Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi???
Araşdırma
Oxunub: 840
26 Kas 2022 | 23:45
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi???
Uzun illər idi ki, Naxçıvanda zabit kimi xidmət edirdim. Müvafiq qanunlara uyğun xidmət yerimin dəyişdirilməsi üçün bütün komandir və rəislərimə raportla müraciət etdim. Bu mənim hüququm idi. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən hər bir zabitin xidmət yeri 6 ildən bir planlı şəkildə birliklərarası dəyişdirilməli idi. Lakin, bu proses Naxçıvan MR-da uzun illərdir ki, yerinə yetirilmir. Buna səbəb isə Naxçıvan hərbi birləşməsinin birbaşa rəhbərliyidir. Uzun illərdir ki, bu məsələ məqsədli şəkildə manipulyasiya edilir. Sözügedən məsələnin konfidensiallığını qorumaq məqsədi ilə qapalı şəkildə saysız-hesabsız müraciətlər, xahişlər etsəm də əhəmiyyəti olmadı. Müraciətlərim bu günəcən hələ də cavabsız qalıb. Vətən, millət naminə hər şeyə dözdüm, zabit qürurumu endirmədim. Bütün müraciət vasitələrim bitdikdən sonra Naxçıvan İnzibati Məhkəməsinə müraciət etdim. İş icraata qəbul olundu (hakim Səxavət Novruzov). O gündən ağrılı-acılı günlərim başladı. Bilmədim zabit kimi xidmət edim, yoxsa məhkəmələrdə qarşılaşdığım haqsızlıqlara dözüm. Xülasə, ümumilikdə 17 dəfə səhnələşdirilmiş məhkəmə keçdim, onlarla təzyiqlərə məruz qaldım, mənə çatmalı olan küllü miqdarda halalca məvaciblərim kəsildi, təqib olundum, bütün imtiyazlarım əlimdən alındı, mənə qarşı olan bütün sənədlər saxtalaşdırıldı, sonda hakim Səxavət Novruzov qərəzli olaraq iddiamı təmin etmədi. Sual oluna bilər ki, iddian nə olub? İddiam: Bir hərbi birlikdə 6 ildən çox xidmət etdiyim üçün xidmət yerimin başqa birliklərə dəyişdirilməsini istəyirdim. Mənə  müxtəlif bəhanələrlə bildirilirdi ki, guya yerdəyişmələr dayandırılıb ancaq, gündə bir zabitin xidmət yeri dəyişdirilirdi. Maraqlı sualdır! Nəticədə Naxçıvan Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasassiya şikayəti verdim. İş icraata qəbul edildi (Hakimlər Fərman Abbasov, İlqar Mirzəyev, Əhliman Xıdırov). İşə tam ədalətli şəkildə baxıldı və hakim Səxavət Novruzovun çıxartdığı qərarın tam çılpaqlığı ilə qanunsuz olması təsdiq edildi (24.06. 2021-ci il 2-1(108)-17/2021 nömrəli qərardad), qərar qanunsuz hesab edilib ləğv edildi və yenidən düzgün baxılması üçün hakim Səxavət Novruzovun icraatına göndərildi. Dəhşətli anlar da elə ondan sonra başladı. Sanki məndən qisas alırlar kimi işi nə cür pozdularsa, nə cür danışdılarsa, nə alıb-verdilərsə bilmədim, iş Bakı Ali Məhkəməsinin İbzibati Kollegiyasına kimi gəlsə də sözün əsl mənasında uşaqlığını, gəncliyini, bütöv həyatını hərb peşəsinə qurban verən bir zabitin hüquqları taptalana-taptalana getdi. Nəhayət, mən 20 il xidmətim bitən kimi ordu sıralarından tərxis olmağa məcbur oldum. Hansı ki, mən hələ ordu sıralarında bir neçə il xidmət etmək istəyən zabitlərdən idim. Təəssüf, buna imkan vermədilər! Bir zabitin zorla ordu sıralarından kənarlaşdırılmasında xidməti olan şəxslərin kimə xidmət etməsini isə mən özü də bilmirəm...! Səhhətimdə ciddi problemlər yarandı, bütün kariyeram pozuldu. Maraqlısı isə o idi ki, sözügedən hadisələr general-polkovnik Kərəm Mustafayevin gözləri önündə gedirdi. Susqunluq, susqunluq, susqunluq! Araşdırılsa hər sözün altından yaza bilmədiyim və Vətən naminə yazmaq istəmədiyim nələr çıxacaqsa onu yenə də dövlətimiz və dövlətimizin təhlükəsizliyini qoruyan şəxslər bilər! Ancaq, mən bunu Azərbaycan zabitinə qarşı qatı və tarixi cinayət hesab edirəm! Vətən sağolsun!

