Hərbi ekspert Natiq Əlisoy: Gələcəyin əmək pensiyaçıları kimlər olacaq?
Araşdırma
Oxunub: 615
14 Ock 2023 | 23:44
Hərbi ekspert Natiq Əlisoy: Gələcəyin əmək pensiyaçıları kimlər olacaq?
Hərbi qulluqçuları "Əmək pensiyaçısı" kimi ehtiyata və ya istefaya göndərmək kökündən səhv qərardır. Bu qərarı dövlətə təklif edənlərin Azərbaycanlı olub olmamasını biz sübut edə bilməsək də tarix özü sübut edəcək. Onda isə gec olacaq! "Hərbi qulluqçuların pensiya təminatı haqqında qanun"u ləğv edib yeni "Əmək pensiyası haqqında qanun"u hərbi qulluqçuların üzərində tətbiq etmək hərbi qulluqçuların hüquqlarını pozmaqla bərabər onlara ağır zərbə və təhqirdir. Bundan əlavə qeyd etməliyəm ki, bu addımın atılması ölkənin gələcək müdafiə qabiliyyətinə böyük mənfi təsir edəcəkdir.
Hərbi ekspert Natiq Əlisoy: Gələcəyin əmək pensiyaçıları kimlər olacaq?
"Təsəvvür edin ki, bu gün 14 yaşında gənc bir oğlan gələcəyin zabiti olmaq üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olacaq, 7 il ağır kursant həyatı yaşayacaq, 20-25 il dağlarda, səngərlərdə canını qoyacaq, xeyir-şər, ailə-uşaq, dost-tanış üzü görməyəcək, bir neçə xəstəlik tapacaq, bütün olmazlara sinə gərəcək, Vətən deyib düşmənlə üz-üzə xidmət aparacaq və sonda əmək pensiyaçısı olacaq". Bəs onda o zabitin adi bir kolxozçu ilə nə fərqi olacaq ki?
Bütün həyatı olmazlar içində keçən hərbçini sonda bu cür "mükafatlandırmaq" düzgündürmü? Biz gələcək nəsillərə nəyi aşılayırıq?

Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu:

Maddə 23.  Hərbi xidmətlə əlaqədar olaraq hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması
Hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır:
a)   hərbi qulluqçuların tətil hüququ yoxdur;
b)   hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər;
v)   hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır;
q)   Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər;
ğ) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas təhsil müəssisələrində təhsil almasına icazə verilmir; 
d)   hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır;
e)   hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır.
2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının məzuniyyəti onların hauptvaxtda olduğu günlərin sayı qədər qısaldıla bilər. 
3. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.

İndi belə çıxır ki, hərbi qulluqçular xidmətdə olarkən kolxozçu kimi istədiyi vaxtı müdirinə acığı tutanda kolxozçu lapatkasını tullayıb getdiyi kimi hərbçi də silahını atıb, hələ üstəlik bir təpik də vurub getməlidir? Axı o yeni qanunla kolxozçu ilə eyni tutulur.

Təsəvvür edin:
1. Komandirin sənə əmr edir ki, yanıma qaçaraq marş, sən də deyirsən mən qaça bilmirəm, sən kimsən ki, mənə deyirsən qaçaraq gəl?;
2. Komandirin əmr edir ki, döyüşə, sən də deyirsən bu gün yorulmuşam səhər gedərəm;
3. Komandirin sənə əmr edir ki, qarşımda farağatda dur, sən də deyirsən ki, buna sənin ixtiyarın yoxdur:
4. Təsəvvür edin ki, komandirinə deyirsən ki, mən gedirəm Fransaya gəzməyə o da deyir olmaz, sən də gedirsən;
5. Təsəvvür edin ki, bizneslə (alverlə) məşğulsan komandirin deyir olmaz, sən də gedib kartof-soğan satırsan və s.

Dəhşət! Bilirsiniz məsələnin mahiyyəti nədən ibarətdir? Hərbçi olmadan bunları dərk etmək çətindir. Hərbçi bilmirəm, bacarmıram, istəmirəm, xoşum gəlmir, mən belə istəyirəm, yorulmuşam, hava soyuqdur, bu gün toya gedəcəm, mənim yuxum gəlir və s. ifadələri işlədə bilməz. Hərbçi həyatının digər peşə sahiblərinin həyatı ilə fərqi ondadır ki, hərbçilər heç vaxt mənim bu peşədən xoşum gəlmir deyib əlini-qolunu sallaya-sallaya istədiyi vaxtı işindən uzaqlaşıb imtina edə bilməz! Ancaq, digər peşə sahibləri istədiyi vaxt ərizəsini yazıb gedib başqa sahədə çalışa bilər. Odur ki, yaşlandığı vaxt hərbçini adi kolxozçu kimi qiymətləndirmək, ona bu cür dəyər vermək ədalətsizlik və haqsızlıqdır. Hərbçi əmək pensiyaçısı ola bilməz! Hərbçilər üçün həmişə olduğu kimi ayrıca pensiya təminatı haqqında qanun olmalıdır və o qanunda hərbçilərin pensiya təminatı ən yüksək səviyyədə əhatələnməlidir. Bir sözlə elə etmək lazımdır ki, 3-5 ildən sonra gənc nəsillər zabit olmağa nifrət etməsinlər.

