Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
Araşdırma
Oxunub: 978
23 Ock 2023 | 00:54
Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
Naxçıvanda zabit kimi 6 il xidmət müddətim bitmişdi. MN-nin müvafiq əmrinə əsasən kadr siyasəti konsepsiyasına uyğun mənim xidmət yerim Naxçıvandan Azərbaycanın digər bölgələrinə dəyişdirilməli idi. Lakin bu işin monopoliyasına şəxsən Nəcməddin Sadıqovla Kərəm Mustafayev özü baxırdı. Belə ki, bütün yerdəyişmələr K.Mustafayevin təqdimatı, keçmiş Baş Qərargah Rəisi Nəcməddin Sadıqovun əmri ilə reallaşırdı. Onu da qısa qeyd edim ki, Azərbaycan Respublikası MN-nin zabitlərin yerdəyişməsi (rotasiyası) haqqında müvafiq əmrinə əsasən istənilən zabiti ümumi qaydada yerdəyişməyə (rotasiyaya) cəlb etmək üçün həmin zabit ən azı bir birlikdə (korpusda) ən azı 6 il xidmət etməli idi. Lakin buna baxmayaraq Kərəm Mustafayev nədənsə 15-20 il xidmət etmiş zabitləri yox, 2-3 il xidmət etmiş zabitləri yerdəyişmə (rotasiya) planına salırdı. Burada bir maraq var. Düzdür, mən deyə bilmərəm ki, o zabitlər pul ilə yerdəyişməyə cəlb edilirdi. Ancaq, hər halda burada böyük şübhələr və əsaslar var. Mən bu halı görüb Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən komanda üzrə Azərbaycan Respublikası Müdafiə Naziri də daxil olmaqla raport yazdım. Raport yazmağıma baxmayaraq raportlarımın heç birinə cavab verilmədi. Hər kəs bilirdi ki, bu məsələdə Kərəm Mustafayevin marağı var. Dost-yoldaşlar sözarası mənə deyirdilər ki, sən çox böyük məsələyə baş vurmusan, "səni yox edəcəklər", bu bir biznesdir. Mən heç kimin sözünə baxmadım, sonda Naxçıvan İnzibati Məhkəməsinə (hakim Səxavət Novruzov) inzibati qaydada müraciət etdim.

Hərbi qulluqçuların statusu haqqında
Azərbaycan Respublikasının Qanunu:
M a d d ə 22. Təklif, ərizə və şikayət hüququ
1.   Hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər.

Ümumilikdə 17 dəfə məhkəmə keçirildi , 2 dəfə apellyasiya, 1 dəfə kassasiya şikayəti verdim, hətta apellyasiyanın birini tam qələbə ilə uddum. Çox böyük təzyiqlərə məruz qaldım, bütün hüquqlarım əlimdən alındı ancaq, Kərəm Mustafayevin diktəsi və təzyiqi ilə iddiam təmin edilmədi. Nəhayət mən məcbur qalıb ehtiyata çıxdım. Mənimlə bərabər onlarla zabit eyni addımı atdı.

İndi isə mənim bir neçə sualım var və istəyirəm bu suallara şəxsən Kərəm Mustafayev cavab versin:

1. Nə üçün Müdafiə Nazirinin rotasiya ilə bağlı əmri Naxçıvanda illərdi ki, icra edilmir və Kərəm Mustafayev bu günə kimi bu əmri saymır?

2. Naxçıvanda 2-3 il xidmət etmiş zabitləri necə, hansı əsaslarla, kimin xahişi ilə və nəyin qarşılığında yerdəyişməyə (rotasiyaya) cəlb edirdi? Onların qara qaşına, qara gözünə aşiq olmuşdu?

3. Nə üçün Naxçıvanda təcrübəli zabitlər ordu sıralarından tərxis olmağa məcbur edilib, bunun arxasında nə durur, bu kimlərin sifarişidir?!