Natiq Əlisoy

Dialoq.Az
Bugün, 01:14
Onlar özlərini qorxularından gizlədirlər? Gizli trollar kimlərdir?
24-01-2023, 14:53
DTX Kərəm Mustafayevi yoxlamağa başlayıb.
23-01-2023, 00:54
Mənə dedilər Kərəm Mustafayev səni yox elətdirəcək...
21-01-2023, 20:58
Kərəm Mustafayevin qorxusundan Müdafiə Nazirliyi zabitlərin müraciətlərinə baxmır.
18-01-2023, 23:13
DTX Kərəm Mustafayevi araşdırmaq istəsə ehtiyatda olan zabitləri danışdırmalıdır. O zaman bütün həqiqətlər ortaya çıxacaq.
16-01-2023, 20:16
"AvtoNat.Az" avtomobil saytından hərbçilərə, şəhid ailələri və qazilərə xüsusi güzəşt.
14-01-2023, 23:44
Hərbi ekspert Natiq Əlisoy: Gələcəyin əmək pensiyaçıları kimlər olacaq?
12-01-2023, 17:09
Yevlaxda qətlə yetirilən həkimin qatilləri tapıldı.
28-12-2022, 23:00
Kərəm Mustafayev bu addımı ilə nə demək istəyir? O, Naxçıvanın yeni rəhbərliyinə nə üçün hörmətsizlik etdi?
25-12-2022, 12:54
Bu gün zabitlərin "Avropa İnsan Hüquqları Məhkəməsi"nə üz tutmasının səbəbi nədir? Bunu kimlər və nə üçün edir?
24-12-2022, 23:50
Naxçıvanda görün zabitə nə diaqnoz qoyulub! Naxçıvan səhiyyəsindən zabitlərə qarşı növbəti şok!
23-12-2022, 18:43
Naxçıvanda zabitlərin qanuni hüquqlarını təmin etməyən hakim yuxarı vəzifəyə təyin edilib.
20-12-2022, 20:35
Diqqət! Hərbi ekspertdən ciddi açıqlama. Hər cür hadisə baş verə bilər!
5-12-2022, 13:12
AvtoNat! Azərbaycanda avtomobillərin yeni alqı-satqı ofisi fəaliyyətə başladı! Biz yeni olsaq da, yeniliklərimiz Sizləri heyrətləndirəcək! AvtoNat, bizimlə ol rahat!
26-11-2022, 23:45
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi???
25-11-2022, 15:55
DTX Naxçıvanda həbslərə BAŞLADI
18-11-2022, 20:13
Yevlaxda şok hadisə! 5 yaşlı Mehinin əsgərə yazdığı məktub görün hardan çıxıb!
4-11-2022, 19:41
Bakı şəhər 116 nömrəli məktəb 3(c) sinfindən qürurverici görüntülər. Bu görüntülər bütün məktəblər üçün nümunə ola bilər!
21-10-2022, 20:22
Yazıçı Aydın Xan Əbilov, yazıçı Natiq Əlisoy və yazıçı Nurəddin Ədiloğlu ilə nəyi müzakirə etdi? Gərgin ədəbi müzakirənin hədəfi nə oldu? Erməni yazıçıları nə üçün tənqid olundu? Ətraflı videoda
18-10-2022, 17:45
Polkovnik-leytenant Vaqif Qurbanovun araşdırması. O, Füzuli rayonunun tarixi haqqında danışdı.
13-10-2022, 17:38
“Zəfərnamə”, "Qələbə" mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi
9-10-2022, 11:59
Bakı şəhərində su sayğacları nə üçün oğurlanır? Oğrular oğurluğu hansı saatlarda edirlər?
7-10-2022, 13:41
Yevlax şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Qəhrəman Məmmədov növbəti dəfə mükafatlandırılıb.
4-10-2022, 22:48
112 saylı orta məktəbdə baş verən biabırçılıqla bağlı sizcə kim cəzalanmalıdır?
1-10-2022, 13:52
Düşmənin pilotsuzlarının qarşısı bu cür alınmalıdır! Bunu etməsək təxribatların sayı çoxala bilər!
29-09-2022, 17:06
Bu məlumatı Şəhid ailələri, Qazilər və Hərbçilər mütləq oxusun.
29-09-2022, 14:53
Gənc şair Süleyman Hüseynzadə Vətən müharibəsi iştirakçısıdır. Onun yazdığı şeirdən Vətən qoxusu gəlir... Gəlin tanıyaq və tanıdaq!