatda qılınacaq. - AÇIQLAMA
9-04-2024, 09:55
Beyləqanda əməliyyat keçirilib. 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
8-04-2024, 18:43
Yevlax-Bərdə yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada müxtəlif növ ağaclar əkilib
8-04-2024, 16:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası xəsarət almış xəstələrlə bağlı açıqlama verib
8-04-2024, 15:31
Yevlaxda ölümlə nəticələnən cinayət hadisəsi baş verib
8-04-2024, 00:07
Daha bir hərbçimiz VƏFAT ETDİ – Buna görə…
7-04-2024, 20:38
Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat etdi
7-04-2024, 13:25
SON DƏQİQƏ: Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib, yaralılar var. VİDEO
7-04-2024, 00:58
Təhsil müəssisələrində dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsinə başlanılıb.
6-04-2024, 21:24
Bu tarixlərdə məktəblərdə dərs olmayacaq
6-04-2024, 21:11
Müəllimlərin sertifikasiyası ilə bağlı YENİ QƏRAR
6-04-2024, 19:26
Yevlaxda korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir
6-04-2024, 14:28
SON XƏBƏR: Yevlaxda yoxlamaların nəticələrinə əsasən vəzifəli şəxs tutduğu vəzifədən azad edilib
5-04-2024, 23:47
Autizm sindromundan əziyyət çəkənlər üçün vacib xəbər. Seminarda nələr müzakirə edilib?
5-04-2024, 23:20
SON DƏQİQƏ: Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib
4-04-2024, 20:52
Yevlax Şəhər İcra Hakimiyyətində növbəti komissiya iclası keçirilib
4-04-2024, 19:01
Yevlax Rayon Heydər Əliyev Mərkəzində "BÖYÜK ZƏFƏRİN BAŞLANĞICI" adlı tədbir keçirilib
4-04-2024, 18:30
Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbdə qazilərlə görüş keçirilib
3-04-2024, 15:13
Yevlax şəhərində suların uzunmüddətli kəsilməsinin səbəbləri bəlli olub. Borularda tıxanmanın aradan qaldırılması istiqamətində işlər aparılır