Nəticə: Bu gün ordu sıralarından tərxis olan zabitlər isti evlərində oturub xidmətdə aldıqları məvacib qədər və hələ ondan da çox pensiya alırlar. Olmazdı ki, onlar hələ də ordu sıralarında xidmət edib dövlətə fayda verərdi? Onların əksəriyyətinin 40-45 yaşı var. Belə baxanda onların itirdikləri heçnə yoxdur. Ancaq, burada itirən və zərbə görən dövlətdir. Bunların biri pis oldu, ikisi pis oldu, hamısı pis idi? Bəs pis idisə onda onlar o rütbələrə necə çatıblar? Heç kimdə sual yaranmır ki, bunları edənlər kimlərdir? Bəli, bunu edən Kərəm Mustafayev kimi şəxslərdir. Onlar öz biznesini və mənafeyini güdürlər. Ordunu qurub yaradan insanları bu və ya digər yollarla ordudan bezdirib tərxis olmağa məcbur edirlər. Nə var, nə var Kərəm deyən olmalıdır! Kərəmin sözü yerə düşməməlidir! İndi siz qiymət verin bu dövlətə düşmən kəsilən kimdir? Bu işlərin arxasında hansı qüvvələr dayanır? Bəlkə bu bir sifarişdir? Düşünürəm ki, DTX bu sualları araşdırmalıdır. Bu çox ciddi məsələdir!

Natiq Əlisoy

Dialoq.Az
Bugün, 01:14
Onlar özlərini qorxularından gizlədirlər? Gizli trollar kimlərdir?
24-01-2023, 14:53
DTX Kərəm Mustafayevi yoxlamağa başlayıb.
23-01-2023, 00:54
Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
21-01-2023, 20:58
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
18-01-2023, 23:13
DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
16-01-2023, 20:16
"AvtoNat.Az" avtomobil saytından hərbçilərə, şəhid ailələri və qazilərə xüsusi güzəşt.
14-01-2023, 23:44
Hərbi ekspert Natiq Əlisoy: Gələcəyin əmək pensiyaçıları kimlər olacaq?
12-01-2023, 17:09
Yevlaxda qətlə yetirilən həkimin qatilləri tapıldı.
28-12-2022, 23:00
Kərəm Mustafayev bu addımı ilə nə demək istəyir? O, Naxçıvanın yeni rəhbərliyinə nə üçün hörmətsizlik etdi?
25-12-2022, 12:54
Bu gün zabitlərin "Avropa İnsan Hüquqları Məhkəməsi"nə üz tutmasının səbəbi nədir? Bunu kimlər və nə üçün edir?
24-12-2022, 23:50
Naxçıvanda görün zabitə nə diaqnoz qoyulub! Naxçıvan səhiyyəsindən zabitlərə qarşı növbəti şok!
23-12-2022, 18:43
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
20-12-2022, 20:35
Diqqət! Hərbi ekspertdən ciddi açıqlama. Hər cür hadisə baş verə bilər!
5-12-2022, 13:12
AvtoNat! Azərbaycanda avtomobillərin yeni alqı-satqı ofisi fəaliyyətə başladı! Biz yeni olsaq da, yeniliklərimiz Sizləri heyrətləndirəcək! AvtoNat, bizimlə ol rahat!
26-11-2022, 23:45
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi???
25-11-2022, 15:55
DTX Naxçıvanda həbslərə BAŞLADI
18-11-2022, 20:13
Yevlaxda şok hadisə! 5 yaşlı Mehinin əsgərə yazdığı məktub görün hardan çıxıb!
4-11-2022, 19:41
Bakı şəhər 116 nömrəli məktəb 3(c) sinfindən qürurverici görüntülər. Bu görüntülər bütün məktəblər üçün nümunə ola bilər!
21-10-2022, 20:22
Yazıçı Aydın Xan Əbilov, yazıçı Natiq Əlisoy və yazıçı Nurəddin Ədiloğlu ilə nəyi müzakirə etdi? Gərgin ədəbi müzakirənin hədəfi nə oldu? Erməni yazıçıları nə üçün tənqid olundu? Ətraflı videoda
18-10-2022, 17:45
Polkovnik-leytenant Vaqif Qurbanovun araşdırması. O, Füzuli rayonunun tarixi haqqında danışdı.
13-10-2022, 17:38
“Zəfərnamə”, "Qələbə" mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi
9-10-2022, 11:59
Bakı şəhərində su sayğacları nə üçün oğurlanır? Oğrular oğurluğu hansı saatlarda edirlər?
7-10-2022, 13:41
Yevlax şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Qəhrəman Məmmədov növbəti dəfə mükafatlandırılıb.
4-10-2022, 22:48
112 saylı orta məktəbdə baş verən biabırçılıqla bağlı sizcə kim cəzalanmalıdır?
1-10-2022, 13:52
Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!
29-09-2022, 17:06
Bu məlumatı Şəhid ailələri, Qazilər və Hərbçilər mütləq oxusun.
29-09-2022, 14:53
Gənc şair Süleyman Hüseynzadə Vətən müharibəsi iştirakçısıdır. Onun yazdığı şeirdən Vətən qoxusu gəlir... Gəlin tanıyaq və tanıdaq!