Nəsirəddin Tusi
Dünya
Oxunub: 451
13 Ock 2021 | 17:40
Nəsirəddin Tusi

Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il cümə günü 17 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır



İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.

Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaq-i Nasiri" əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən Ələmut qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladığı məşhur "Şərh əl-İşarat" (Əbu Əli ibn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi".

1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan Ələmut qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Tusini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.

Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları "elxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Tusi Marağa rəsədxanasının tikintisinə başlayır.

Tusi 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Bağdad yaxınlığındakı Kazımeyn şəhərində, Kazımiyyə məscidində şiələrin 7-ci imamı İmam Museyi-Kazımla onun nəvəsi, on iki imam şiələrinin 9-cu imamı İmam Məhəmməd Təqinin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur (qəribədir ki, sərdabə 17 fevral 1201-ci ildə (11 cumadəl ulə 597-də) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb)

Milli mənsubiyyəti


Nəsirəddin Tusinin milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar məsələ hər zaman aktualdır. Nəsirəddin Tusinin şagirdi və davamçısı İbn əl-Füvətinin (1244-1326) “Ləqəblər lüğətində xəbərlər məcmuəsinin xülasəsi” adlı çoxcildli əsərində göstərdiyi bir fakt onun milli mənsubiyyətinin fars mənşəli olmasının sübutu üçün xüsusi əhəmiyyət daşısa da, daha bir çox faktlar onun azərbaycanlı olduğunu sübut edir[14]

Qeyd etmək lazımdır ki, 1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşmüş, 1261-ci (659-cu) ilin əvvəllərindən Nəsirəddin Tusinin yanında yaşamışdır.


İbn əl-Füvəti yazmışdır ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Marağayi ilə görüşüb, ona belə bir tapşırıq vermişdir: Ərbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Marağayi 500-ə qədər ailəni geri qaytara bilmişdi. Bu, Nəsirəddin Tusinin öz azərbaycanlı həmvətənlərinə dərin məhəbbət hissini ifadə edir


Nəsirəddin Tusi


Əsərləri



Əsər cəmi 101 ədəddir.

Şərh əl-İşarat (20 ildə hazırlanmış)
Şəkl ül-Qita (Tam dördtərəfli haqqında traktat)
Zic-Elxani (Elxani astronomik cədvəli)
Təcrid əl-Əqaid (Əqidənin təcridi)[23]
Təcrid əl-Kəlam (Kəlamın təcridi)
Təcrid əl-Məntiq[24]
Təhrir-i Öqlidis (Evklidin şərhi)
Təhrir əl-Məcəsti
Əsas əl-İqtibas (İqtibasın əsası)
Meyar əl-Əşar (Şeirlərin meyarı)
Əxlaq-i Nasiri (1235)
Əsilətun- Nəsiriyyə
Övsaf-ül Əşraf
Risalə fil-İmamə (İmamətə dair traktat)
Cəbr və qədər (Cəbr və ixtiyar risaləsi)
Cələul-Hesab (Taxta və qum vasitəsilə hesablama)
Həll əl-Müşkilat (Problemlərin həlli)


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 13:46
Milli Məclisin deputatı İlham Məmmədov Mədəniyyət sahəsində çalışan işçilərlə görüşüb keçirib
Bugün, 13:30
Əməkdar artist Cavanşir Məmmədov nədən dünyasını dəyişib?
Dün, 20:21
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dün, 19:58
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Dün, 15:04
Rusiyadan atasının yasına gəldi və həbs olundu! Hələ ki, səbəblər məlum deyil...
16-04-2024, 13:17
Millət vəkilindən Əli Kərimliyə siyasi dərs: "Görün o nə qədər başı boş adamdır. O, şarlatandır". - VİDEO
16-04-2024, 10:09
SON DƏQİQƏ! Daxili İşlər Nazirliyinin əməkdaşları silah-sursat aşkar edib. - VİDEO
13-04-2024, 00:02
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. - VİDEO
12-04-2024, 21:50
Bakıda mənzil dələduzluğu aşkar edilib. - VİDEO
12-04-2024, 13:11
Bərdədə narkotiklə bağlı növbəti əməliyyat keçirilib. Bərdə şəhər sakini yaxalanıb
9-04-2024, 22:06
Yevlax rayonunda bayram namazı bu saatda qılınacaq. - AÇIQLAMA
9-04-2024, 09:55
Beyləqanda əməliyyat keçirilib. 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
8-04-2024, 18:43
Yevlax-Bərdə yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada müxtəlif növ ağaclar əkilib
8-04-2024, 16:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası xəsarət almış xəstələrlə bağlı açıqlama verib
8-04-2024, 15:31
Yevlaxda ölümlə nəticələnən cinayət hadisəsi baş verib
8-04-2024, 00:07
Daha bir hərbçimiz VƏFAT ETDİ – Buna görə…
7-04-2024, 20:38
Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat etdi
7-04-2024, 13:25
SON DƏQİQƏ: Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib, yaralılar var. VİDEO
7-04-2024, 00:58
Təhsil müəssisələrində dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsinə başlanılıb.
6-04-2024, 21:24
Bu tarixlərdə məktəblərdə dərs olmayacaq
6-04-2024, 21:11
Müəllimlərin sertifikasiyası ilə bağlı YENİ QƏRAR
6-04-2024, 19:26
Yevlaxda korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir
6-04-2024, 14:28
SON XƏBƏR: Yevlaxda yoxlamaların nəticələrinə əsasən vəzifəli şəxs tutduğu vəzifədən azad edilib
5-04-2024, 23:47
Autizm sindromundan əziyyət çəkənlər üçün vacib xəbər. Seminarda nələr müzakirə edilib?
5-04-2024, 23:20
SON DƏQİQƏ: Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib
4-04-2024, 20:52
Yevlax Şəhər İcra Hakimiyyətində növbəti komissiya iclası keçirilib
4-04-2024, 19:01
Yevlax Rayon Heydər Əliyev Mərkəzində "BÖYÜK ZƏFƏRİN BAŞLANĞICI" adlı tədbir keçirilib