Hərbi ekspert Natiq Əlisoy

Dialoq.az
Bugün, 01:14
Onlar özlərini qorxularından gizlədirlər? Gizli trollar kimlərdir?
24-01-2023, 14:53
DTX Kərəm Mustafayevi yoxlamağa başlayıb.
23-01-2023, 00:54
Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
21-01-2023, 20:58
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
18-01-2023, 23:13
DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
16-01-2023, 20:16
"AvtoNat.Az" avtomobil saytından hərbçilərə, şəhid ailələri və qazilərə xüsusi güzəşt.
14-01-2023, 23:44
Hərbi ekspert Natiq Əlisoy: Gələcəyin əmək pensiyaçıları kimlər olacaq?
12-01-2023, 17:09
Yevlaxda qətlə yetirilən həkimin qatilləri tapıldı.
28-12-2022, 23:00
Kərəm Mustafayev bu addımı ilə nə demək istəyir? O, Naxçıvanın yeni rəhbərliyinə nə üçün hörmətsizlik etdi?
25-12-2022, 12:54
Bu gün zabitlərin "Avropa İnsan Hüquqları Məhkəməsi"nə üz tutmasının səbəbi nədir? Bunu kimlər və nə üçün edir?
24-12-2022, 23:50
Naxçıvanda görün zabitə nə diaqnoz qoyulub! Naxçıvan səhiyyəsindən zabitlərə qarşı növbəti şok!
23-12-2022, 18:43
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
20-12-2022, 20:35
Diqqət! Hərbi ekspertdən ciddi açıqlama. Hər cür hadisə baş verə bilər!
5-12-2022, 13:12
AvtoNat! Azərbaycanda avtomobillərin yeni alqı-satqı ofisi fəaliyyətə başladı! Biz yeni olsaq da, yeniliklərimiz Sizləri heyrətləndirəcək! AvtoNat, bizimlə ol rahat!
26-11-2022, 23:45
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi???
25-11-2022, 15:55
DTX Naxçıvanda həbslərə BAŞLADI
18-11-2022, 20:13
Yevlaxda şok hadisə! 5 yaşlı Mehinin əsgərə yazdığı məktub görün hardan çıxıb!
4-11-2022, 19:41
Bakı şəhər 116 nömrəli məktəb 3(c) sinfindən qürurverici görüntülər. Bu görüntülər bütün məktəblər üçün nümunə ola bilər!
21-10-2022, 20:22
Yazıçı Aydın Xan Əbilov, yazıçı Natiq Əlisoy və yazıçı Nurəddin Ədiloğlu ilə nəyi müzakirə etdi? Gərgin ədəbi müzakirənin hədəfi nə oldu? Erməni yazıçıları nə üçün tənqid olundu? Ətraflı videoda
18-10-2022, 17:45
Polkovnik-leytenant Vaqif Qurbanovun araşdırması. O, Füzuli rayonunun tarixi haqqında danışdı.
13-10-2022, 17:38
“Zəfərnamə”, "Qələbə" mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi
9-10-2022, 11:59
Bakı şəhərində su sayğacları nə üçün oğurlanır? Oğrular oğurluğu hansı saatlarda edirlər?
7-10-2022, 13:41
Yevlax şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Qəhrəman Məmmədov növbəti dəfə mükafatlandırılıb.
4-10-2022, 22:48
112 saylı orta məktəbdə baş verən biabırçılıqla bağlı sizcə kim cəzalanmalıdır?
1-10-2022, 13:52
Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!
29-09-2022, 17:06
Bu məlumatı Şəhid ailələri, Qazilər və Hərbçilər mütləq oxusun.
29-09-2022, 14:53
Gənc şair Süleyman Hüseynzadə Vətən müharibəsi iştirakçısıdır. Onun yazdığı şeirdən Vətən qoxusu gəlir... Gəlin tanıyaq və tanıdaq!