Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
Araşdırma
Oxunub: 132
22 May 2022 | 13:56
Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
20 may 2022- ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunmuş “Şerimizin səssiz səsiyəm” adlı iki hissəli tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin ailə üzvləri, ölkənin və regionun tanınmış şair və yazıçıları, incəsənət xadimləri, Göyçay və Ağdaş rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Ağdaş, İsmayıllı və Bərdə Regional Mədəniyyət İdartələrinin rəhbərliyi və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirin birinci hissəsi Göyçay şəhərində baş tutub. Əvvəlcə Şəhidlər Xiyabanı, Göyçaylı yazarlar Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları, eləcə də “Əbədiyaşar Ədiblər” parkında şair və yazıçıların büstləri ziyarət olunub, əklil və gül dəstələri düzülüb.Tədbir giriş sözü ilə açan Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmməov Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi ilə əlaqədar Regional İdarə tərəfindən keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar birliyinin və şairin ailə üzvləri Fikrət Qocanın yaradıcılığı və həyatı haqqında söz açaraq öz xatirələrini bölüşüblər, Respublikanın Əməkdar artisti Ağalar Bayramovun ifasında şairin şerləri səsləndirilib.Sonra Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində yerləşən ev muzeyi ziyarət olunub. Tədbirin ikinci hissəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilib. Qonaqlar əvvəlcə Mərkəzin foyesində Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin üzvləri tərəfindən hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə eyni zamanda şairin ailəsi tərəfindən təqdim edilmiş şəxsi əşyaları da nümayiş olunub.Tədbirin bədii hissəsində “Qız qalası” instrumental ansamblının müşayəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Xalq artistləri  Gülyaz və Gülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub və Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış “Şerimizin səssiz səsiyəm” filmi və şairin qürbətdə yaşayan ailə üzvlərinin, yaxınlarının görüntülərindən ibarət videomüraciət nümayiş etdirilib. Ağalar Bayramovun və Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxalıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin qızı Gülay Qocayeva, bacısı Gülbəniz Qocayeva, AYB-nin katibi və AYB-yə Qəbul Komissiyasının sədri, Beynəlxalq Ədəbiyyat Fondunun və Mərkəzi Asiya Pen Təşkilatının üzvü, şair, tərcüməçi, Prezident təqaüdçüsü Səlim Babullaoğlu, şairə, jurnalist, “Atilla” jurnalının baş redaktoru, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyiinin sədri Gülşən Behbud, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd çıxış ediblər.Eyni zamanda tədbir zamanı Ağdaş Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Fidan Səfixanovanın və Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin rəhbəri, rəssam Məlahət İsmayılın çəkdiyi şairin rəsm əsərləri qızı Gülay Qocayevaya və Anar Rzayevə təqdim olunub.
Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.

"1905.AZ"
29-09-2022, 17:06
Bu məlumatı Şəhid ailələri, Qazilər və Hərbçilər mütləq oxusun.
29-09-2022, 14:53
Gənc şair Süleyman Hüseynzadə Vətən müharibəsi iştirakçısıdır. Onun yazdığı şeirdən Vətən qoxusu gəlir... Gəlin tanıyaq və tanıdaq!
28-09-2022, 20:16
Ehtiyatda olan hərbi qulluqçulara bu cür münasibət olmamalıdır!
28-09-2022, 14:08
Naxçıvan döyüşçülərinin fəaliyyəti belə qiymətləndirilib!
27-09-2022, 17:23
Bakı şəhər Xətai rayon Şəhid Murad Hacıyevin adını daşıyan 116 nömrəli tam orta məktəbdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
24-09-2022, 22:23
Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
22-09-2022, 00:31
Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsinin Cənubi Qafqaza hansı təsiri ola bilər? 
14-09-2022, 12:58
Yazıçı, hərbi ekspert Natiq Əlisoy vətəndaşlarımıza müraciət edib. Qeyri-rəsmi məlumatlara istinad etməyin!
13-09-2022, 23:04
Hərbi ekspert Natiq Əlisoy Ermənistanın təxribatlarına maraqlı münasibət bildirib!
11-09-2022, 00:59
Natiq Əlisoydan maraqlı açıqlama: Mən bu əsəri yazarkən ilhamımı üçrəngli, ay-ulduzlu şanlı bayrağımdan almışam!
10-09-2022, 23:02
Natiq Əlisoy: Biz daima ordumuzun uğurlarından yazmalıyıq. Təəssüf ki, bu gün ordu sıralarında bir çox hallarda qələm adamlarına birmənalı baxılmır!
10-09-2022, 14:18
Natiq Əlisoy: Mən Azərbaycan əsgərini daima məğrur görmək istəyirəm!
9-09-2022, 23:41
Ehtiyatda olan zabitlərin təkliflərinə, müraciətlərinə Müdafiə Nazirliyi xüsusi diqqət ayırmalıdır!
2-09-2022, 23:29
Yazıçı-şair Natiq Əlisoydan açıqlama: Hesab edirəm hələ ki, bu barədə danışmaq tezdir.
21-07-2022, 22:52
DEPARTAMENT SƏDRİNDƏN ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR VƏ EHTİYATDA OLAN HƏRBÇİLƏRƏ YENİ İMKANLAR!
19-07-2022, 23:02
Departament sədrindən vacib açıqlama: O günlərdə hər kəs bir səslə var olsun ordumuz, var olsun igidlərimiz deyirdi!
17-07-2022, 00:45
Səngər həyatı yaşamış kişilərlə oyun oynamaq olmaz! Hərbçilər, qazilər və şəhid ailələri ilə bağlı məsələlərin müzakirəsinə və həllinə bu şəxslər cəlb edilməlidir!
16-07-2022, 00:03
Yazıçı, şair, AJB-nin üzvü Natiq Əlisoy yeni vəzifəyə təyin olunub.
13-06-2022, 23:50
YUXARI QARABAĞ KANALI ƏSASLI TƏMİR OLUNUR.
1-06-2022, 13:43
Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin 2(a) sinfində 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" qeyd edilib.
30-05-2022, 16:26
Professor Nizaməddin Şəmsizadə: Əslində, Region poeziyasına mənim marağımın yaranması Elnurun Baxışın xidmətidir.
30-05-2022, 16:05
Professor Nizaməddin Şəmsizadə: Onun şeirlərindən Aşıq Alının, Dədə Ələsgərin, Abbas Tufarqanlının, Sarı Aşığın, Aşıq Şakirin şeirlərinin nəfəsi, ətri gəlir.
22-05-2022, 13:56
Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
19-05-2022, 19:00
“Haber Global”ın “Nurçu” sahibinin bahalı saat kolleksiyası - Anar Əlizadənin yarımmilyonluq hədiyyəsi
8-05-2022, 20:33
SON İDMAN XƏBƏRİ: ÖZ DOĞUM GÜNÜNDƏ "QIZIL MEDAL" QAZANAN GƏNC İDMANÇIMIZI SİZ DƏ TANIYIRSINIZMI?
8-05-2022, 11:28
Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb.
6-05-2022, 22:55
Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə növbəti dəfə müraciət ediblər.